Qara bağ (film, 2016)

40-cı paraleldə kinoalmanaxı 4 qısametrajlı bədii filmdən ibarətdir: “Postskriptum”, “Onun atası”, “Hədiyyə” və “Qara bağ”.[1] Kinoalmanax 2016-cı ildə "Azərbaycanfilm" kinostudiyasında[1] istehsal edilmişdir. Filmdə əsas rolları Azər Aydəmir, Ayşad Məmmədov, İlqar Safat, Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza, İlahə Həsənova, Qorqud Cəfərli, Şamil Süleymanlı, Elxan Abbasov, Vidadi ƏliyevRasim Cəfərov ifa edirlər.

40-cı paraleldə
40-cı paraleldə
Janr qısametrajlı
dram
Rejissor müxtəlif
Prodüser aşağıya baxın
Ssenari müəllifi müxtəlif
Baş rolda müxtəlif
Operator müxtəlif
Bəstəkar müxtəlif
Rəssam müxtəlif
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 2 avqust 2016, Nizami Kino Mərkəzi
Filmin növü kinoalmanax
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2016
Rəng rəngli
Filmin adı Məzmun
Postskriptum Film “Nobel qardaşları” kompaniyasının Bakıdakı fəaliyyətindən bəhs edir.[2] Film Nobellərin kiçik qardaşı Robertin Bakıya ilk səyahəti, Bakı nefti ilə tanışlığı və onların şəhərdə bundan sonrakı fəaliyyətini özündə əks etdirir.[3]
Onun atası Psixoloji dram janrında lentə alınan “Onun atası” filmi, Qarabağ müharibəsinin cəmiyyətə vurduğu fəsadlardan bəhs edir. Ailə başçısı olan jurnalist vətənini ailəsi qədər üstün tutaraq müharibədə iştirak etməyə qərar verir. Filmin əsas süjeti ilə bağlı olan, döyüşlər zamanı itkin düşən jurnalistin axtarışları zamanı ailəsinin və yaxınlarının keçirdiyi həyəcan və müharibənin cəmiyyətə mənfi təsiri də təsvir edilir.[4]
Hədiyyə Yenicə ailə qurmuş iki gəncin sosial problemi fonunda sevgi hekayəti təsvir olunur. Maddi çətinliyi olan ailənin kirayə pulunu ödəməyə, yeni ilə təsadüf edən evliliklərinin ildönümünə hədiyyə almağa imkanları yoxdur. Gənc qadın saçını kəsib, ərinin sevimli qızıl saatına qolbaq, kişi isə saatı satıb sancaq alır.[2]
Qara bağ “Qara bağ” dilək ağacına bağlanan “qara düyünlər” mənasındadır və Azərbaycanın əbədi-əzəli torpağı olan Qarabağla bağlı hadisələr onun vasitəsilə filmin ümumi kontekstinə köçürülür. Film məcburi köçkünlərin hal-hazırkı yaşayış tərzini, Qarabağ həsrətini bir sıra metaforik simvollarla realizə edir.[5]

Qarabağdan olan yaşlı qaçqın (Vidadi Əliyev) itirilən torpağın xiffətini çəkir. Həkim övladlarına onun xərçəng olduğunu, ömrünə az qaldığını deyir. Oğul atasının ömrünü uzatmaq üçün telekanallardan birində Qarabağın sülh yolu ilə alınması haqda xəbər verdirir. Amma sevindirici xəbər həyəcanlanan qocanın ölümün tezləşdirir. Rejissor metaforlardan yararlanıb, dilək ağacına bağlanan qara parçalardan ibarət düyünlər problemi ifadə edir, finalda düyünləri bağlandığı ağacın tumurcuqlanmasıyla tragizm nikbinlyə köklənir.[2]

Festivallar və mükafatlar

[redaktə | mənbəni redaktə et]
Filmin adı İl Festivallar Mükafatlar
Hədiyyə 2016 “Azərbaycan ailəsi 2016” film festivalı “Ən yaxşı bədii film”
Qara bağ 2015 Azərbaycan Ailəsi Film Festivalı "Ən yaxşı film" [6]
Qara bağ 2016 Birinci Asiya beynəlxalq qısametrajlı filmlər festivalı Xüsusi mükafat
Filmin adı Filmin üzərində işləyənlər Rollarda
Kinoalmanax Prodüser: Müşfiq Hətəmov
Postskriptum Rejissor: Emin Mirabdullayev
Ssenari müəllifi: Ramiz Fətəliyev, Emin Mirabdullayev
Operator: Əli Sultanov
Rəssam: Şahin Həsənli
Bəstəkar: Səid Qəni
Azər Aydəmir — Robert Nobel
Ayşad Məmmədov — Jozef
İlqar Safat — Lüdviq
Bella Safina
Eldar Bağırbəyov
Onun atası Rejissor: Zamin Məmmədov
Ssenari müəllifi: Zamin Məmmədov
Operator: Əli Sultanov
Rəssam: Arif Niftiyev
Şamil Süleymanlı - Sərdar
Fateh Tahirov
Məbud Məhərrəmov
Ülviyyə Rza
Hədiyyə Rejissor: Emin Əfəndiyev
Ssenari müəllifi: Yusif Şeyxov
Operator: Elman Əliyev
Rəssam: Şahin Həsənli
Bəstəkar: Azər Hacıəsgərli
İlahə Həsənova
Qorqud Cəfərli
Şamil Süleymanlı
Qara bağ Rejissor: Amil Məmiyev
Ssenari müəllifi: Amil Məmiyev
Operator: Rauf Qurbanəliyev
Rəssam: Əziz Məmmədov
Elxan Abbasov
Vidadi Əliyev
Rasim Cəfərov
  1. 1 2 "Milli Kino Günündə "40-cı paraleldə" kinoalmanaxı təqdim olunacaq" (az.). AzərTac. 26 iyul 2016. 2019-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-16.
  2. 1 2 3 Sevda Sultanova. "Böyük bayramın kiçik filmləri – Milli Kino Günündən qeydlər" (az.). Lent.az. 2 avqust 2016. İstifadə tarixi: 2017-11-16.[ölü keçid]
  3. "Emin Mirabdullayev "Postskriptum"" (az.). Yarat. İstifadə tarixi: 2017-11-16.
  4. "Zamin Məmmədov "Onun atası"" (az.). Yarat. İstifadə tarixi: 2017-11-16.
  5. "Amil Məmiyev "Qara bağ"" (az.). Yarat. İstifadə tarixi: 2017-11-16.
  6. "Laçınlı gənc rejissorun doğum günüdür" (az.). Dovletxeberleri.az. 25 yanvar 2017. 2017-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-16.

Azərbaycan filmlərinin siyahısı
2016-cı ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı