Qara Bazar ertəsi — maliyyə tarixinə 19 oktyabr 1987-ci ildə baş vermiş kəskin birja çöküşü kimi tarixə keçib. Bu gün ərzində dünya üzrə əsas fond bazarları böyük dəyər itkisinə uğradı.[2] Xüsusilə ABŞ-ın Dou-Cons Sənaye indeksi (DJIA) bir gündə 22.6% dəyər itirdi ki, bu da həmin vaxt üçün misli görünməmiş bir hadisə idi.[3]
Çöküş yalnız ABŞ-la məhdudlaşmadı, digər ölkələrdə də fond bazarlarında oxşar enişlər baş verdi. Avstraliya, Kanada, Honq Konq və İngiltərə kimi ölkələrin fond bazarları da ciddi itkilər gördü.[4] Dou-Cons indeksinin 22.6% azalması hələ də bir günlük ən böyük faiz itkisi kimi qalır. Bu eniş trilliyonlarla dollar sərvətin silinməsinə səbəb oldu.
Qara Bazar ertəsi bir neçə faktorun eyni anda baş verməsi nəticəsində yaranıb.[5] Əsas səbəblərdən biri o dövrdə kompüterlə idarə olunan proqram ticarəti sürətlə populyarlaşmışdı. Buna görə də proqramlar avtomatik olaraq qiymət azaldıqca satışı artırırdı, bu da "domino effekti" yaradırdı. Digər səbəblərdən biri isə investerlər qiymətlərin enişindən qorunmaq üçün portfel sığortası strategiyalarından istifadə edirdilər. Həmçinin sığorta strategiyaları fondların avtomatik satışını tələb edirdi ki, bu da satış təzyiqini artırdı.[6]
ABŞ dollarının dəyərsizləşməsi və faiz dərəcələrinin artması bazarlarda narahatlıq yaratdı. Bu, beynəlxalq investorların fond bazarlarından çıxmasına səbəb oldu. İnvestorlar arasında geniş miqyaslı panika yarandı və kütləvi satış dalğası ilə bazarda likvidlik problemi meydana gəldi.[7]
Oktyabrın əvvəli ABŞ fond bazarlarında artıq eniş başlamışdı, lakin həcmi ciddi deyildi. 16 oktyabr (cümə) bazarlar həftə ərzində artıq əhəmiyyətli itkilər vermişdi. Panika artmağa başlamıdır.[8] 19 oktyabr (bazar ertəsi) səhər saatlarından etibarən ticarətə satış dalğası ilə başlandı. Günün sonuna yaxın panika o həddə çatdı ki, bəzi bazarlar müvəqqəti olaraq bağlandı.[9]
Dünya iqtisadiyyatı böyük itkilərə məruz qaldı, lakin çöküş iqtisadi tənəzzülə səbəb olmadı. Birjalar növbəti bir neçə ay ərzində qismən bərpa oldu. Çöküşdən sonra fond bazarlarının sabitliyini artırmaq üçün bir sıra yeni qaydalar tətbiq edildi:[10]
Ticarətin dayanması mexanizmləri (ing.circuit breakers) — bazarlarda böyük dalğalanma olduqda ticarəti müvəqqəti dayandıran mexanizmlər yaradıldı.
Risk idarəetmə strategiyaları — investorlar və maliyyə institutları riskləri daha yaxşı idarə etmək üçün yeni yanaşmalar inkişaf etdirdi.[11]
Qara Bazar ertəsi, maliyyə sisteminin həssaslığını və texnologiyanın yaratdığı yeni riskləri göstərən vacib hadisə idi. Çöküşdən sonra dünya maliyyə sistemi daha güclü tənzimləmələrlə təchiz olundu və investorlar arasında risk şüuru artdı.[12] Panika və texnologiya ilə idarə olunan sürətli satışların birləşməsi, böyük itkilərə səbəb ola bilər. Təkmilləşdirilmiş tənzimləmə və idarəetmə mexanizmləri bazar sabitliyinin təmin olunmasında vacibdir.[13]
↑Bates, David S. "The Crash of '87: Was It Expected? The Evidence from Options Markets". The Journal of Finance. 46 (3). 1991: 1009–1044. doi:10.1111/j.1540-6261.1991.tb03775.x.
↑Bernanke, Ben S. "Clearing and Settlement during the Crash". The Review of Financial Studies. 3 (1). 1990: 133–151. doi:10.1093/rfs/3.1.133.
↑Federal Reserve Bank of New York. "Treasury and Federal Reserve Foreign Exchange Operations". Federal Reserve Bank of New York Quarterly Review. 12 (Winter). 1987–1988: 48–53. OCLC1286478945.
↑Blume, Marshall E.; Mackinlay, A. Craig; Terker, Bruce. "Order Imbalances and Stock Price Movements on October 19 and 20, 1987". The Journal of Finance. 44 (4). September 1989: 827–848. doi:10.1111/j.1540-6261.1989.tb02626.x. JSTOR2328612.