Qars kafedralı

Qars kafedralı — Kümbət Məscidi və ya Həvarilər Kilsəsi (erm: Սուրբ Առաքելոց Եկեղեցի) Qarsdakı tarixi bir binadır. Şərqin Ayasofyası olaraq xarakterizə olunur.

Qars kafedralı
Ölkə
Qars kafedralı xəritədə
Qars kafedralı
Qars kafedralı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qars erməni kafedralı (Həvarilər Kilsəsi)
Həvarilər Kilsəsi

X əsrdə Qarsda və ətrafında hökm sürən Bağratlı Krallığı dövründə bir erməni-gürcü kilsəsi olaraq inşa edilmişdir. Kral Abas tərəfindən tikilən kilsə beş il ərzində tamamlandı. Bu tikili, ibadət yerindən daha çox, xristianlıq üçün böyük bir müqəddəsliyə sahib olan 12 Həvarini anmaq üçün tikilmişdir.

Region 1064-cü ildə müsəlmanların hakimiyyəti altına keçdikdən sonra bu kilsə məscidə çevrildi və Kümbət məscidi adını aldı. Region Rusiyanın hakimiyyəti altına girəndə Rus-Pravoslav kilsəsinə, 1918-ci ildə Türk hakimiyyəti altına girəndən sonra isə yenidən məscidə çevrildi. 1964-cü ildə muzeyə çevrildi və Qarsdakı qazıntılardan əldə edilən tarixi əsərlər burada sərgilənməyə başladı. Qars Muzeyi olaraq da bilinən bu köhnə ibadət yeri 1981-ci ilə qədər bu funksiyasını davam etdirdi. 1993-cü ildən bəri məscid kimi istifadə edilmişdir.

Bina mərkəzləşdirilmiş şəkildə planlaşdırılmış dörd niş ilə genişlənən düz bucaqlara malikdir. Günbəzi konik formada olan binanın günbəzin altındakı nişləri daxildə yuvarlaq, xaricdə beş künclüdür. Binanın əsas girişi qərb tərəfdədir. Cənubşimal tərəflərdə də iki giriş qapısı mövcuddur. Apsis yarımdairə formasındadır. Bundan əlavə, apsis də daxil olmaqla, diametri 12 metr olan günbəz altı əsas sahəsi 8 incə və uzun tağ kəmərli pəncərə ilə işıqlandırılır. Həvarilər Kilsəsi yerli olaraq kəsilmiş bazalt daşından hazırlanmışdır. Memarlıq baxımından erməni kilsələrinin tipik xüsusiyyətlərinə malikdir.