Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qasım Xansuvar oğlu Qasımzadə (23 iyun 1923, Aşağı Xocamusaxlı, Qubadlı rayonu – 28 iyul 1993, Bakı) — şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1950-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984), filologiya elmləri doktoru (1985), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü (1991).[1]
Qasım Qasımzadə | |
---|---|
Doğum tarixi | 23 iyun 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 28 iyul 1993 (70 yaşında) |
Vəfat yeri | |
Uşağı | |
Təhsili | |
Fəaliyyəti | tərcüməçi, şair, tənqidçi, ədəbiyyatşünas |
Əsərlərinin dili | Azərbaycan dili |
Mükafatları | |
qasimqasimzade.com |
Qasım Qasımzadə 1923-cü il iyunun 23-də Qubadlı rayonunun Xocamusaxlı kəndində anadan olmuşdur.
Şəki Pedaqoji Texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon xalq maarifi şöbəsində metodist işləmişdir.
Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsilini davam etdirmişdir (1945–1950).
Eyni zamanda "Azərbaycan gəncləri" qəzeti redaksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1947–1949) olmuşdur. "Ədəbiyyat və İncəsənət" qəzeti redaksiyasında tənqid şöbəsinin müdiri, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı (1950–1953), baş elmi işçi əvəzi (1953–1954), baş elmi işçi (1954–1959), "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru (1957–1963) çalışmışdır. Yenidən Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutuna qayıtmış, ömrünün sonunadək burada baş elmi işçi (1963–1973) və sovet ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1973-cü ildən).
Ədəbi fəaliyyətə 20-ci əsrin 40-cı illərindən başlamışdır. Bu yaxınlarda şairin arxivindən tapılmış və sağlığında çap edilməmiş "İstiqbala səyahət", yaxud "Yerin övladı" (1946) başlıqlı poeması göstərir ki, Qasım Qasımzadə dünya elmi bədiiyyat poeziyasında ilkə imzasını atmış Azərbaycan şairidir.
İlk mətbu şeiri 1944-cü ildə "Kommunist" qəzetində çap etdirdiyi "Vəfasız olmaz" adlı poetik nümunədir. Dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış etmişdir. Şeirləri bir sıra xarici dillərə tərcümə edilmişdir.
Qədir Rüstəmovun ifasında məşhur olan "Olmaz-olmaz, olmaz-olmaz deyirsən" mahnısının sözlərinin müəllifidir.
1993-cü il iyulun 28-də vəfat etmişdir.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına (1982), Azərbaycan SSR Dövlət Mükafatına layiq görülmüşdür.