Qarabağ müharibəsində Azərbaycan ərazi özünümüdafiə batalyonlarının siyahısı

Bu siyahıda Qarabağ müharibəsində Azərbaycan ərazi özünümüdafiə batalyonları əks olunub.

Mövcud gərgin vəziyyəti nəzərə alaraq Azərbaycan Müdafiə Nazirliyi 1991-ci ilin sentyabr ayında cəbhə bölgəsində yerləşən rayonlarda özünümüdafiə batalyonlarının yaradılmasını qərara aldı. Bu məqsədlə hərbi şəxslər tərəfindən rayonlarda yaranacaq özünümüdafiə batalyonlarına komandirlər müəyyənləşdirildi.[1] 1991-ci ilin oktyabr ayından etibarən Azərbaycanda özünümüdafiə batalyonları yaranmağa başladı.

14 fevral 1992-ci il tarixli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Ayaz Mütəllibovun Qarabağ bölgəsi ərazisində vahid komandanlığın yaradılması haqqında əmriylə ərazi özünümüdafiə batalyonları və yerli müdafiə qüvvələrinin Tahir Əliyevə tabe edilməsi, general-mayor Dadaş Rzayevin isə mövcud hərbi bölmələrdən hərbi hissə təşkil etməsi əmr olundu.[2] Bu əmrlə bağlı olaraq özünümüdafiə batalyonlarının bazasında hərbi hissələr təşkil edildi.

Adı Yaranma tarixi Komandiri Şəxsi heyətin sayı Hərbi hissə kimi
Bu tarixdən Hərbi hissə nömrəsi
Ağdam ərazi özünümüdafiə batalyonu Şirin Mirzəyev aprel 1992 836 saylı alay
Bərdə ərazi özünümüdafiə batalyonu Elçin Əliyev 733 saylı hərbi hissə
Beyləqan ərazi özünümüdafiə batalyonu yanvar 1992 Məhəmməd Qədirov 1992-ci il yanvarın axırları[3] 724 saylı hərbi hissə
Cəbrayıl ərazi özünümüdafiə batalyonu Kamil Vəliyev 805 saylı hərbi hissə
Füzuli ərazi özünümüdafiə batalyonu noyabr 1991 Telman Hüseynov
Mobil Yusifov
814 saylı hərbi hissə
Xocalı ərazi özünümüdafiə batalyonu 1991 Tofiq Hüseynov 80 nəfər[4] (14 fevral 1992)
Xocavənd ərazi özünümüdafiə batalyonu Əbülfət Hüseynov 831 saylı hərbi hissə
Kəlbəcər ərazi özünümüdafiə batalyonu[5] oktyabr 1991 Asif Süleymanov 809 saylı hərbi hissə
Qubadlı ərazi özünümüdafiə batalyonu 12 oktyabr 1991 Dağbəyi Məhyəddinov 810 saylı hərbi hissə
Laçın ərazi özünümüdafiə batalyonu 1 oktyabr 1991 Arif Paşayev 250 nəfər (oktyabr 1991)
1000+ nəfər (mart 1992)
27 mart 1992 811 saylı Laçın dağ-atıcı alayı
Şuşa ərazi özünümüdafiə batalyonu 19 noyabr 1991 Fəxrəddin Səfərov 22 yanvar 1992 816 saylı hərbi hissə
Tərtər ərazi özünümüdafiə batalyonu 12 noyabr 1991 Elman Hüseynov 813 saylı hərbi hissə
Zəngilan ərazi özünümüdafiə batalyonu 1991 Bayram Məmmədov 806 saylı hərbi hissə
  1. Rafiq Nağıyev. www.qlobal.az "Laçın niyə işğal olundu- Xəyanət, Xaos, yoxsa.?! - Sabiq qərargah rəisi danışır (MÜSAHİBƏ)" (#bad_url). Qlobal.az. 15/05/2017. 30 noyabr 2017-ci il tarixində arxivləşdirilib. (az.)
  2. Ayaz Mütəllibov. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanınln Qarabağ bölgəsi ərazisində vahid komandanlığın yaradılması haqqında əmri". 24/02/1992. Archived from the original on 2018-01-03. İstifadə tarixi: 03/01/2018.  (rus.)
  3. "Beyləqanlı". www.beyleqanli.az "Beyləqan ərazi özünümüdafiə batalyonu" (#bad_url). Beyleqanli.az. 2017. 16 dekabr 2017-ci il tarixində arxivləşdirilib. (az.)
  4. Göndərdi: Əsgərov Qəbul etdi: Nəsibov K. "СПРАВКА об обстановке в гор.Ходжалы". 14/02/1992. Archived from the original on 2018-01-04. İstifadə tarixi: 05/01/2018.  (rus.)
  5. Akif Kamal, Kəlbəcər batalyonu və əfsanəvi alay, Bakı, Azərnəşr, 2012, 330 səh.