Qaramanoğlu Bədrəddin İbrahim bəy (d. 1297 - ö. 1344) — Qaramanoğulları bəyliyinin bəyi.
Bədrəddin İbrahim bəy | |
---|---|
Əvvəlki | Burhanəddin Musa bəy |
Sonrakı | Ələddin Xəlil bəy |
Əvvəlki | Ələddin Xəlil bəy |
Sonrakı | Fəxrəddin Əhməd bəy |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1297 |
Vəfat tarixi | |
Atası | Qaramanoğlu Mahmud bəy |
Atası Qaramanoğlu Mahmud bəydir. Atasının 1312-ci ildə vəfatının ardından qardaşı Musa bəy taxta çıxdı. Ancaq çox keçmədən İbrahim bəy qardaşına qarşı ayaqlandı və 1318-ci ildə Məmlüklərin dəstəyiylə bəyliyi ələ keçirdi. Qardaşıyla uzun müddət taxt mübarizəsi aparsa da, 1332-ci ildə mülayim təbiətli digər qardaşı Xəlil bəyin lehinə taxtdan çəkildi. Ancaq Xəlil bəy 8 illik qısa səltənətinin ardından vəfat etmiş, nəticədə İbrahim bəy yenidən bəyliyi ələ almışdır. Ölüm tarixi dəqiq bilinməsə də, 1343-cü ildə Kilikya-Erməni çarlığına hücum etdiyi, bu səfərin ardından vəfat etdiyi ehtimal olunur.