Qaratəpə (əvvəlki adı: Pokrovka) — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Pokrovka kənd inzibati-ərazi vahidi tərkibindəki Pokrovka kəndi Qaratəpə kəndi, Pokrovka kənd inzibati-ərazi vahidi Qaratəpə kənd inzibati-ərazi vahidi adlandırılmışdır.[1]
Qaratəpə | |
---|---|
39°58′08″ şm. e. 48°36′55″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kəndin əsası XIX əsrin 30-40-cı illərində bura köçürülmüş rus kolonistlər tərəfindən qoyulub. Həmin dövrdə Volqaboyu, Stavropol və Rostov ərazilərindən minlərlə rus kəndlisi Azərbaycanın Muğan düzünə məskunlaşdırılmışdı.
Şəkil | Soyad.Ad.Ata adı | Doğum tarixi | Ölüm tarixi | Vəfat yeri |
---|---|---|---|---|
Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Mübariz Əlizadə oğlu |
1 yanvar 1963 | 24 sentyabr 1992 | Ağdam | |
Xanışov Mövlan Məmməd oğlu | 25 yanvar 1969 | 31 yanvar 1992 | Ağdam | |
Kərimov Vüqar Nəriman oğlu | 18 dekabr 1972 | 31 yanvar 1992 | Ağdam | |
Mehdiyev İlqar Möhübbət oğlu | 1967 | 12 mart 1992 | Ağdam | |
Mehdiyev Sadiq Şahpələng oğlu | 26 sentyabr 1971 | 15 oktyabr 1992 | Ağdərə | |
Soltanov Natiq Əliqulu oğlu | 20 may 1974 | 28 yanvar 1993 | Ağdam | |
”Azərbaycan bayrağı” ordenli Qəhrəmanov Yalçın Məmmədxan oğlu |
1 yanvar 1974 | 11 dekabr 1993 | Füzuli | |
Məmmədov Rahib Rafiq oğlu | 1975 | 15 yanvar 1994 | Füzuli | |
Cahangirov İsmayıl Allahverdi oğlu (itkin düşüb) | 7 fevral 1971 | 31 yanvar 1994 | Füzuli | |
Musayev Şahlar Mədət oğlu | 26 oktyabr 1973 | 4 may 1994 | Ağdərə | |
Abbasov Hökmdar Əsvəndi oğlu | 1958 | 15 oktyabr 1994 |
Qaratəpə kənd ərazisində 2 məktəb,1 kiçik tipli tibbi mərkəz, 1 Suvarma sistemleri idarəsi yerləşir.
Sabirabad rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |