Qara Qarayev adına Uşaq Musiqi Məktəbi (Sumqayıt)

Qara Qarayev adına Uşaq Musiqi MəktəbiSumqayıtda musiqi məktəbi

Sumqayıtda ilk musiqi məktəbi olan Q.Qarayev adına Uşaq Musiqi Məktəbi 1954-cü ildə yaradılmışdır. O illərdə məktəb 2 sinif otağından ibarət idi, iki şöbə üzrə fəaliyyət göstərən məktəbin illər keçdikcə imkanları genişlənmişdir. 1976-1980-ci illərdə həmin məktəbin kollektivi Qafqaz Respublikaları arasında keçirilən müsabiqələrdə iştirak edərək fəxri fərmanlara layiq görülmüşdür. Bundan əlavə, kollektiv dəfələrlə Azərbaycan Dövlət Filarmoniyasında keçirilən tədbirlərdə fəal iştirak etmişdir. 1997-ci ildə məktəbə dahi bəstəkar Q.Qarayevin adı verilmişdir. Məktəbdə 8 ixtisas üzrə 6 şöbə fəaliyyət göstərir. İki korpusdan ibarət olan musiqi məktəbində hal-hazırda 651 şagird müvafiq ixtisaslar üzrə 180 aparıcı müəllimdən dərs alır. Qocaman müəllimlərdən A.B.Məmmədova, E.M.Hüseynova, G.L.Bədirzadə, K.Ə.Səmədzadə və b. adını çəkmək olar. Məktəbin kollektivi mütəmadi olaraq müsabiqələrdə iştirak edir. "İstedad-2004" müsabiqəsində məktəbin şagirdləri yüksək fəallıq göstərmişlər. 2005-ci ilin aprel ayında Mədəniyyət Nazirliyi tərəfindən xor kollektivləri arasında keçirilən müsabiqədə məktəbin xor kollektivi fəxri fərmanla təltif edilmişdir. Məktəbin məzunları – mestro Ceyhun, Kazbek Əliyev, bəstəkar Ceyhun Allahverdiyev və b. respublikanın tanınmış musiqiçiləri sırasındadır. Hal-hazırda musiqi məktəbinə həmin məktəbin məzunu Leyla Rzayeva rəhbərlik edir.

Mənbə[redaktə | mənbəni redaktə et]