Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında

Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında[2] (ing. Black Garden: Armenia and Azerbaijan Through Peace and War) — britaniyalı jurnalist və yazar Tomas de Vaalın 2003-cü ildə çap olunmuş kitabı.

Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında
ing. Black Garden: Armenia and Azerbaijan Through Peace and War
Müəllif Tomas de Vaal
Orijinalın dili İngilis dili
Ölkə

{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
Orijinalın nəşr ili 2003
Nəşriyyat Nyu York Universiteti Nəşriyyatı[1]
Səhifə 360
ISBN ISBN 0-8147-6032-5

ABŞ səfirliyinin maliyyə dəstəyi ilə 2008-ci ildə Azərbaycan, 2014-cü ildə isə erməni dilinə tərcümə olunub.[1][3]

Kitabda Ermənistan-Azərbaycan münaqişəsinin kökləri, son müharibə zamanı Qarabağda və ümumilikdə regionda baş verən olaylar, danışıqlar və vasitəçilik prosesi bitərəf müşahidəçi prizmasından araşdırılır. Kitabın əksər hissəsi müəllifin Cənubi Qafqaza 6 aylıq səfəri vaxtı bölgədə apardığı 120 orijinal müsahibənin materiallarına əsaslanır. Əsərdə MoskvaABŞ-nin Siyasi Büroya dair arxivinin ilkin mənbələrinə də müraciət edilmişdir. Əsərin fəsilləri münaqişənin sovet dövründə Ermənistan və Azərbaycan rəhbərləri tərəfindən həll edilməyərək necə dərinləşdirildiyini, Siyasi Büronun münaqişəni həll etməkdə səriştəsizliyini, müharibənin necə başlayıb necə başa çatmasını, beynəlxalq ictimaiyyətin bu münaqişəni niyə həll edə bilməməsini ətraflı şəkildə təsvir edir.

  1. 1 2 ""Qara bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında"". anl.az. 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-15.
  2. "Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında". ebooks.az. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-15.
  3. "Թոմաս դե Վաալի «Սեւ այգի» գիրքը հասանելի է նաեւ հայերեն". armenpress.am. 2018-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-18.