Kitabi Dədə Qorqud

Bu məqalə Kitabi-Dədə Qorqud dastanı haqqındadır. Digər mənalar üçün Dədə Qorqud (dəqiqləşdirmə) səhifəsinə baxın.

Kitabi-Dədə Qorqud (Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan (Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı)[2]) – Oğuz türk dastanı.[3] Ümumtürk ədəbiyyatının yeganə yazılı eposu.

Kitabi-Dədə Qorqud
Müəllif Qorqud Ata
Orijinalın dili Oğuz dilləri
Ölkələr
Elektron versiya
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir ki, dünya alimlərinin diqqət mərkəzindədir. Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. Bəzi məlumatlara görə Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XVII əsrin görkəmli səyyahları olan Övliya Çələbi[4]Adam Olearinin[5] "Səyahətnamə"lərində bu fakta rast gəlmək olar.[6] XIV əsr tarixçilərindən Aybək əd-DəvadariFəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastandakı "Rəsul əleyhüssəlam zamanına yaqın Bayat boyından Qorqud Ata derlər, bir ər qopdu" ifadəsinə görə dastanın yaranması islamiyyətin meydana çıxdığı ərəfəyə (VII əsr) aid edilir.[7] Dastanın öyrənilməsi alman şəqşünası Henrix Fridrix fon Ditsin 1815-ci ildə Drezden kitabxanasında XV əsrdə yazıya alınmış əlyazmasını aşkar etməsi ilə başlayır. Daha sonra Vasili Bartold 1894–1904-cü illərdə dastanın I, II, III, V boylarını ruscaya tərcüməsi i8lə çap etdirir.[8] "Kitabi-Dədə Qorqudun yazıya alınma tarixini Əmin Abid Əbu Bəkr Abdullah ibn Aybək əd Dəvədarinin XIV əsr məlumatına söykənir. Burada deyilir ki, Dədə Qorqud oğuznaməsi türkcədən farscaya, farscadan da ərəbcəyə tərcümə edilmişdir. Kitabı farscaya çevirən Əbu Müslim əl-Xorasaninin hicri 137-ci ildə (miladi 752) xəlifə tərəfindən qətl edildiyini deyir. Deməli, kitabın faqrcaya tərcüməsi miladi təqvimlə 752-ci ildən əvvələ düşür. Eyni zamanda, bu o deməkdir ki, "Kitab"ımızın türkcə əsli daha əvvəllərdə olmuşdur.Əmin Abid. Türk el ədəbiyyatının başlanğıcına əməli bir baxış. Bakı: Dan ulduzu jurnalı nömrə 5. 1929. səh. 8. Sovet ideologiyasının antitürk, şovinist siyasəti nəticəsində 1951-ci ildə bu milli abidəmizin Azərbaycanda oxunması, çap olunması və öyrənilməsi qadağan olundu. 20 aprel 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndər Heydər Əliyev "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında fərman verdi.

Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy".

2017-ci ildə Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.[9]

Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı Təpəgöz obrazı Homerin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir.

2019-cu ilədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlum idi. Bunlardan biri – alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda[10] tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.

Drezden nüsxəsi[11] üzərində sonradan "Kitabi-Dədə Qorqud əla lisani taifeyi-oğuzan" ("Oğuz tayfaları dilində Dədəm Qorqud kitabı") yazılmışdır və yeni bir nüxsəsi (surəti) əsası 1556-cı ildə qoyulmuş Drezdendəki Kral Kitabxanasından alınıb 1972-ci ilin avqustunda Bakıya gətirilib Azərbaycan Milli Elmlər Akademiyasına verilib və Əlyazmalar İnstitutunda daha təfsilatlı tədqiq olunmuşdur. Bu nüsxə müqəddimə və 12 boydan ibarətdir.

2019-cu ilin aprelində İranda dastanın "Türkmən-Səhra"/Günbəd əlyazması aşkar edilib. Əlyazmanı Əski Xorasan vilayətinin Günbəd şəhərindən olan tanınmış mühəndis Vəli Məhəmməd Xoca bukinist mağazasında üzə çıxarmışdır. 31 vərəqdən ibarət olan əlyazma kitabı XVIII əsrin sonlarında Təbrizdə hazırlanıb. Əlyazmanın paleoqrafik göstəriciləri və dil özəllikləri belə bir fikrə gəlməyə əsas verir. Kitab oğuz elinin bilicisi Dədə Qorqudun soylamalarından və eposun baş qəhrəmanı Qazan xan haqqındakı bir boydan ibarətdir.[12] 1952-ci ildə E. Rossi Vatikan kitabxanasında əsərin yeni bir nüsxəsini tapıb italyanca tərcüməsi ilə birlikdə nəşr etdirmişdir. "Kitabi-Dədə Qorqud" Türkiyədə ilk dəfə 1916-cı ildə Kilisli Müəllim Rifət, Azərbaycanda isə 1939-cu ildə akademik H. Araslı tərəfindən nəşr olunmuşdur. Sonralar əsər ingilis, almanfars dillərinə tərcümə edilmiş, İngiltərədə, İsveçrədə, Amerika Birləşmiş Ştatları-nda və İranda çapdan çıxmışdır. 1951-ci ildə "Kitabi-Dədə Qorqud" AzərbaycandaTürkmənistanda "xalq düşməni" elan edilərək oxunması yasaqlanmışdı. "İnkişaf etmiş" Sosializm cəmiyyətində feodalizm dövründən qalmış sənət nümunəsinə "yer tapılmadı". Azərbaycanda 1957-ci, Türkmənistanda 1980-ci ildə bəraət qazanmışdır.

2022-ci ildə dastanın Bursa adı verilən yeni əlyazma nüsxəsi tapılıb.[13][14]

Boylarında mifoloji dünyagörüşü

[redaktə | mənbəni redaktə et]

Dədə Qorqud dastanlarının bir sıra boylarında mifoloji dünyagörüşünün izlərinə rast gəlmək mümkündür. Məsələn, "Dəli Domrul" boyunda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə görə mənalandırılması özünə yer tapmışdır. Buradakı Əzrayıl obrazı, dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə islamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılmışdır. Bu cəhətinə görə həmin boy ölüb-dirilən tanrılar haqqında qədim şumer, babil, misir əfsanə və mifləri ilə səsləşir.

Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara – şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında "Dədə Qorqud" eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 60-cı illərin əvvəllərində "bəraət" ala bilmişdir.

Kitabda əks olunan adət-ənənələr

[redaktə | mənbəni redaktə et]

Hər bir xalqın adət-ənənə sistemi çox rəngarəng olmaqla özündə xalqın gündəlik həyatında önəmli yer tutan hadisələrdə məsələn, muştuluqistəmə, əlöpmə, qurbankəsmə, yuxuyozma və s. əks etdirir. Adət-ənənələrin öyrənilməsində mənbələrdən biri də "Kitabi Dədə Qorqud" hesab olunur. "Kitabi Dədə Qorqud" da əks olunan adət-ənənələrin əksəriyyəti müasir dövrdə heç bir dəyişiklik etmədən istifadə olunur.

İnsanoğlu yarandığı gündən onun ən ali məqsədi nəsil artırmaq və yetişdirməkdir. "Kitabi Dədə Qorqud" dakı Oğuz tayfalarıda nəsil artırmağa böyük önəm vermişlər. Dastanda belə bir hissəyə rast gəlinir. Belə ki, övladlı şəxsləri qızılı, ağ rəngli otağa dəvət etmiş, övladları olmayanları isə qara otaqda oturtmuşlar ki, "Allah-Taala qarğıyıbdır, biz dəxi qarğayız"

Doğum mərasimləri içərisində "Ad qoyma" mərasimi mövcuddur. "Kitabi Dədə Qorqud" dastanında ad qoyan şəxs el ağsaqqalı hesab olunan Dədə Qorquddur. Dastanda adlar adətən gəncin göstərdiyi hünər ilə əlaqəli olur. Bu o deməkdir ki, uşaq doğulduğu an ona ad qoyulmur. Yalnız insiasiya mərhələsindən sonra ona ad verilir. Bunu "Dastan"ın birinci, üçüncü və səkkizinci boylarında görmək olar. Məs. Buğac, Basat və s. hünərləri ilə ad qazanan şəxslərdir.[15]

Toy mərasimləri

[redaktə | mənbəni redaktə et]

Toy "Kitabi Dədə Qorqud" da əks olunan adətlərdən biridir. "Beşikkərtmə" adətinə Dastanda rast gəlinir. "Bayandır xanın məclisində bütün bəylər əl açıb Baybörə bəy üçün oğlan diləyəyəndə, Baybörə bəy onlardan qız üçün dua etmələrini istəmişdi. Bəylərin duasından sora Baybican deyir ki "Əgər mənim oğlum olsa Baybörənin qızı ilə evləndirəcəyəm"

Valideynləri sağ ikən övladlarını görmək arzusu "Dastanda" öz əksini tapır. Altıncı boyda Qanlı Qoca evləndirmək istədiyi oğluna deyir: "Yaranlar atəm öldi, mən qaldım. Yerin-yurdum tutdun. Yarinki gün mən öləm, oğlum qala. Bundan yegrəgi yoxdur ki, gözüm görərkən oğul, gəl səni evərəyim.[15]

Yas mərasimləri

[redaktə | mənbəni redaktə et]

Əski dünyagörüşünə uyğun olaraq yaranan adətlərindən biridə yas mərasimi ilə əlaqəli adət-ənənələrdir. Yas mərasimində dünyanı dəyişən şəxsin arxasında qoyduğu ağrı ilə şivən qoparılır, ağılar deyilir. "Kitabi Dədə Qorqud" da bu cür ağılara, şivənlərə rast gəlirik. "Bamsı Beyrək" boyunda deyilir. Beyrək kafirlərə əsir düşərkən, adaxlısı Banıçiçək şivən qoparır, zar-zar ağlayır. "Vay al duvağın yiyəsi, vay alnım, başım umurı".[15]

Azərbaycan Respublikasının " Kitabi Dədə Qorqud "un 1300 illik yubileyinə həsr olunmuş markaları

Dastandakı obrazlar

[redaktə | mənbəni redaktə et]

Dastandakı bədii personajların, hadisələrin iştirakçısı olan şəxslərin adları qədim türk adlarıdır. "Kitabi-Dədə Qorqud" boylarında Dədə Qorqud şücaət göstərən igidlərə ad qoyur, çətin zamanlarda xalqın köməyinə gəlir, müdrik məsləhətləri ilə onlara yol göstərir. Dədə Qorqud adı, eyni zamanda, qopuzla əlaqədardır. Dastanlarda oğuzun yaşlı (Qazan xan, Dirsə xan, Qazılıq Qoca, Bəkil, Baybecan, Aruz, Qaragünə) və gənc (Beyrək, Uruz, Basat, Yeynək, Səgrək, Qarabudaq, Əmran) nəslə mənsub qəhrəmanlarından söhbət açılır. Qəhrəmanlıq ruhu abidənin əsas qayəsini təşkil edir. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrofik məlumatla zəngindir. "Kitabi-Dədə Qorqud" qadına yüksək münasibətilə seçilir. Eposun qəhrəmanlıq ruhu qadın obrazlarının davranışlarında da aydın görünür. Dastanda ana obrazı xüsusilə diqqəti cəlb edir. O, vətən rəmzi kimi ümumiləşdirilir, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir. A. Oleari Urmiya yaxınlığında Burla xatunun da qəbrini qeydə alır.[16]Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunmuşdur. "Kitabi-Dədə Qorqud" Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir.

  1. Dədə Qorqud (film, 1975)
  2. Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990)
  3. Dədə Qorqud axtarışında (film, 2000)
  4. Dirsə xan oğlu Buğac boyu (film, 2000)
  5. Salur Qazanın evi talandığı boy (film, 2001)
  6. Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)
  7. Heydər Əliyev və "Kitabi Dədə Qorqud" (film, 2012)
  1. Dede Korkut Hikayeleri (cizgi film): Tam İzlə
  2. Dede Korkut Hikayeleri (teleserial, 2007)[17]
  • "Kitabi-Dədə Qorqudun tekstoloji tədqiqi" (monoqrafiya). Şamil Cəmşidov — Füzuli adına Əlyazmalar İnstitutu.
  • "Kitabi-Dədə Qorqud" dastanının Drezden nüsxəsi. Tərtib, müqəddimə və şərhlər. Əhməd Şmeydan (Berlin Universitetinin professoru).
  • Xalq mədəniyyətinin güzgüsü. "Kitabi-Dədə Qorqud" dastanı haqqında elmi-kütləvi kitabça. Azərbaycan, türk, rus, ingilis, alman, fransız, fars və ərəb dillərində. Bəkir Nəbiyev və Yaşar Qarayev — Nizami adına Ədəbiyyat İnstitutu.
  • "Kitabi-Dədə Qorqud". Rəngli foto-albom. Müxtəsər mətn — (bir neçə dildə). Elçin Əfendiyev və Nazim İbrahimov.
  • "Kitabi-Dədə Qorqud"un poetikası (monoqrafiya). Bəhlul Abdulla — Nizami adına Ədəbiyyat İnstitutu.
  • "Kitabi-Dədə Qorqud" və qədim türk dastançılıq ənənələri. Elməddin Əlibeyzadə — Nizami adına Ədəbiyyat İnstitutu.
  • "Kitabi-Dədə Qorqud" — tarixi semantika. Rüstəm Kamal — Nizami adına Ədəbiyyat İnstitutu.
  • "Kitabi-Dədə Qorqud" və Azərbaycan folkloru. Oruc Əliyev — Nizami adına Ədəbiyyat İnstitutu.
  • "Kitabi-Dədə Qorqud". Eposun tədqiqinə həsr edilmiş məqalələrdən seçmələr toplusu. Tərtib edən və redaktor Yaşar Qarayev — Nizami adına Ədəbiyyat İnstitutu.
  • Ana dilimizin qədim abidəsi. Məqalələr toplusu. Tərtib edən və redaktor. A. Axundov — Nəsimi adına Dilçilik İnstitutu.
  • "Kitabi-Dədə Qorqud" dastanının izahlı lüğəti. Müəlliflər kollektivi. Redaktor Ağamusa Axundov.
  • "Kitabi-Dədə Qorqud" dastanının statistik təhlili. Redaktorlar Ağamusa Axundov və Məsud Mahmudov — Nəsimi adına Dilçilik İnstitutu.
  • "Kitabi-Dədə Qorqud" dastanının dili. Əbdüləzəl Dəmirçizadə — Redaktor Bəkir Nəbiyev.
  • "Kitabi-Dədə Qorqud" və qədim yunan dastanları. Əli Sultanlı — Redaktor Bəkir Nəbiyev.
  • "Kitabi-Dədə Qorqud" (nəfis tərtibatda, latın əlifbası ilə, rəngli illüstrasiyalı elmi-tənqidi mətn) — Samət Əlizadə.
  • "Kitabi-Dədə Qorqud" (rus dilində, Vasili Bartoldun tərcüməsində, 1951-ci il, Bakı nəşri).
  • "Oğuz qəhrəmanlıq dünyası" (Azərbaycan dilində) — Xalıq Koroğlu.
  • "Kitabi-Dədə Qorqud" — povest. Anar.
  • "Kitabi-Dədə Qorqud"un poetikası (rus dilində). Kamil Vəliyev.
  • "Kitabi-Dədə Qorqud"un biblioqrafiyası. — Kamil Vəliyev, H. Məmmədov.
  • "Sirr içində dastan və yaxud gizli Dədə-Qorqud" — Kamal Abdullayev — Azərbaycan Dövlət Dillər İnstitutu.
  • "Kitabi-Dədə Qorqud" (məktəb kitabxanası seriyasından)— Şəmistan Mikayılov — Azərbaycan Elmi-Tədqiqat Pedaqoji İnstitutu.
  • "Kitabi-Dədə Qorqud". Tofiq Hacıyev — Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti.
  • "Kitabi-Dədə Qorqud" (Tanrıçılıqdan islama) — Nizami Cəfərov — Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti.
  • "Kitabi-Dədə Qorqud"un leksikası — İsmayıl Məmmədov — Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti.
  • "Kitabi-Dədə Qorqud"un sintaksisi — Elmira Həsənova, Tofiq Hacıyev — Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti.
  • "Kitabi-Dədə Qorqud"da Naxçıvan yer adları — Səfərəli Babayev.
  • "Dədə Qorqud almanaxı" — (5 cildə).
  • Kitabi-Dədə Qorqud. Tərtib, transkripsiya, sadələşdirilmiş variant və müqəddimə müəllifi: F. Zeynalov və S. Əlizadə; Nüsxə fərqləri və şərhlərin müəllifi: S. Əlizadə; Tarixi-coğrafi qeydlərin müəllifi: S. Əliyarov. Bakı: "Yazıçı" nəşriyyatı, 1988, 267.
  • Dede Korkut Kitabı. Hazırlayan: M. Ergin. İstanbul: Milli Eğitim Basımevi, 1969, XVI+240 s.
  • Dede Korkut Kitabı (metin-sözlük). Hazırlayan: M. Ergin. Ankara: Ankara Üniversitesi Basımevi, 1964, VI+217 s.
  • Ettore Rossi. Kitab-i Dede Qorqut: I parte Arxivləşdirilib 2016-01-26 at the Wayback Machine, II parte Arxivləşdirilib 2016-01-26 at the Wayback Machine, III parte Arxivləşdirilib 2016-01-26 at the Wayback Machine, IV parte Arxivləşdirilib 2016-01-26 at the Wayback Machine, V parte Arxivləşdirilib 2016-01-26 at the Wayback Machine. Biblioteca apostolica vaticana.
  • Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər, Bakı, "Öndər nəşriyyat", 2004, 376 səh. ISBN 978-9952-416-08-2
  • Dədə Qorqud Kitabı. Ensiklopedik lüğət. Bakı, "Öndər nəşriyyat", 2004, 364 səh. ISBN 978-9952-416-13-9
  • Dədə Qorqud dastanları (uşaq və yeniyetmələr üçün). Parlaq İmzalar. Bakı, 2016. 264 səh. ISBN 978-9952-4940-1-3[18]
  • "Kitabi-Dədə Qorqud" Baltik xalqlarının dillərində". Mahir Həmzəyev. Bakı, "Elm və təhsil" nəşriyyatı, 2017, 116 səh. ISBN 978-9952-8176-6-9
  • Məmməd İracoğlu. Dədə Qorqud şeri. Bakı. Çaşıoğlu. 2000
  • Möhsün Nağısoylu. Kitabi-Dədə Qorqud"un Günbəd əlyazması. Bakı. "Elm və təhsil".
  • Dede Korkut Kitabı — Bursa Yazması. Bursa. "Star Matbaacılık" — 2022. ISBN 978-625-7546-16-4
  1. 1 2 3 4 5 6 Representative List of the Intangible Cultural Heritage of Humanity, Liste représentative du patrimoine culturel immatériel de l’humanité, Lista Representativa del Patrimonio Cultural Inmaterial de la Humanidad (ing.).
  2. https://web.archive.org/web/20050525145131/http://www.cultinfo.ru/fulltext/1/001/008/061/550.htm (#bare_url_missing_title). 2005-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2005-05-25.
  3. "Огузский эпос Китаби деде Коркуд". 2016-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-11-03.
  4. "(səh. 286)" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-01-19.
  5. "(səh. 274)" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-01-19.
  6. --Dədə Qorqud kitabı ensiklopedik lüğət. "Öndər nəşriyyat". Bakı-2004.
  7. "Qədim ədəbiyyat". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-24.
  8. В. В. Бартольд. Турецкий эпос и Кавказ. Mockba. 1968.
  9. "Heritage of Dede Qorqud/Korkyt Ata/Dede Korkut, epic culture, folk tales and music". UNESCO. ich.unesco.org. 2020-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2018.
  10. "Vat. turc. 102". 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-23.
  11. "Mscr.Dresd.Ea.86". 2021-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-23.
  12. ""Kitabi-Dədə Qorqud"un Günbəd əlyazması" kitabı çapdan çıxıb". 2022-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-21.
  13. "Dede Korkut'ta heyecanlandıran gelişme: Bursa nüshası bulundu". 2023-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-19.
  14. "Yeni Bulunan Bursa Nüshası Hakkında Tüm Detaylar". 2023-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-19.
  15. 1 2 3 "Arxivlənmiş surət". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-13.
  16. Жирмунский,, В. ТЮРКСКИЙ ГЕРОИЧЕСКИЙ ЭПОС,. НАУКА. 1974.
  17. "Dede Korkut Hikayeleri". 2023-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-18.
  18. "Dədə Qorqud dastanları". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-10.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]