Qara pişik (hekayə)

Qara pişik (ing. The Black Cat) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 19 avqust 1843-cü il tarixində The Saturday Evening Post qəzetində yayımlanmışdır. Cinayət və zorakılıq motivlərinin üstünlük təşkil etdiyi hekayə, yazıçının digər bir hekayəsi "Satqın ürək"lə müəyyən oxşarlıq təşkil edir.[1] Hər iki hekayədə qatil törətdiyi cinayətin heç vaxt üstünün açılmayaçağını düşünür, lakin öz davranışları nəticəsində özü-özünü ələ verir.

Qara pişik
ing. The Black Cat
Müəllif Edqar Allan Po
Janr Qorxu
Dil ingiliscə
Nəşriyyat The Saturday Evening Post
Nəşr 1843 19 avqust
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hekayə, əsərin əsas qəhramının dilindən söylənilir. Həmin şəxsin dediyinə görə, uşaqlıq vaxtlarından heyvanlara qarşı həmişə müsbət münasibətdə olmuşdur. Xanımı ilə birlikdə yaşadıqları malikanədə pluto adlı pişikləri ilə yanaşı, bir çox digər ev heyvanlarıda vardır. Pişiklə, sahibi arasında olan münasibət, daha ətraflı təsvir olunur. Sahibi tərəfindən daim, xoş münasibət görən pişik, bunun əvəzində sahibinə vəfalıdır. Hər şey bir axşam dəyişir. Bir geçə evə sərxoş vəziyyətdə qayıdan sahib, pişiyin onun ayaqlarına dolaşması səbəbindən kənara itələyir, bundan qorxuya düşən pişik isə öz sahibini dişləyir. Pişiyin onu dişləməsindən daha da qəzəblənən sahib, üzərində olan cib bıçağı ilə pişiyin bir gözünü çıxardır. Bu hadisədən sonra pişik sahibindən daim qorxmaqa başlayır. Onu harada görürsə, tez qaçıb gedir. Sahib, bu hərəkətindən ötrü vicdan əzəbı cəkməyə başlayır. Etdiyi hərəkətin yanlış olduğunu anlayır və pişiki yenidən evə gətirmək istəyir. Ancaq pişik sahibindən qorxur, vəziyyətin belə davam etməsindən bezən, sahib pişikin evin ətrafında dolaşmasından narahat olmağa başlayır. Onun bir gözünün görməməsi və bu səbəbdən uğursuzluq gətirə biləcəyi ehtimalı onu qəti addımlar atmağa məcbur edir. Bir axşam pişiki tutur və həyətdə boğazına ip keçirdərək asır. Həmin gecə malikanədə səbəbi məlum olmayan yanğın baş verir.

Qonşuların və yanğın söndürənlərin yardımı ilə yanğın səhərə yaxın söndürülür. Sahib arvadı ilə birlikdə başqa bir evdə yaşamalı olurlar. Hadisənin səhərsi günü, sahib yanğın baş verən evinə gedir. Hər şeyin yanıb kül olduğunu, yalnız bir divarın salamat qaldığını görür. Divara tərəf yaxınlaşanda, divarda boğazından iplə asılmış pişik təsviri ilə rastlaşır. Bu mənzərə qarşısında dəhşətə düşən sahib, həyəcan keçir. Bir neçə müddət keçəndən sonra sahib, pişik üçün darıxmağa başlayır. Etdiyi hər iki hərəkətdən peşman olur. Bir gün meyxanaya gedir və orada plutoya çox bənzəyən pişik görür. Hər iki pişik arasında böyük oxşarlıqlar vardır.

Hər ikisinin rənqi və boyu eynidir. Digər bir oxşarlıq isə sahibin meyxanada qarşılaşdığı pişiyin də bir gözünün olmaması idi. Pişiklər arasında olan tək fərq isə ikinçi pişikin bel hissəsində olan ağ ləkədir. Sahib pişiki evinə aparır, lakin müəyyən müddətdən sonra, onda pişikə qarşı nifrət yaranır. Sahiblə pişik arasında olan münasibətin getdikcə pisləşdiyi vaxtda, sahib pişik bel hissəsində olan ağ ləkəyə fikir verir. Ləkənin günü-gündən formasını dəyişdiyini və onun dar ağaçına oxşamağa başladığını görür. Bir gün, sahib yeni evlərində arvadı ilə birlikdə zirzəmiyə düşür. Bu zamanl pişik sahibin ayaqlarına dolanır və az qala bu dolanma sahibin yıxılması ilə nəticələnəcəkdi. Pişikin ortalıqda gəzməsindən, əsəbləşən sahib zirzəmidə olan balta ilə onun başının üzmək istəyir. Sahibin arvadı buna imkan vermir və ərini itələyər. Sahibin arvadı tərəfindən itələnməsi, onu idarə olunmaz vəziyyətə gətirir və sahib baltanı arvadı istiqamətində atır. Balta qadının başına dəyir və oradaca qadın can verir. Həbs olunacağından ehtiyatlanan sahib, qadının cəsədini zirzəmidə olan şaxtanın icərsində gizlədir.

Sonra isə oranı palçıqla hörür. Bir müddətdən sonra polis, hadisə yerinə gəlir, ancaq heç bir dəlil tapa bilmir. Qadının əri tərəfindən öldürülməsi, ehtimal üzərində dayanan polis, sahibi sərbəst bıraxır. Bütün bu hadisələr zamanı isə sahibi tərəfindən öldürümək istəyən pişik itir. Sahib onu cinayət, baş verən gündən sonra görmür. Polis araşdırmanın yekunu olaraq, sonuncu dəfə sahibin evinə gəlir. Söhbət zamanı, polis və sahib zirzəmiyə düşürlər. Bu zaman sahib soyuqqanlı şəkildə evin möhkəmliyindən danışır və sankı bunu isbat etmək üçün əlini divara vurur. Sahib özüdə bilmədən əlini arvadının cəsədini hördüyü divara vurur. Bu an iniliti eşidilir. Polis divarın arxasında olan səsi, müəyyən etmək üçün divarı uçurdur, polis qadının cəsədi və onun üstündə oturmuş pişiklə qarşılaşır.

Divarın uçmasından sonra pişikin görünməsi. İllüstrasiya 1909-cu ildə Londonda nəşr olunan qəzetlərdən biri üçün çəkilmişdir.

Hekayə Edqar Allan Ponun digər əsəri olan "Satqın ürək"lə oxşarlıq təşkil edir. Hər iki qəhrəmanın pisixi durumu şübhə doğurur. Hekayənin əvvəlində, yazarın dilindən bir fikir ifadə olunmuşdur. Həmin fikirdə Edqar Allan Po əgər kimsə belə bir hadisənin olduğuna inanırsa, deməli pişik sahibinin yox oxuçunu pisixi durumu şübhəlidir. Bu eyham bir daha sahibin pisixi duruma haqqında əvvəlcədən məlumat verir.[2] Edqar Allan Ponun ən məşhur əsərlərindən olan Qara pişik hekayəsində, Po alkoqolizm tənqid edir. Özünün içki düşgünü olmasına baxmayaraq, sərxoş insanın yalnız özünə düşmən olduğunu və bu vəziyyətin uzun müddət davam etməyəcəyini bildirir.[3] Əsərdə bəzi eyhamlarda vardır. Sahibin ilk pişiki Plutonun adı Qədim Roma mifoloqiyasından götürülmüşdür. Orada Pluto yeraltı səltənət tanrısı hesab olunur.

Nəşr olunması

[redaktə | mənbəni redaktə et]

Əsər ilk dəfə The Saturday Evening Post qəzetində 19 avqust 1843-cü ilə olan sayında yayımlanmışdır. Həmin dövrdə qəzet müvəqqəti olaraq United States Saturday Post adı ilə nəşr olunurdu..[4] Hekayənin yayımlanmasından sonra sürətlə oxunmağa başlandı. Həmin dövrdə Edqar Allan Ponun rəqibi Tomas Dunn Enqlış hekayəyə yazdığı The Ghost of the Grey Tadpole hekayəsi ilə cavab vermişdir.[5]

Film və Televiziya

[redaktə | mənbəni redaktə et]

Qara pişik hekayəsi ilə bağlı ilk film, 1934-cü ildə çəkilmişdir. Baş rolları Bela LuqoşiBoris Karlof oynamışdır. 1941-ci ildə ikinçi film çəkilmişdir. Bu filmdədə, Bela Luqoşi iştirak etmişdir. Hər iki film hekayənin əsasında çəkilsədə, hekayə ilə bağlılıqları azdır. 1934-cü ildə çəkilmiş Maniak adlı filmin süjeti Qara pişik hekayəsinin süjeti ilə oxşarlıq təşkil edir. Sonrakı illərdə hekayə haqqında bir çox filmlər çəkildi. Bu filmlərdən ən uğurlusu Rocer Korman tərəfindən çəkilən üç hissəli Tales of Terror filminin ikinci hissəsi olmuşdur. 1981-ci ildə Luiso Fulci, 1990-cı ildə isə Dario Argento Qara pişik hekayəsinin motivləri əsasında qorxu filmləri çəkdilər. Hekayə haqqında Masters of Horror serialının ikinci sezonun onbirinçi bölümündə danışılmışdır. Edqar Allan Ponun həyatı barəsində danışılarkən, onun Qara pişik hekayəsinin yazmasının səbəbləri barədə ehtimallar irəli sürülmüşdür.

  1. Meyers, Jeffrey. Edgar Allan Poe: His Life and Legacy. Cooper Square Press, 1992. s. 137. ISBN 0-8154-1038-7
  2. Cleman, John. "Irresistible Impulses: Edgar Allan Poe and the Insanity Defense"
    Bloom's BioCritiques: Edgar Allan Poe : Harold Bloom, Philadelphia: Chelsea House Publishers, 2002. s. 73. ISBN 0-7910-6173-6
  3. Cecil, L. Moffitt. "Poe's Wine List Arxivləşdirilib 2010-09-20 at the Wayback Machine,"
    Poe Studies, Vol. V, no. 2 içinde. Aralık 1972. s. 42.
  4. Quinn, Arthur Hobson. Edgar Allan Poe: A Critical Biography. Baltimore: The Johns Hopkins University Press, 1998. s. 475. ISBN 0-8018-5730-9
  5. Sova, Dawn B. Edgar Allan Poe: A to Z. Checkmark Books, 2001. ISBN 0-8160-4161-X. p. 28