Qlendeyl (ing. Glendale) — ABŞ-nin Kaliforniya ştatında yerləşən və Los-Anceles dairəsində şəhər. Aparıcı sənaye sahəsinin aviasiya olduğu bu şəhərdə etnik olarak daha çox Amerika erməniləri yaşayır.
Qlendeyl | |
---|---|
Glendale | |
34°10′15″ şm. e. 118°15′00″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1884 |
Sahəsi | |
Mərkəzin hündürlüyü | 160 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 818 |
Digər | |
glendaleca.gov | |
Vikianbarda əlaqəli mediafayllar |
2010-cu il üçün statistik hesabata görə, şəhərin əhalisi 191 719 nəfərdir.[5] Beləliklə, əhalinin sıxlığı hər km²-a 2421 nəfər təşkil edirdi. Şəhər əhalisinin irqi tərkibi belədir: 71,1% ağ, 16,4% asiyalılar, 1,3% afroamerikalılar, 0,3% hindilər, 0,1% Sakit okean adalarının yerli əhalisinin nümayəndələri, 6,3% — başqa irqlərin nümayəndələri. Əhalinin 34,1%-i öz mənşəyini erməni, 17,4%-i Latın Amerikanı kimi müəyyənləşdirib.
1964-cü ildən bəri Beynəlxalq Karate Assosiasiyasının qərargahı Qlendeyldə yerləşir.
2003-cü ildən etibarən Qlendeyldə "Xoştbəxliyə Yol" Fondunun beynəlxalq qərargahı yerləşir.
Qlendeyl həmçinin 1945-ci ildə dünyanın ilk Baskin Robbins dondurma kafelərinin ortaya çıxdığı bir şəhər kimi tanınır.
Qlendeyldə Disney Televiziya Animasiyaları şirkətinin baş mənzil-qərargahı yerləşir.