Tahir Əliyev (general)

Tahir Yunus oğlu Əliyev (1954, Cılfır, Qubadlı rayonu) — polis generalı, Azərbaycan Respublikasının müdafiə naziri (24 fevral 1992 – 17 mart 1992), Azərbaycan Respublikası Daxili İşlər Naziri (17 mart 1992 – 25 aprel 1992), Dövlət Gömrük Komitəsinin sədri (30 iyul 1993 – 10 yanvar 1995). Vəzifədə olduğu dövrdə Azərbaycan Xalq Cəbhəsi hərəkatını dəstəkləmişdir.[1]

Tahir Əliyev
24 fevral 1992 – 17 mart 1992
ƏvvəlkiŞahin Musayev
SonrakıRəhim Qazıyev
17 mart 1992 – 25 aprel 1992
ƏvvəlkiTofiq Kərimov
Sonrakıİsgəndər Həmidov
30 iyul 1993 – 10 yanvar 1995
Əvvəlkiİbrahim Vəliyev
SonrakıKəmaləddin Heydərov
Şəxsi məlumatlar
Doğum tarixi 1954
Doğum yeri
Təhsili SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyası
Hərbi xidmət
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi
General-mayor

Tahir Əliyev əslən Qubadlı rayonunun Cılfır kəndindəndir. Uşaqlığı Yevlax şəhərində keçib. Orta məktəbi Gorusun Şurnuxu kəndində bitirib. 1971–1972-ci illərdə Mingəçevir şəhərində politexnik texnikumda təhsil alıb. 1975-ci il Kemerova DİO-də işə düzəlib. Sonralar orta milis məktəbi, Omsk şəhər Ali Milis Məktəbi və SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb. 1988-ci ildə DQMV Daxili İşlər İdarəsi rəisinin müavini, elə həmin ilin payızında isə Sumqayıt Şəhər Daxili İşlər İdarəsini rəis müavini təyin edilib. 1991-ci ildə Azərbaycan Ali Sovetinə xalq deputatı seçilib. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[2]. 1992-ci il 24 fevralda Azərbaycanın müdafiə naziri, 21 gün sonra[3], yəni 1992-ci il martın 17-də isə daxili işlər naziri təyin olunub.[4] İki aydan sonra 38 yaşlı general sərəncama göndərilib.[5] 1993-cü ilin ikinci yarısından 1995-ci ilin yanvarına kimi Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri vəzifəsində işləyib.[6][7] Hazırda ehtiyatda olan generaldır.

  1. Tumşis, 2016. səh. 101
  2. "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine (az.)
  3. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
  4. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
  5. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
  6. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-04-05.
  7. Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-04-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]