Ağaiani döyüşü — Kaxetiya çarlığının zadəganları ilə Səfəvi imperiyası orduları arasında 1625-ci ildə baş vermiş döyüş.[1]
Ağaiani döyüşü | |||
---|---|---|---|
Kartli-Kaxetiya üsyanı (1625) | |||
Tarix | yazın əvvəlləri 1625-ci il | ||
Yeri | Ağaiani kəndi (müasir Kaspi bələdiyyəsi, Şida Kartli, Gürcüstan Respublikası) | ||
Səbəbi | Gürcülərin Səfəvi hakimiyyətinə qarşı üsyan qaldırmaları | ||
Nəticəsi | Gürcülərin məğlubiyyəti | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
İtkilər | |||
|
|||
|
1606-cı ildə I Abbas Kartli zadəganlarının və Teymurazın anası olan Ketevanın istəyi ilə ikisi də mülayim gənclər kimi görünən II Luarsab və I Teymurazı səfəvilərin vassalı olan Kartli və Kaxetiya krallıqlarına hökmdar təyin etdi.[1] Ancaq 1612-ci ildə Teymuraz və Luarsabın Qarabağ valisi də daxil olmaqla, Səfəvi zadəganlarını edam etməsi ilə Gürcüstan ilə Şah arasındakı münasibətlər pozuldu.[1] 1613-cü ildə Şah onları Mazandarandakı ov mərasiminə qatılmağa dəvət edərkən, onlar ya həbs ediləcəklərindən, ya da edam ediləcəklərindən qorxduqlarına görə getmədilər.[2][3] 1614-cü ilin yazında müharibə başladı.
Səfəvi orduları 1614-cü ilin mart ayında iki bölgəni işğal etdi və iki müttəfiq kral Osmanlı vassalı olan İmeretiyə sığındı.[1] Səfəvi saray tarixçisi İsgəndər bəy Münşinin bildirdiyinə görə, I Abbas ən güvəndiyi iki təbbəəsi və qulamının ona olan xəyanətindən dolayı qəzəblənmişdi.[2] 30.000 Kaxetiya kəndlisini Səfəvi imperiyasına sürgün etdi və kral II Aleksandrın nəvəsi İsa xanı Kartli taxtına təyin etdi. İsa xan İsfahandakı sarayda müsəlman olaraq böyüdülmüşdü və Şaha sadiq olacağı düşünülürdü.[2][1]
I Abbas qaçaq kralları ona verməzsə, İmeretini yandırmaqla təhdid etdi, İmereti, Meqrelya və Quriya hökmdarları bu tələbi birlikdə rədd etdilər. Ancaq Luarsab könüllü olaraq şaha təslim oldu, Abbas başlanğıcda ona yaxşı davrandı, ancaq Luarsab və Teymurazın osmanlılarla ittifaq qurduğunu öyrəndikdə Luarsabın İslamı qəbul etməsini istədi, rədd edən Luarsab həbs edildi.[1]
Teymuraz 1615-ci ildə Osmanlı-Səfəvi düşmənliyinin yenidən canlanmasından yararlanaraq şərqi Gürcüstana geri döndü və oradakı Səfəvi ordusunu məğlub etdi. Ancaq Osmanlı ordusu Səfəvilər üzərinə yürüşü ertələdikdən sonra Abbas Teymurazın üzərinə ordu göndərdi. Tiflisdə müqavimət göstərilsə də, bütün şərqi Gürcüstan yenidən səfəvilərə tabe edildi.
Şah Abbas böyük cəza tədbirlərindən sonra Gürcüstanda öz hakimiyyətini bərpa edə bildi, lakin Giorgi Saakadze, kral Teymuraz 1625 və 1626-cı ildə bölgədə Səfəvi nəzarətini azaltmada daha təsirli olan yeni üsyanlara başladılar.[1]
1625-ci ilin yazın əvvəllərində Şah Abbas Qaraçaqay xanın komandanlğı altında Gürcüstana böyük bir ordu göndərdi. Bu ordunun tapşırığı kaxetiyalıların müqavimətini tamamilə ortadan qaldırmaq və sağ qala bilənləri imperiyanın mərkəzi bölgələrinə köçürmək idi. Səfəvi ordusu Ağaiani kəndi yaxınlığında düşərgə saldı və komandan Qaraçaqay xan kaxetiyalı zadəganları (tavadi və aznauriləri) mükafatlandırmaq üçün yanına çağırdı. Lakin öz mükafatlarını almaq üçün çadıra daxil olan zadəganlar qətlə yetirildilər. Təxminən 400 nəfərin qətlə yetirilməsindən sonra Səfəvi komandanının əsl istəyi bəlli oldu. Bəzi zadəganlar düşərgədən qaça bildilər və üsyançılara qoşularaq Səfəvilərə qarşı olan müharibələrini davam etdirdilər.[4]