Qarri Abelyev

Qarri İzraileviç Abelyev (rus. Га́рри Изра́йлевич А́белев; 10 yanvar 1928, Moskva23 dekabr 2013, Moskva)[1]SSRİRusiya biokimyacı, immunoloq, onkoloq, Rusiya Elmlər Akademiyasının akademiki (2000).

Qarri Abelyev
Doğum tarixi 10 yanvar 1928(1928-01-10)
Doğum yeri
Vəfat tarixi 23 dekabr 2013(2013-12-23) (85 yaşında)
Vəfat yeri
Elm sahələri İmmunologiya, onkologiya, biokimya
Elmi dərəcəsi
Elmi adları
  • professor[d],
  • REA-nın akademikləri[d]
İş yeri
  • Moskva Dövlət Universiteti Biologiya fakültəsi[d]
Təhsili
  • Moskva Dövlət Universiteti Biologiya fakültəsi[d] (–1950)
Üzvlüyü
Mükafatları II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni
SSRİ Dövlət mükafatı Rusiya Federasiyasının əməkdar elm xadimi

Qarri İzraileviç Abelyev 10 yanvar 1928-ci ildə Moskvada anadan olmuşdur. 1945–1950-ci illərdə Moskva Dövlət Universitetinin Biologiya və Torpaq fakültəsinin Bitki biokimyası fakültəsini bitirmişdir. 1950-–-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının N. F. Qamaleya adına Epidemiologiya və Mikrobiologiya İnstitutunda işləmişdir. O, biokimyəvi şöbəyə hazırlıqçı kimi qəbul edilmişdir, sonra Lev Zilberin şişlərin virusologiyası və immunologiyası şöbəsinə keçmiş, burada laboratoriya müdirinə qədər öz yolunu tutmşdur. Abelyev Zilverin ölümündən sonra şöbəyə rəhbərlik etmişdir.[2] 1964–2006-cı illərdə Moskva Dövlət Universitetinin biologiya fakültəsinin virusologiya kafedrasında immunokimyadan (1964-cü ildən), molekulyar və hüceyrə immunologiyasından (1996-cı ildən) dərs demişdir.[3][4] 1977-ci ildən N. N. Bloxin adına Rusiya Xərçəng Araşdırma Mərkəzinin İmmunokimya laboratoriyasının müdiri olmuşdur. 1955-ci ildə "Şiş toxumasının müəyyən fraksiyalarının tədqiqi üçün eksperimental materiallar" mövzusunda namizədlik, 1963-cü ildə "Şişlərin antigen quruluşunun ayrı-ayrı antigenlər səviyyəsində tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.[5] 22 elmlər namizədi və 4 elmlər doktoru hazırlamışdır. 23 dekabr 1987-ci ildə SSRİ Elmlər Akademiyasının biokimya, biofizika və fizioloji aktiv birləşmələrin kimyası (immunologiya) şöbəsinə müxbir üzvü seçilmişdir. 26 may 2000-ci ildən Rusiya Elmlər Akademiyasının Fiziki və Kimyəvi Biologiya Bölməsinin akademiki olmuşdur.[6]

Qarri Abelyev 23 dekabr 2013-cü ildə Moskvada vəfat etmişdir. Vostryakovski qəbiristanlığında dəfn edilmişdir.

  1. Умер основоположник молекулярной диагностики рака академик Абелев Arxivləşdirilib 2013-12-25 at the Wayback Machine // «РИА Новости», 24 декабря 2013
  2. "Умер академик РАН Г.И. Абелев". garriabelev.narod.ru. 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
  3. "НМИЦ онкологии им. Н.Н. Блохина - Новости". www.ronc.ru (rus). 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
  4. "С.И. Горфинкель. Открытие Абелева". garriabelev.narod.ru. 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
  5. "Абелев Гарри Израйлевич | Летопись Московского университета". letopis.msu.ru. 2022-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-11.
  6. "Абелев Гарри Израйлевич. | ИС АРАН". 2021-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]