Maykl Reynhard Hess

Maykl Reynhard Hess (alm. Michael Reinhard Heß‎; 1967, Almaniya, Offenbax am Main) — filologiya elmləri doktoru, İmadəddin Nəsimi irsinin araşdırıcısı.

Maykl Reynhard Hess
alm. Michael Reinhard Heß
Doğum tarixi 28 dekabr 1967(1967-12-28) (56 yaş) və ya 1967[1]
Doğum yeri Offenbax am Main
Vətəndaşlığı Almaniya Almaniya
Milliyyəti alman
İxtisası türkoloq
Təhsili Göte Frankfurt Universiteti
Azad Berlin Universiteti
Fəaliyyəti universitet müəllimi[d], filoloq, türkoloq

Maykl Reynhard Hess 1967-ci ildə Offenbax am Main şəhərində anadan olub. O, Frankfurtdakı Johann Wolfgang Goethe adına Universitetdə yeni tarix, yunan tarixi, islamşünaslıq və türkologiya ixtisası üzrə təhsil alıb. Daha sonra Azad Berlin Universitetində (Freie Universität) "İmadəddin Nəsimi irsi" fundamental araşdırmasını aparıb. Araşdırmalarını 2005-ci ildə bitirərək doktorluq dərəcəsini alıb.

Maykl Reynhard Hess 130-dan çox elmi məqalənin müəllifidir. O, həmçinin türk dillərindən klassik şərq poeziyasının tərcüməçisidir. Araşdırmaçının Azərbaycanla bağlı bir neçə kitabı mövcuddur. Bunlardan ən əsası araşdırmaçısı olduğu Nəsimi irsi haqda olan "İlah-insanın dili. İmaməddin Nəsiminin Türk Divanının araşdırması (Die Sprache des Menschengottes. Untersuchungen zu Imad äd-Din Näsimis (fl. ca. 1400) türkischem Divan)" adlı əsərdir. Bu əsərdə elmi analizin başlıca fokusu Nəsiminin türkcə yazılmış əsərlərinin dil xarakteristikasıdır. Araşdırmada dil olaraq türk dili xüsusi qeyd edilir.

Bundan əlavə, Maykl Reynhard Hessin digər bir kitabı da "Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ konflikti (Panzer im Paradies: Der Berg-Karabach-Konflikt zwischen Armenien und Aserbaidschan)" adlanır. Həmin kitab 2016-cı ildə Aprel müharibəsindən sonra qələmə alınmışdır.

"Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu" adlı kitabı əcnəbi müəllif tərəfindən Şuşa haqqında xarici dildə və ölkədən kənarda çap olunmuş ilk elmi fundamental monoqrafiyadır.[2]

Hazırda Maykl Reynhard Hess Azad Berlin Universitetində və Giezen şəhər Universitetində (Justus-Liebig-Universität) türkologiya kafedrasında çalışır. O,Türkiyə türkcəsi, Azərbaycan türkcəsi, osmanlı türkcəsi, özbək, başqırdtatar dillərini bilir.[3]

  1. Heß, Michael Reinhard // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. "Alman alimin "Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu" adlı kitabının təqdimatı keçirilib". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-05.
  3. Michael Reinhard Heß [ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]