Qaranlıq mələyi (film, 1990)

Qaranlıq mələyi (ing. Dark Angel)[4]1990-cı ildə ABŞ-də çəkilən fantastik filmlərdən biridir.[5] Bu adda əvvəl çəkilən (19251935) filmlərdən fərqləndirmək üçün filmə "Mən sülhlə gəlmişəm" (ing. I Come İn Peace) adı verilmişdir.[6][7] Lakin bu film "Qaranlıq mələyi" (ing. Dark Angel) və "Qara mələk" (ing. Black Angel) adları ilə də tanınır.[8] Filmin distribütori Triumph Films kinokompaniyasıdır.[9][10]

Qaranlıq mələyi
ing. Dark Angel
"Qaranlıq mələyi" filminin afişası
"Qaranlıq mələyi" filminin afişası
Janr Elmi fantastika
Döyüş filmi
Əsas mövzu yerdən kənar həyat[d]
Rejissor Kreyq R. Beksli
Prodüserlər Ceff Yanq
Mark Deymon
Rafael Ayzenman
Ssenari müəllifləri Conatan Taydor
Leonard Maas kiçik
Con Kemps
Baş rollarda Dolf Lundqren
Mattias Hyuz
Brayan Benben
Betsi Brentli
Cey Bilas
Cim Heyni
Devid Ekkroyd
Operator Mark İrvin
Bəstəkar Yan Hammer
Rəssamlar Filipp Leonard
Cozef A. Porro
Montajçı Mark Helfriç
İstehsalçı Vision International
İlk baxış tarixi ABŞ 28 sentyabr 1990
Filmin növü Bədii film
Müddət 91 dəqiqə
Büdcə $5-7 milyon[1][2]
Gəlir $4,348,368 milyon (ABŞ)[3]
Ölkələr ABŞ ABŞ
Dil İngilis dili
İl 1990
Rəng Rəngli
Çəkiliş yeri Texas, Hyuston
IMDb ID0099817

Film Texas ştatının Hyuston şəhərində çəkilmişdir. Filmin rejissoru Kreyq R. Bekslidir. Filmdə Dolf Lundqren, Mattias Hyuz, Brayan Benben, Betsi Brentli, Cey BilasKevin Peyc kimi aktyorlar iştirak edir. "Qaranlıq mələyi" filmi az büdcəli olduğuna görə B filmləri kateqoriyasına aiddir.[11][12][13]

Filmin əsas şüarı

[redaktə | mənbəni redaktə et]
  • Mən sülhnən gəlmişəm (ing. I come in peace)

Filmin əvvəli Özgəplanetlinin (Mattias Hyuz) Kosmosdan Yerə gəlməsi ilə başlayır. Artıq Yeni il başlamışdır. Texas ştatının yollarının birində sürücü səhv nəticəsində kiçik qəza edir. Sürücü avtomobildən çıxan zaman avtomobilin üzərinə nə isə gəldiyini görür. Avtomobil partlayır. Bunu görən sürücü yanmış avtomobilə tərəf yaxınlaşır. Birdən alovun içərisindən Uzunboylu, sarı saçlı, ağ gözlü, qara geyimli və qorxunc sifətli bir insan ona tərəf yaxınlaşaraq deyir: Mən sülhnən gəlmişəm! (ing. I Come in Peace!)

Filmin əvvəlində Federal Təhqiqat Bürosunda (FTB) çalışan Polis Cek Keynin (Dolf Lundqren) dostu Svuip (Toni Brubeyker) "Ağ oğlanlar" (ing. The White boys) adlanan banda tərəfindən öldürüllür. Lakin "Ağ oğlanlar" bandası da öldürülürlər. Onlardan yalnız 2 nəfər sağ qurtula bilir. Cek Keyn "Ağ oğlanlar" bandasının işi ilə məşğul olmağa başlayır. Həmin bandadakı quldurlar qəribə silah ilə öldürülürlər. Məlum olur ki, insanların naməlum səbədən öldürülməsinə Heroin səbəb olur. Lakin bu insanlar narkoman deyillər. Əvvəlcə insanların qanına sinələrindən Qarmaq vasitəsilə böyük dozada Heroin yeridilir, sonra isə xammal kimi beyinlərindən Endorfin çıxarılır. Bu haqda ilk məlumatı Cek Keynin sevdiyi şəxs həkim Dayana (Betsi Brentli) çatdırır.

Cek Keyn hələ də insanların Yadplanetli tərəfindən öldürüldüyünü bilmir. Lakin onu "Yadplanetli üzrə polis" (Cey Bilas) təqib edir. "Yadplanetli üzrə polis" onu təqib edərək, Yer planetinə gəlir. Bir neçə dəfə yadplanetlini məhv etmək istəsə də, onun öhdəsindən gələ bilmir. Yadplanetli ilə sonuncu döyüşü zamanı "Yadplanetli üzrə polis" ağır yaralanır və Cek Keynin avtomobilinə yaralı halda əyləşir. Cek Keyn və onun yeni əməkdaşı Smitin (Brayan Benben) bu barədə xəbələri yox idi. Onlar polis maşınında olarkən Yadplanetli üzrə polisin ağır yaralandığını görürlər. "Yadplanetli üzrə polis" onlara çatdırır ki, yadplanetli endorfini almaq üçün çoxlu adam öldürəcək və çoxlu miqdarda endorfini toplayandan sonra kosmosda satacaqdır. Ardınca ondan ağ şüa çıxmağa başlayır. Bu zaman Cek Keyn və Smit avtomobili tərk edir və partlayış baş verir.

Partlayış baş verən zaman Smit Yadplanetli üzrə polisə məxsus silahı götürməyi bacarır. Bu müddət ərzində Smit gizli olaraq polis əməkdaşlarına çalışırdı. Bu səbəbdən Smit Cek Keyni hədələyir və silahı götürərək, buranı tərk edir. Silahı alan Smit onu polis əməkdaşına təhvil verir. Həmin polis əməkdaşı Smitin gözləmədiyi halda ona atəş açmaq istəyir. Bu zaman Cek Keyn peyda olaraq onu öldürür. Smit aldadıldığını başa düşür və Cek Keyn ilə əvvəlki kimi dost qalır. Məlum olur ki, yadplanetli haqqında gizli informasiya polislərin və onların əməkdaşlarının da xəbəri var. Onlar texnologiyanı almaq üçün həmin yadplanetli ilə əlaqə saxlamağa çalışırlar. Bu səbəbdən Cek Keyn həm Yadplanetliylə, həm də polislərlə mübarizə aparmalıdır.

Cek Keyn və Smit həkim Dayananı evindən götürərək, bu işi birgə həll etmək qərarına gəlirlər. Lakin bu zaman onlara polislər hücum edir. Atışma baş verir və gözlənilmədən Yadplanetli peyda olaraq onların hamısını öldürür. Cek Keyn, Smit və Dayana Yadplanetlinin hücumundan qurtulmaq üçün polis maşını ilə şəhərdə yerləşən fabrikə yola düşürlər. Bu zaman onları Yadplanetli təqib edir. Fabrikdə Cek Keyn ilə Yadplanetli arasında mübarizə baş verir. Sonda Cek Keyn ona atəş açır və Yadplanetli məhv olaraq, fabrikdə partlayış baş verir. Cek Keyn, Smit və Dayana fabriki tərk etməyə başlayırlar və bu müddətdə dincəlmək üçün Rio de Janeyroya getməyə hazırlaşdıqlarını qeyd edirlər.

Aktyor/aktrisa Rol Qeydlər
Dolf Lundqren Cek Keyn polis
Brayan Benben Arvud "Larri" Smit polislərə gizli işləyən agent
Betsi Brentli Dayana Pallone həkim, Cek Keynin sevgilisi
Mattias Hyuz Talec Yadplanetli
Cey Bilas Azek Yadplanetli üzrə polis
Şerman Hovard Viktor Menninq
Sem Anderson Uorren
Cim Heyni Kapitan Malone
Devid Ekkroyd Müfəttiş Svitzer
Mark Lovental Brüs kəsici diskin mexanizmini təyin etməyə çalışan elmi işçi
Maykl Con Pollard Boner
Cesse Vint Mak Mörfi
Aleks Morris Rey Törner
Nik Hecler Beyll Bondsman detektiv
Al Leonq rolu yoxdur Narkotik satıcısı
Mimi Koxren rolu yoxdur Mexanik qız
Toni Brubeyker Garage Sweeper Filmin əvvəlində öldürülən polis, Cek Keynin dostu
Kevin Peyc rolu yoxdur "Ağ oğlan" #1
Betyu Pozi rolu yoxdur psixopat #1
Aleksandr Conson rolu yoxdur psixopat #2

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]
  • Əslində, "Qaranlıq mələyi" filmi komediya janrında olmalı idi.
  • Fransız tənqidçilərinə görə filmdə maraq doğuran personaj yalnız Dolf Lundqrendir.
  • İlk dəfə filmdə yadplanetli rolunu Dolf Lundqrenə təklif edilməsi planlaşdırılmışdır.
  • Alman tərcüməsində "Mən sülh ilə gəlmişəm" cümləsi "Mən hamınıza sakitlik gətirmişəm" cümləsi kimi tərcümə edilmişdir.
  • Bu film ilk dəfə efirə çıxan zaman ABŞ-nin 1 milyon əhalisi filmi izləmişdir.
  • Mattias Hyuz xüsusi platformanın hesabına Dolf Lundqrendən 20 funt hündür görsənirdi.[14]
  • Bu film Stiven Kinqin ən sevdiyi filmlərindən biri olmuşdur.
  • Özgəplanetlinin işlətdiyi super avtomat Calico M950 avtomatının dəyişdirilmiş formasıdır.
  • Mattias Hyuz filmin 2-ci hissəsinin ssenariyasını yazmışdır. Lakin bu filmə sponsorluq edən olmamışdır.
  • Film ABŞ prokatlarında öncə gələn filmlərin adları ilə qarışdırmamaq üçün "Mən sülhlə gəlmişəm" adı ilə satışa çıxarılmışdır.

Filmin çəkilişi

[redaktə | mənbəni redaktə et]

"Qaranlıq mələyi" filmi 1989-cu ildə Texas ştatında Hyuston şəhərinin Tranquiliti parkı parkında çəkilmişdir. Film 4 aya (yanvar, fevral, mart və aprel) çəkilib başa çatmışdır.

Aktyorlar haqqında

[redaktə | mənbəni redaktə et]

Filmdə baş rolu Dolf Lundqren ifa edir. Bu film Lundqrenin populyar filmlərindən hesab olunur. Filmdə Dolf Lundqrenin əməkdaşı rolunda oynayan Brayan Benben isə çox da məşhur olmayan aktyor olur. Bu film onun ən yaxşı filmlərindən birinə çevrilir. Dolf Lundqrenin sevgilisi Dayana rolunda Betsi Brentli ifa edir. Bu film onun ən populyar filmlərindən biri hesab olunur. "Yadplanetli üzrə polis" rolunda Cey Bilas ifa edir. Yadplanetli rolunu isə Mattias Hyuz ifa edir. Filmdə iştirak edən Dolf LundqrenMattias Hyuz döyüş sənətlərinin ustasıdırlar.

Rollarda
Dolf Lundqren (Rol:Cek Keyn)
Brayan Benben (Rol:Arvud "Larri" Smit)
Mattias Hyuz (Rol:Tales)
Cey Bilas (Rol:Azek)
Şerman Hovard (Rol:Viktor Menninq)
Sem Anderson (Rol:Uorren)

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Filmin rejissoru Kreyq R. Beksli-dir.[15] Bu film rejissorun karyerasında ən yaxşı çəkdiyi filmlərindən biridir. Filmin musiqi müəllifi məşhur bəstəkar Yan Hammer-dir. Operator isə Mark İrvin-dir.[16]

Fransız tənqidçilərinə görə, bu filmdə yalnız Dolf Lundqrenin ifa etdiyi Cek Keyn roluna baxmaq olar.

Ev video buraxılışı

[redaktə | mənbəni redaktə et]

1990-cı il 26 yanvarda kinozallarda göstərildikdən sonra Media Home Entertainment tərəfindən kasetlər və Lazerdisklər buraxıldı. Bu film heç vaxt ABŞ-də 1 DVD diskində buraxılmamışdır.[17] 2 enliekranlı buraxılışına ABŞ-də, Avropada, YaponiyadaAvstraliyada baxmaq mümkündür.[18]

Filmdə, əsasən, XYZ, Bardeux, Shooting Star, The U-Krew qruplarının mahnıları səslənir. Filmin əvvəlində XYZ qrupunun "Maggy" mahnısı səslənir. Cek Keyn və Smit barda olan zaman Bardeux qrupunun "Thumbs up" mahnısı səslənir. Ardınca Shooting Star qrupunun "Touch me tonight", ardınca isə The U-Krew qrupunun "Ugly" mahnısı səslənir. Filmin sonunda yenidən "Touch me tonight" mahnısı səslənir. Bu mahnı Billboard Hot 100 hit-paradında 67-ci mövqe tutmuşdu.[19]

Treklərin siyahısı
Başlıqİfaçılar Müddət
1. Maggy XYZ 4:41
2. Thumbs Up Bardeux 7:43
3. Ugly The U-Krew 3:45
4. Touch me tonight Shooting Star 4:07

Filmdə istifadə olunan bir çox silahlar aşağıdakı cədvəldə verilmişdir. Filmdə istifadə olunan bəzi silahlar aşağıdakı cədvəldə verilmiş silahların dəyişdirilmiş formasıdır. Cədvəldə göstərilməyən silahlar bunlardır: Calico M950 (Yadplanetli), Heckler & Koch MP5K (Ağ oğlanlar) və Detonics Pocket 9 (İnspektor Svitzer)

Özgə dillərdə

[redaktə | mənbəni redaktə et]
Ölkə Dil Adı
Azərbaycan Azərbaycan Azərbaycan dili Qaranlıq mələyi
ABŞ ABŞ İngilis dili I Come In Peace (Yeni adı)
ABŞ ABŞ İngilis dili Lethal Contact (orijinal adı: Ölümcül əlaqə)
Fransa Fransa Fransız dili Dark Angel
Böyük Britaniya Böyük Britaniya İngilis dili Dark Angel
Polşa Polşa Polyak dili Mroczny anioł
İtaliya İtaliya İtalyan dili Arma non convenzionale
Almaniya Almaniya Alman dili Dark Angel — Tag der Abrechnung[20].
Portuqaliya Portuqaliya Portuqal dili Anjo Negro
İspaniya İspaniya İspan dili Dark Angel — Ángel de la muerte
Yunanıstan Yunanıstan Yunan dili Dynami katastrofis
Macarıstan Macarıstan Macar dili Sötét angyal
Rusiya Rusiya Rus dili Ангел Тьмы
Türkiyə Türkiyə Türk dili Kara Melek[21][22] (Karanlık Melek[23][24]
Serbiya Serbiya Serb dili Tamni andjeo
Finlandiya Finlandiya Fin dili Musta enkeli
Meksika Meksika İspan dili El destructor mortal
Belçika Belçika Fransız dili Dark Angel

Filmin ölkələrdə çıxış tarixi

[redaktə | mənbəni redaktə et]
Ölkə Çıxış tarixi
ABŞ ABŞ 28 sentyabr 1990[25]
Fransa Fransa 13 iyun 1990
Almaniya Almaniya 7 iyun 1990
Böyük Britaniya Birləşmiş Krallıq 13 iyul 1990
Yaponiya Yaponiya 17 avqust 1990
Finlandiya Finlandiya 10 avqust 1990
Türkiyə Türkiyə 6 iyul 1990
Polşa Polşa 19 noyabr 2008
Macarıstan Macarıstan 11 yanvar 1990
Belçika Belçika 18 iyul 1990
İspaniya İspaniya 1 iyun 1990
Cənubi Koreya Cənubi Koreya 26 yanvar 1990
Filippin Filippin 21 avqust 1990
Niderland Niderland 21 sentyabr 1990
Avstriya Avstriya iyun 1990
Portuqaliya Portuqaliya 24 avqust 1990
İsrail İsrail 22 sentyabr 1990
Çexoslovakiya Çexoslovakiya 20 mart 1992

Filmin ölkələrdə gəliri

[redaktə | mənbəni redaktə et]
Ölkə Gəlir Çıxış tarixi
ABŞ ABŞ $1,912,421 30 sentyabr 1990
ABŞ ABŞ $4,348,368 15 noyabr 1990
Böyük Britaniya Birləşmiş Krallıq $1,386,858 30 avqust 1990
Böyük Britaniya Birləşmiş Krallıq $1,314,240 24 avqust 1990
Almaniya Almaniya $267,514 18 avqust 1990

Filmin ölkələrdə satışı

[redaktə | mənbəni redaktə et]
Ölkə Satış
Fransa Fransa 289,150
Almaniya Almaniya 62,461
İspaniya İspaniya 230,462
  • Charles Holland & Darryl Cobbs. I Come In Peace (comic adaptation). Greater Mercury Comics, Vol. 1, 1991
  1. Arrigo, Anthony. "Dark Angel (I Come in Peace) (Blu-ray)". Dread Central. 2013-08-19. 2014-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-03.
  2. "Dark Angel". The Numbers. 2019-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-16.
  3. "I Come In Peace". Box Office Mojo. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-03.
  4. Qaranlıq mələyi filmi Arxivləşdirilib 2012-06-22 at the Wayback Machine Yoxlanılıb: 25 oktyabr 2014
  5. "I Come In Peace". Rotten Tomatoes. 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-03.
  6. Mən sülhlə gəlmişəm rusca Arxivləşdirilib 2012-08-28 at the Wayback Machine Yoxlanılıb: 25 oktyabr 2014
  7. Mən sülhlə gəlmişəm ingiliscə Arxivləşdirilib 2022-05-27 at the Wayback Machine Yoxlanılıb: 25 oktyabr 2014
  8. Barton, Steve. "Fox and MGM Opening their Vaults and Delivering the MOD Goods! Early Sneak Peek: Quatermass! I Come in Peace! Sugar Hill! And More!". Dread Central. 2011-08-26. 2014-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-03.
  9. Qaranlıq mələyi Movies.yahoo.com saytında Arxivləşdirilib 2012-09-27 at the Wayback Machine Yoxlanılıb: 25 oktyabr 2014
  10. Qaranlıq mələyi filmi Yoxlanılıb: 25 oktyabr 2014
  11. Qaranlıq çələyi filminin treyleri Arxivləşdirilib 2012-09-17 at the Wayback Machine Yoxlanılıb: 25 oktyabr 2014
  12. Qaranlıq mələyi 1channel.ch[ölü keçid] Yoxlanılıb: 25 oktyabr 2014
  13. Qaranlıq mələyi Tvtropes.org Arxivləşdirilib 2022-05-05 at the Wayback Machine Yoxlanılıb: 25 oktyabr 2014
  14. Maraqlı faktlar: Qaranlıq mələyi Arxivləşdirilib 2012-02-01 at the Wayback Machine Yoxlanılıb: 25 oktyabr 2014
  15. Qaranlıq mələyi Hd720.sokrytoe.com Yoxlanılıb: 25 oktyabr 2014
  16. Horror-movie-a-day.blogspot.com Arxivləşdirilib 2021-11-30 at the Wayback Machine Yoxlanılıb: 25 oktyabr 2014
  17. Johnson, David. "Dark Angel (Blu-ray)". DVD Verdict. 2013-08-01. 2014-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-03.
  18. Jane, Ian. "Dark Angel". DVD Talk. 2013-08-27. 2016-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-03.
  19. Foy, Scott. "B-Sides: If I Come in Peace, Will You Touch Me Tonight?". Dread Central. 2012-04-07. 2014-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-03.
  20. Qaranlıq mələyi (film, 1990) Almanca Arxivləşdirilib 2007-09-30 at the Wayback Machine Yoxlanılıb: 25 oktyabr 2014
  21. Kara Melek filmi türkcə Arxivləşdirilib 2018-07-10 at the Wayback Machine Yoxlanılıb: 25 oktyabr 2014
  22. Kara Melek filmi Sinemalar.com saytında Arxivləşdirilib 2017-06-03 at the Wayback Machine Yoxlanılıb: 25 oktyabr 2014
  23. Karanlık Melek filmi türkcə Arxivləşdirilib 2011-12-16 at the Wayback Machine Yoxlanılıb: 25 oktyabr 2014
  24. Qaranlıq mələyi filmi Divxplanet.com saytında Arxivləşdirilib 2014-09-06 at the Wayback Machine Yoxlanılıb: 25 oktyabr 2014
  25. Mən sülhlə gəlmişəm Movies.yahoo.com Arxivləşdirilib 2012-09-27 at the Wayback Machine Yoxlanılıb: 25 oktyabr 2014

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]