Qanun (musiqi aləti)

Qanun (Kanon) — yatıq sazlar ailəsinə mənsub olub, dartımlı-simli musiqi alətidir.

Qanun
Hornbostel–Zaks təsnifatı 314.122-6
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəzi müasir musiqiçilər orqanı ərğənunla eyniləşdirirlər. Halbuki, orqan sıxılmış hava ilə işləyir, ərğənun isə Nizami Gəncəvinin dövründə simli alət idi[1]. Məlum olduğu kimi, hazırda Azərbaycan xalq çalğı alətləri ansamblları tərkibində, eləcə də solo ifaçılığında istifadə olunan kanon, əslində elə ərğənundur. Ərğənun müxtəlif dövrlərdə bir neçə formada hazırlanmış və onlardan birinə qanun deyilmişdir. Təəssüf ki, qanun musiqi aləti rus ədəbiyyatlarında əvvəlcə qanon, sonra isə kanon kimi işlədilməyə başlamışdır. Hazırda kanon kimi istifadə etdiyimiz ərğənun simli alətinin telləri Nizaminin göstərdiyi kimi, cənglə dilləndirilirdi. Deməli, cəng bir neçə rola malik idi. Yəni həm ritmik ahəngi nizamlayır, həm də ərğənunu tellərinin dilləndirilməsində təzanə rolunu oynayırdı. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün nəinki cəngdən istifadə olunmur, hətta ərğənunu əvəz edən kanonu dilləndirən və təzanə rolunu oynayan bu musiqi alətinin adı belə çəkilmir.[2]

Avropa alimləri "orqan" (alət, vasitə) sözünü yunan dilindəki "erqo" (iş) sözüylə əlaqələndirir[3]. Amma maraqlıdır ki, Türk dillərində "arğa" kökü bir neçə anlama gəlir:

  • "kömək, vasitə" ← arxa
  • "güc, çeviklik, məharət"
  • "örkən, arkan, kəmənd, tel"[4][5]

Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycan ərazisində tarixən geniş yayılmışdır.[6] Bəziləri bu fikirdədir ki, Farabi qanunu təkmilləşdirib, başqaları isə onun ixtirasını bilavasitə Farabiyə məxsus olduğunu bildirirlər. Arxeoloqların Neynəva şəhərində apardıqları qazıntılar zamanı üzərində ney, çəng, qanunda ifa edilən şəkilli əsər tapmışlar[7]. Musiqi alətlərin miqrasiyası müxtəlif siyasi hadisələrlə, dövlət qurumlarıyla əlaqədardır. Orta çağda Misirdə Osmanlı imperiyasının təsiri ilə bir sıra musiqi alətləri, o cümlədən qanun misirlilərinsuriyalıların[8] sevimli musiqi alətinə çevrilmişdir. Qanun musiqi alətinin yayılma arealını düşünərkən, onun Azərbaycandan keçərək Iran vasitəsiylə Osmanlı imperiyasına daxil olan ölkələrə — Orta Asiya, Əfqanıstan, Çin və Hindistana yayılması fikrini qəbul etmək olar. Başqa ölkələrdə bu alət qismən az dəyişiklərə uğrasa da, Azərbaycan musiqişünasları Sədiəddin Urməvi və Əbdülqadir Mərağainin ixtiraçılıq səyi nəticəsində kamil bir alətə çevrilmişdir[9] . Yatıq simli alətlərin sadədən mürəkkəbə doğru inkişafı son aşamada qanun musiqi alətinin meydana gəlməsinə səbəb olmuşdur[10].

Azərbaycan klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqalarının əsərlərində qanun haqqında məlumat verilmişdir. XII əsrdə yaşayıb yaratmış, Şərq musiqi elmini dərindən bilən şairə Məhsəti Gəncəvi qanun və çəng alətlərinin məharətli ifaçısı olmuşdur.

Əsasən, qadınlar tərəfindən ifa edilən bu aləti Füzuli "Yeddi cam" əsərində belə təsvir etmişdir:

Bir gün gecə məclisimiz vardı ki, ondan
Çox-çox uzağa qalmış idi dərd, qəm, hicran.
Xam nəğmələrlə edərək aləmi məmnun,
Bir huri mələk çalırdı iri bir qanun.

Qanun miniatür sənət əsərlərində də öz əksini tapmışdır.[11] Uzun tarixi inkişaf yolu keçən bu alət zaman-zaman formalaşaraq dövrümüzə kimi gəlib çatmışdır.

Üzeyir Hacıbəyov qanunun keçmişdə də təkmil alət kimi istifadə edildiyini qeyd edərək yazır: "Bu gün hər bir musiqar üçün piano çala bilmək vacib olan kimi, Şərq musiqiçiləri də öz çalğılarından əlavə, qanun çalmağı dəxi borc bilirmişlər". Azərbaycanda ilk qanun ustası mənim atam Sərdar Nagıyev olub, cox təəsüf hissi iıə qeyd etmək istəyirəmki adı burda qeyd olunmayib.1992-ci ildan 2011-ci ilə kimi Azərbaycanda ifa olunan qanun alətlərinin 99 % ni mənim atam düzəldib.

Fransada sərgilənən Azərbaycan qanunu

Qanunun tərəfləri müxtəlif bucaqlı taxta qutudan ibarətdir. Alt və yan hissələr ağcaqayın, qoz və digər bərk ağac materiallarından hazırlanır. Alətin üst hissəsinin 3/4-ü 4 mm qalınlığında şam ağacından olan taxta üzlüklə, qalan hissəsi isə balıq dərisi ilə örtülür. Ağacla örtülən hissədə üç rezonator oyuğu olur. Dəri ilə örtülmüş hissədə isə alətin eni boyu bütöv bir taxta xərək yerləşir. Simlər alətin gövdəsindəki xüsusi oyuqlara bərkidilərək bu xərəyin üzərindən keçib aşıqlara bağlanır. Aşıqlar olan hissədə simlərin altında dəmir linglər yerləşir. Bu linglərlə simlər qaldırılıb-endirilərkən ton və yarımtonlar əldə edilir. Qanuna üçləşdirilmiş 24 sıra (ümumi sayı 72) sim bağlanılır. İlk dövrlərdə simlər bağırsaqdan və ya ipək sapdan xüsusi üsulla hazırlanırmış. Hazırda kapron simlərdən istifadə edilir. Diz üstünə qoyulan qanun hər iki əlin adsız barmaqlarına taxılmış dəmir üsküklərin arasında yerləşdirilən ebonit mizrablarla səsləndirilir. Alət içərisi dördkünc dəmir açar vasitəsilə köklənir.

Qanunun ümumi uzunluğu 800–900 mm, eni 380–400 mm, qalınlığı 40–50 mm-dir.[12] Qanunun simləri barmaqlara taxılmış oymağabənzər metal mizrablarla səsləndirilir.[13] Diapazonu böyük oktavanın "sol" səsindən ikinci oktavanın "si bemol" səsinə kimi üç oktava yarımdır.

Diatonik səs düzümünə malikdir. Qanundan xalq çalğı alətləri orkestrinin və ansambllarının tərkibində müşayiətçi və solo alət kimi istifadə olunur.[14]

Orta Çağda üç qanun növü var idi:

  • Türk (kiçik)
  • Bağdad (orta)
  • Misir (böyük)

Azərbaycan qanunu Türkiyə və ərəb qanunundan 17 pillədən ibarət olan səsqatarı ilə fərqlənirdi.[15] Ərəb və Türkiyə qanunlarında Azərbaycan qanunlarından fərqli olaraq, üçər sim sayca daha çoxdur.

Qanun çağdaş musiqidə

[redaktə | mənbəni redaktə et]

İlk dəfə olaraq Azərbaycan qanun musiqisi vala 1959-cu ildə vala yazıldı: bu, Asya Tağıyevanın ifasında "Bayatı-Şiraz" və "Çahargah" muğamları idi.

Qanun üçün ilk peşəkar əsər yazan bəstəkar Zakir Bağırov olmuşdur. Əsər 1964-cü ildə 2 Arfanın müşayiəti ilə Moskvada Kremlin Sütunlu zalında Asya Tağıyevanın ifasında müvəffəqiyyətlə ifa olundu[16].

Ünlü qanun çalğıçıları

[redaktə | mənbəni redaktə et]

Qanun üçün yazılmış əsərlər

[redaktə | mənbəni redaktə et]
  • Zakir Bağırov — qanun və iki arfa üçün rapsodiya
  • Hacı Xanməmmədov — Arzu rəqsi, Bahar süitası
  • Süleyman Ələsgərov — qanun və orkestr üçün "Poema"[17], Bahar melodiyaları, Sözsüz mahnı, Qarabağ havaları
  • İlham Abdullayev — qanun və fortepiano üçün 2 pyes (1993)
  • Ağadadaş Dadaşov — qanun və fortepiano üçün Poema (1996), pyeslər (1990–2001), "Çinar sevinci" Azərbaycan respublikasının Əməkdar artisti Heydərova Çinarə Yaşar qızına müəllif tərəfindən həsr olunmuşdur.[18]
  • Oqtay Zülfüqarov — qanun və piano üçün konsert pyesi (1997), "Beşik mahnısı" pyesi (1998)[19]
  1. "Bayram Apoyev. [[Nizami Gəncəvi]]nin irsindən pedaqoji prosesdə istifadə işinin sistemi. Bakı – Mütərcim – 2012" (PDF). 2022-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-05-30.
  2. "F. Sadıqov. Nizami və musiqi. "Musiqi dünyası" jurnalı". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  3. "Douglas Harper. Online Etymology Dictionary - Organ". 2017-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  4. "Этимологический словарь тюркских языков. Общетюркские и межтюркские основы на гласные. Издательство: Москва, "Наука", 760 страниц; 1974 г. Bax: səh. 171-172.". 2013-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  5. "Maks Vasmer. Rus dilinin etimoloji sözlüyü - Arkan (rus dilində, onlayn)". 2021-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  6. "Аслан Мамедов - Канон. История возникновения и формирования. Международный музыкальный культурологический журнал HARMONY". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  7. Şabani A. Şenasiye musiqiye — İran. Saznxayi milliyi — İran. (İran musiqi elmi. İran milli çalğı alətləri) VI fəsil. Şiraz, 1351/1972. 49–61 с.
  8. Adnan bin Dzrel. Suriyada musiqi. Dəməşq, 1969. (ərəb dilində)
  9. Грубер Р. И. Музыкальная культура древнего мира. Сб. ст., Ленинград, 1937.
  10. "Təranə Əliyeva. Azərbaycan qanunu və dünyanın yatıq simli alətləri. "Musiqi dünyası" jurnalı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-01.
  11. "Təranə Əliyeva - Qanun musiqi aləti miniatürlərdə. "Qobustan" jurnalı". 2013-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  12. "Azərbaycan ənənəvi musiqi atlası - Qanun". 2013-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  13. "Muğam Ensiklopediyası - Qanun". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  14. "Təranə Əliyeva. Qanun alətinin quruluşu, hazırlanma materialları, texnologiyası və tərkib hissələri. "Musiqi dünyası" jurnalı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-01.
  15. "Saadat Abdullayeva. Azerbaijani kanun. Journal İRS" (PDF). 2022-06-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-05-30.
  16. "Təranə Əliyeva. Asya Tağıyeva - 70. "Musiqi dünyası" jurnalı". 2013-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  17. "Yaradıcılıq (Süleyman Ələsgərov haqqında). "Musiqi dünyası" jurnalı". 2020-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  18. "Azərbaycan bəstəkarları və musiqişünasları - D hərfi". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  19. "Azərbaycan bəstəkarları və musiqişünasları - Z hərfi". 2017-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.