Qaraxozu

Qaraxozunun məlum olan yeganə şəkili.

QaraxozuQazax rayonunun Qaymaqlı kəndindən olan qoçu. Qaraxozunun əsl adı Məhəmməd Nəsib oğludur. "Qaraxozu" ləqəbi qonşuluq ərazilərdə yerləşən erməni kəndlərində yaşayan kəndlilər tərəfindən qoyulub. "Xozu" sözü erməni dilində olan "khoz" (erm. խոզ) sözündən yaranıb və tərcüməsi "donuz" deməkdir. Ermənilərə qarşı olan münasibətinə görə onların nifrətini qazanan Qaraxozu hər zaman mənsub olduğu toplumun maraqlarını qorumağa çalışırdı. Qaymaqlı kəndində 1902-ci ildə doğulan Qaraxozu 1977-ci ildə elə bu kənddə də vəfat edib. Onun barəsində olan əhvalatların bir çoxu bütün Qazax mahalında məşhurdur. Qaraxozu əsasən kəndli həyatı sürmüş və eyni zamanda aktiv bir şəkildə qoçuluq fəaliyyət ilə məşğul olmuşdur.

Qaraxozu barədə məşhur olan əhvalatların birində deyilir:
" Noyemberyan rayonuna yeni prokuror təyin olunmuşdu. Sumbatyan adlı yeni prokuror eşidir ki, İncəli Qaraxozu ermənilərə divan tutur. Neçəsini qanına qəltan edib, harada girəvəsinə erməni keçir, çox böyük məharətlə başını əkir, heç kimin də xəbəri olmur. Bir gün onu kabinetinə çağırtdırır. Qəbul otağında gözləyən Məhəmməd kişini içəri çağıran Prokuror qapı ağzında dayanmış Qaraxozuya nifrətlə baxaraq stolun üstünə qoyduğu tapançanı əlinə alıb sərt, qəzəbli səslə deyir:

- Türki dığa, eşitmişəm bizim ermənilərlə düz dolanmırsan. Səni xəbərdar edirəm! Özünü düz aparmasan bu güllələrin yeddisini də kəllənə sıxacam.

- Səndə o hünər yoxdu, qorxaq dığa - deyib Qaraxozu onun üstünə yeriyir. Rəngi avazıyan Sumbatyan pistoleti ona tuşlayır. Məhəmməd kişi ona yaxınlaşıb:

- Kişisən o silahı mənə ver, mən onun yeddisini də sıxım kəllənə. Yadında saxla, eşidəm, biləm bir İncəliyə gözün üstdə qaşın var demisən, səni elə bu kabinetindəcə gəbərdəcəm – deyir. Rəngi avazıyan Sumbatyan o gündən İncə dərəsinin sakinləriylə düz dolanmağa başlayır...

"