Qazaros Avetisoviç Avakyan (erm. Ղազարոս Ավետիսի Ավագյան, rus. Газа́рос Авети́сович Авакя́н; 15 mart 1918 və ya 12 sentyabr 1918[1], Çaykənd, Gəncə qəzası[1] – 22 yanvar 1945[1]) — erməniəsilli SSRİ hərbçisi, leytenant. O, İkinci Dünya müharibəsində iştirak etmişdir.
Qazaros Avakyan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 mart 1918 və ya 12 sentyabr 1918[1] |
Doğum yeri | |
Vəfat tarixi | 22 yanvar 1945[1] (26 yaşında) |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Qızıl Ordu[1] |
Rütbəsi | Baş leytenant, Leytenant[1] |
Döyüşlər | |
Təltifləri |
|
Qazaros Avetisoviç Avakyan 12 sentyabr 1918-ci ildə Yelizavetpol qəzasının Çaykənd kəndində anadan olmuşdur. O, 1940-cı ildən Sovet Ordusunda xidmət edərək İkinci Dünya müharibəsində iştirak etmişdir. Avakyan müharibə illərində, 1943-cü ildə Smolenskdə, 1944-cü ildə isə Belorusiyada gedən döyüşlərdə vuruşmuşdur. O, 22 yanvar 1945-ci ildə Polşada, Ostrolenka şəhəri uğrunda gedən döyüşlərdə həlak olmuşdur.[2]
Qazaros Avakyan "Qırmızı Ulduz" ordeni ilə təltif olunmuşdur. O həmçinin, ölümündən sonra, 24 mart 1945-ci il tarixində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.[2]