Qaspar Karampetyan (erm. Գասպար Կարապետյան) — erməni siyasətçi və ictimai xadim. Ədalət və Demokratiya üçün Avropa-Ermənistan Federasiyası adlı diaspora təşkilatının rəhbəridir. Araşdırmalar zamanı, Karampetyanın, Avropa Parlamentinin "Qətərgeyt" işinə görə həbs edilmiş Eva Kaili ilə dərin əlaqələri olduğu və rəhbərlik etdiyi təşkilat vasitəsilə müxtəlif ölkələrdən olan Avropa məmurlarının Qarabağa səfərlərini maliyyələşdirdiyi aşkara çıxarılmışdır.[1][2]
Qaspar Karampetyan | |
---|---|
erm. Գասպար Կարապետյան | |
Ləqəbi | Almaz kralı |
Doğum tarixi | |
Doğum yeri | Afina, Yunanıstan |
Milliyyəti | erməni |
Dini | Erməni Qriqoryan Kilsəsi |
Fəaliyyəti | siyasətçi, ictimai xadim |
Tanınır | Avropa Parlamentində erməni lobbiçiliyi[1][2] |
2024-cü ildə Caspian Broadcasting Company Kaspar Karampetyanın Avropada lobbiçilik fəaliyyətindən bəhs edən sənədli film yayımlamışdır.[2]
Qaspar Karampetyan 29 yanvar 1948-ci ildə Yunanıstanın Afina şəhərində, erməni ailəsində doğulmuşdur. İlk təhsilini Neos Kosmos Milli İbtibadi Məktəbində almışdır. Daha sonra, təhsilini Beyrutdakı Nşan Palancıyan Dcemaran Erməni Kollecində davam etdirmişdir. Azad Yunanıstan Universitetində Avropa Tarixi və Mədəniyyəti fakültəsində bakalavr təhsili almışdır.[3]
1967–1996-cı illərdə Qaspar Karampetyan Afinadakı bir texnologiya şirkətində idxal, ixracan və ictimayətlə əlaqələr şöbəsinin rəhbəri kimi çalışmışdır. Həmçinin 1976–1983-cü illərdə Yunanıstan Gənclər Birliyi adlı təşkilatda mərkəz ofisinin rəhbəri kimi fəaliyyət göstərmişdir.
Bundan sonra, 2007-ci ilə kimi Yunanıstan Erməni Ortodoks prelaturasının kansleri olaraq çalışmış, paralel olaraq 1998–2007-ci illərdə Yunanıstan Milli Komitetinin iqtisadiyyat komissiyasının üzvü olmuşdur. 2004–2010-cu illərdə "Hellenic AID" Yunanıstandan Ermənistana yardım komitetində nəzarətçi vəzifəsində çalışmışdır.
1992–1996-cı illərdə Erməni Məsələsinin Müdafiəsi Komitetinə rəhbərlik etmiş, 2011-ci ildən yenidən həmin vəzifəyə qayıtmışdır. 2003–2011-ci illərdə Ədalət və Demokratiya üçün Avropa-Ermənistan Federasiyası adlı diaspora təşkilatının üzvü olmuş, 2012-ci ildən təşkilata rəhbərlik etməyə başlamışdır.
Ədalət və Demokratiya üçün Avropa-Ermənistan Federasiyası təşkilatının rəhbəri kimi Avropa Parlamentinin "Qətərgeyt" işinə görə həbs edilmiş Eva Kaili ilə dərin əlaqələr qurmuş və müxtəlif ölkələrdən olan Avropa məmurlarının Qarabağa səfərlərini maliyyələşdirdirmişdir.[1][2][4][5]