Qazaxıstan–Yaponiya münasibətləri (yap. 日本とカザフスタンの関係; rus. Казахстанско-японские отношения) — Qazaxıstan ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında əlaqələr Mərkəzi Asiya üstəgəl Yaponiya formatında daha da güclənir.
Qazaxıstan–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Adı | Doğum ili | status | dəfn tarixi |
---|---|---|---|
Soçi İmazura | 1913 | əsgər | 26 avqust 1946 |
İvao Hasakava | 1910 | böyük serjant | 1 sentyabr 1946 |
Diuken Nakaşima | 1906 | tərxis | 9 noyabr 1946 |
Siqeci Homada | 1920 | əsgər | 19 noyabr 1946 |
İoqi Sekezima | 1910 | əsgər | 16 dekabr 1946 |
Madao Baba | 1914 | serjant | 25 dekabr 1946 |
Soci Konno | 1927 | əsgər | 20 yanvar 1947 |
Eslnou Takeyama | 1923 | əsgər | 21 yanvar 1947 |
Tadao Masuda | 1905 | əsgər | 29 may 1947 |
Çuçasaku Tanaka | 1912 | böyük əsgər | 26 iyul 1947 |
Çuççeo Mori | 1902 | əsgər | 5 noyabr 1947 |
İkinci dünya müharibəsindən sonra SSRİ tərəfindən bir çox yapon müharibə əsiri Qazaxıstana gətirilərək Paxta-Aral, Karlaq, Almatı kimi düşərgələrdə işlədilmişdir. Karağandı vilayətində yerləşən Karlaq düşərgəsində 15 min yapon müharibə əsiri saxlanılmışdır.[3] Paxta-Aral düşərgəsinə ilk yapon müharibə əsirləri 1944-cü ildə gətirilmişdir[4] və 1947-ci ildə 2225 yapon müharibə əsiri buradan Almatı düşərgəsinə köçürülmüşdür.[5] Paxta-Aral düşərgəsində 57 yapon müharibə əsiri ölmüşdür.[6]
Qazaxıstandakı müharibə əsirləri arasında ən məşhuru 1948-ci ildə bura gətirilmiş və ömrünün sonuna qədər Qazaxıstanda yaşamış Ahiko Tetsuro olmuşdur.[3] Qazaxıstandakı yapon müharibə əsirlərinin çoxu 1950-ci illərdə Yaponiyaya qayıda bilmişdir.
Qazaxıstanla Yaponiya arasında diplomatik əlaqələr 26 yanvar 1992-ci ildə qurulub.[7] Yaponiyanın Qazaxıstandakı səfirliyi 20 yanvar 1993-cü ildə Almatı şəhərində açılıb.[7] Qazaxıstanı Yaponiyadakı səfirliyi isə 22 fevral 1996-cı ildə Tokioda açılıb.[7] Yaponiyanın səfirliyi 1 yanvar 2005-ci ildə Astana şəhərinə köçüb.[7]
Yaponiya baş nazirləri - Cuniçiro Koyzumi 2006-cı ildə, Şinzo Abe isə 2015-ci ildə Qazaxıstanda səfərdə olmuşdur.[7] Qazaxıstan baş nazirləri Akejan Kajeqeldin 1996-cı ildə, Danial Axmetov isə 2005-ci ildə Yaponiyaya səfər etmişdir.[7] Bundan əlavə, keçmiş Qazaxıstan prezidenti Nursultan Nazarbayev 1994, 1999, 2008, 2016 və 2019-cu illərdə Yaponiyada olmuşdur.[7]
2019-cu ilin yanvar-oktyabr aylarında ölkələr arasındakı ticarət dövriyyəsinin məbləği 1,3 milyar ABŞ dolları (Qazaxıstandan ixrac 756 milyon ABŞ dolları, Qazaxıstana idxal 516 milyon ABŞ dolları) təşkil etmişdir.[8]
Qazaxıstandan Yaponiyaya ixrac edilən əsas məhsullar metal və metal məmulatları, dəmir xəlitələri (ixracatın 50%-ini təşkil edir), neft, kömür, briket və digər bərk yanacaqlar (48%), kimyəvi məhsullardır.[8] Yaponiyadan Qazaxıstana ixrac edilən əsas məhsullar isə avtomobillər, yük maşınları, buldozerlər, qreyderlər və digər nəqliyyat vasitələri, tibbi ləvazimatlar, maşın şinləridir.[8] Yaponiya Qazaxıstandakı ən böyük 10 xarici investitor ölkədən biridir (ümumi məbləğ 7 milyard ABŞ dollarından çoxdur).[8]
İki ölkə arasında biznes əlaqələrini gücləndirmək üçün 2014-cü ilin sentyabrından Yaponiya vətəndaşları üçün Qazaxıstanda 30 günlük azad viza rejimi tətbiq olunur.[8] 6 iyul 2019-cu ildən Astana ilə Tokio arasında birbaşa uçuşlar mövcuddur.[8]
2005-ci ildə Yaponiyanın Ayçi şəhərində baş tutan Expo zamanı Qazaxıstan milli günü tədbirləri baş tutmuş və "Gulder", "Ulytau", "Alkissa" kimi qazax ansamblların performansı baş tutmuşdur.[9] 2008-ci ildə Tokioda baş tutan Qazaxıstan mədəniyyət festivalı zamanı tanınmış qazax sənətçilər çıxış etmişdilər.[9] 2012-ci ildə Qazaxıstan Milli İncəsənət Akademiyasının gənc musiqiçiləri Tokioda çıxış etmişdilər.[9] 2012-ci ilin avqustunda Qazaxıstan xalq artisti Roza Rımbayeva Hiroşima şəhərində xeyriyyə konserti vermişdi.[9] 2016-cı ilin oktyabrında Tokio mədəniyyət zalında və Şincuku mədəniyyət mərkəzində Astana Balet Teatrının çıxışı baş tutmuşdur.[9]
2016-cı ilin payızında Qazaxıstan istehsalı "Mın bala" və "Qoz ağacı" filmləri Yaponiyada nümayiş etdirilmişdir.[9]
Qazaxıstanın Nazarbayev, Əl-Fərabi, Qumılyov universitetləri ilə Yaponiyanın Tokio, Tsukuba, Tokay və Vaseda universitetləri arasında akademik əməkdaşlıq mövcuddur.[9] 2016-cı ilin noyabrında Nursultan Nazarbayevə Tokay Universiteti tərəfindən fəxri doktor titulu və Qoy Sülh Fondu tərəfindən xüsusi mükafat verilmişdir.[9]
5 noyabr 2016-cı ildə Osaka prefekturasında baş tutan Payızgülü festivalı zamanı yeni cins bir payızgülünə "Prezident Nazarbayev" adı verilmişdir.[9]
27 fevral 2017-ci ildə Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi ilə Yaponiya Təhsil, Mədəniyyət, Elm və Texnologiya Nazirliyi arasında idman sahəsində əməkdaşlıq momerandumu imzalanmışdır.[9] 14 noyabr 2017-ci ildə Qazaxıstan Milli Kitabxanası ilə Tokio Mərkəzi Kitabxanası arasında kitab mübadiləsi baş tutmuşdur.[9]
21 və 25 dekabr 2017-ci ildə Tokioda Qazaxıstan Akademik Dram Teatrı tərəfindən Ahiko Tetsurodan bəhs edən "Aktaslı Ahiko" adlı tamaşa baş tutmuşdur.[9] 2011-ci ildə isə "Karağandı vilayətindəki yapon müharibə əsirləri" adlı kitab çapdan çıxmışdır.[10]
2019-cu ilin oktyabrına olan məlumata əsasən Qazaxıstanda 171 Yaponiya vətəndaşı yaşayırdı.[7]