Qaranlıqdan çıxmaq

"Qaranlıqdan çıxmaq" (ivr.עלטה‏‎, ərəb. ظلام‎, ing. Out in the Dark) — israilli rejissor Mixael Mayerin 2012-ci ildə, dram janrında çəkilmiş filmi[3]. Filmin təqdimatı ilk dəfə Toronto Film festivalında, 2012-ci ilin sentyabr ayında baş tutmuşdu. İsrail kinoteatrlarında film seyircilərə 28 fevral 2013-cü ildə təqdim olunmuşdu[4]. Bu, İsraildə anadan olmuş və hal-hazırda Los Ancelesdə yaşayan rejissor Mixael Mayerin ilk tammetrajlı debüt filmi hesab olunur[5][6][7][8][9]. Baş rolda Nikolas Yakob (Nimr Məşravi obrazında) və Mixael Aloni (Roy Şefer obrazında) oynamışdırlar[10].

Qaranlıqdan çıxmaq
Out in the Dark
ivr.עלטה‏‎
Janr dram filmi
Rejissor Mixael Mayer
Baş rollarda Nikolas Yakob
Mixael Aloni
Operator Ran Aviad
Bəstəkarlar Mark Holden, Maykll Lopez
Distribütor Netflix
İlk baxış tarixi 7 sentyabr 2012[1], 9 may 2013[2]
Filmin növü Bədii film
Müddət 101 dəq.
Ölkələr İsrail İsrail
ABŞ ABŞ
Dillər ivrit dili, ərəb dili
Rəng rəngli
IMDb http://www.imdb.com/title/tt2318625/?ref_=nv_sr_1

96 dəqiqə davam edən dram filmi, İsrail-Fələstin münaqişəsinin müxtəlif tərəflərindən olan iki homoseksual kişi arasında baş vermiş romantik əlqələrdən bəhz edir.

Filmin xülasəsi

[redaktə | mənbəni redaktə et]

Nimr xaricdə təqaüd almaq arzusunda olan iddialı Fələstinli psixologiya tələbəsidir. Tel-Əvivin gey-barlarının birində, o Roy adlı yaraşıqlı İsrail vəkili ilə tanış olur. Onlar bir-birinə aşiq olurlar. Nimr Tel Aviv Universitetində düzənlənən seminarlarda iştirak etmək imkanını İsrail tərəfindən icazə alır və bunun nəticəsində, Roy və Nimr mütəmadi görüşmək və əlaqələrini daha da dərinləşdirmək imkanını əldə edirlər. Nimr İordan çayının qərb sahilində anası, bacısı və atasının ölümündən sonra ailə başçılığını öz üzərinə götürən böyük qardaşı ilə birlikdə yaşayır. Fələstin vətənində Nimr zorakılığa təhdid olunacağından qorxaraq, özünün cinsi oriyentasiyasını hamıdan gizli saxlayır. Tel-Əvivdə qanunsuz şəkildə məskunlaşmış Nimrın fələstinli gey dostu Mustafa, günlərin bir günü İsrail kəşfiyyatı tərəfindən oğurlanır və zorla Qərb Sahilinə geri qaytarılır. Nimrın qardaşının da üzv olduğu bir qrup hərbçi burada Mustafanı qətlə yetirir və Nimr bunun şahidi olur. Gənc tələbə özünün cinsi oriyentasiyasının yaxınları tərəfindən məlum olduqda zorakılığa təhdid olunacağından qorxaraq, ümidsizliyə duçar olur. Qısa müddət sonra, İsrail kəşfiyyat üzvləri Nimra cavab göndərir. Kəşviyyatçılar Nimra casus qismində İsrailə xidmət göstərməyi təklif edirlər. Əks halda onu İsrail ərazisinə keçmək statusunan məhrum edəcəyini, tərəfdaşlıqdan imtina etdikdə isə, onun valideynlərinə oğlunun gey olduğu deyəcəkləri ilə hədələyirlər. Nimr iki cəbhə arasında sıxışıb qaldığını hiss edir. İcazə olmadan onun Roy ilə görüşməyi və təhsilini və Tel Əvivdə davam etməsi mümkün deyil. Eyni zamanda o, ailəsi üçün məsuliyyətli olduğunu hiss edir.

Dözülməz çətinlik və problemlərin müşahidə etməsinə baxmayaraq, Roy və Nimr öz sevgisi uğrunda sona qədər mübarizə aparırlar…

Aktyor Rol
Nikolas Yakob Nimr Məşravi
Mixael Aloni Roy Şefer
Cəmil Xuri Nabil Məşravi
Alon Pdut Cil
Loai Nofi Mustafa Nəamn (Nimrın dostu)
Xəvla Haq-Debsi Hiam Məşravi (Nimrın anası)
Maysa Dou Abir Məşravi (Nimrın bacısı)

Film bir çox festivallarda iştirak etmiş və bir sıra mükafatlar qazanmışdı[11]. Onların içərisində:

  • 2012-ci ilin Çikaqo Film festivalı
  • 2012-ci ilin Hamburq Film festivalı
  • 2012-ci ilin Neapol Film festivalı
  • 2013-cü ilin Beynəlxalq Toronto Film festivalı

Film həmçinin 2013-cü ildə Meksikanın Qvadalaxara, 2012-ci ildə isə İsrailin Hayfa şəhərində düzənlənən Beynəlxalq Film Festivallarında jüri tərəfindən yüksək qiymətləndirirlmişdi[11].

  1. Freebase Data Dumps. Google.
  2. IMDb (ing.). 1990.
  3. Barnes, Henry. "'Out in the Dark' – review This gay love story straddles the Israel-Palestine divide, but with little real depth". theguardian.com. 7 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 July 2013.
  4. Ray Ramos, Dino. "Review: Out in the Dark". israelfilmcenter.org. 4 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 February 2012.
  5. King, Susan. "'Out in the Dark' director brings Palestinian-Israeli affair to light". latimes.com. 27 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 September 2013.
  6. King, Susan. "'Out in the Dark' director brings Palestinian-Israeli affair to light". latimes.com. 27 September 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2014.
  7. Barnes, Henry. "Out in the Dark – review". theguardian.com. 7 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2014.
  8. Ramos, Dino-Ray. "Review: Out in the Dark". israelfilmcenter.org. 4 January 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 January 2014.
  9. Rooney, David. "Out in the Dark: Toronto Review". hollywoodreporter.com. 12 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 January 2014.
  10. "Arxivlənmiş surət". 2016-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-06.
  11. 1 2 "Arxivlənmiş surət". 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]