Ekzoplanet Qlise 581C (ing. Gliese 581C) — Tərəzi bürcündə görünür. Qlise 581, ulduzunun planet sistemində yerləşir və bu sistemdə aşkar olunan 2-ci ekzoplanetdir. (Qlise 581B-dən sonra aşkar olunub). Ətrafında fırlandğı ulduz Qlise 581 adlanr. Ekzoplanet Günəşdən təxminən 20.5 işıq ili uzada yerləşir.
Kəşfi | |
---|---|
Kəşf edən | ESO alimləri |
Kəşf yeri | Çili La Silla Rəsədxanası |
Kəşf tarixi | 2007 |
Kəşf üsulu | Teleskop-spektoqrafdan istifadə edilmişdir |
Böyük yarımoxu | 0,07359 ± 0,00076 astronomik vahid[1] |
0 radian[2] | |
Perisentr arqumenti | −10 ± 69 °[1] |
Nəyin peykidir | Qliz 581[d][3][4][…] |
Özünə xas ekssentrisitet | 0,12 ± 0,12[1] |
Fiziki xarakteristikaları | |
Həcmi | 5.36 M⊕ |
Kütləsi | 0,017783 ± 0,001214 Jupiter mass[2] |
Şimal qütbünün meyllənməsi | −7° 43′ 20,190958776″[5][3] |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu planet, Qlise 581 sistemində 2-ci aşkar olunsa da, sistemin 3-cü planetidir və öz ulduzundan cəmi 11 mln km uzaqda yerləşir . Buna görə də, bir ili 13 günə(təxminən 312 saata) bərabərdir. Həmçinin, bu məlumata və ulduzun ölçülərinə əsaslanaraq alimlər aşkarlayıblar ki, Qlise 581C "Həyat zonası"-da yerləşir[6]. Bu da deməkdir ki, planetin səthində su mövcud ola bilər. Lakin bu sübut olunmayıb. Çünki, bunun sübutu üçün spektral analiz etmək lazımdır (planetin səthində su buxarı tapmaq məqsədilə). Bu da, hələ ki mümkün olmayıb. Digər araşdırmalara əsasən, planetin səthində atmosfer də, ola bilər, amma bu atmosferin tərkibi bilinmir. Yəni, bu atmosfer həm həyat üçün əlverişli, həm də zəhərli olması mümkündür. Planetdə həyatın mövcud olmasına mane olan bir neçə dənə də amil var:Öz oxu ətrafında fırlanarkən planetin ulduza tərəf baxan hissəsi həttindən artıq qızır, əks tərəfi isə soyuq, orada yaşaya biləcək məxluqlar üçün əlverişsiz olur. Digər amil isə, Qlise 581 ulduzunun planeti tez-tez infraqırmızı şüalarla şüalandırmasıdır. Lakin, bütün bu amillərə baxmayaraq, alimlər bu planetdə həyatın mövcud olduğunu düşünürlər və gələcəkdə insanların yaşaya biləcəyi planetlər siyahısına daxil ediblər. Bu siyahıda həmçinin Qlise 581D və Qlise 581G planetləri də, var. Lakin, Qlise 581C-dən fərqli olaraq, bu planetlərin mövcudluğu sübut olunmayıb.
Alimlərin hesablamalarına əsasən, əgər planetin albedosu(səthin şüaları əksetmə qabiliyyəti),Yer kürəsinin albedosu ilə eynidirsə, planetin səthindəki orta tempratur (soyuq hissəsi ilə isti hissəsi bir yerdə) +40 °C-yə yaxın, Veneranın albedosu ilə eynidirsə, +3–5 °C-dir. Əgər planetin atmosferi metandan və ya karbondioksiddən ibarətdirsə,səthinin orta tempraturu +100 °C ola bilər[6].
Qlise 581C planeti indiyə qədər aşkar olunan ekzoplanetlərdən ən kiçiyi olmasına baxmayaraq Yer kürəsindən 50–100 faiz böyükdür. Minimal həcmi 5.36 M⊕ ola bilər və Yer kürəsindən təxmini 5 dəfə daha həcmlidir. Radiusu və diametri bilinmir.
Glisse 581 c planeti 2007-ci ilin aprel ayında Çili La Silla Rəsədxanasında işləyən Avropa Cənub Rəsədxanasının (ESO) alimləri tərəfindən aşkar edilmişdir. Komandanın başında Maykl Mayron durmuşdu. Komanda fransızlardan, portuqallardan və isveçlərdən ibarət idi. Onlar ekzoplaneti tapmaq üçün Avropa Cənub Rəsədxanasının alətlərindən birini, 3.6 metrlik teleskop-spektroqrafı istifadə etmişdilər.
9 oktyabr 2008-ci ildə saat 6:05-də "Yerdən mesaj" adlanan radiotelefon siqnalı Gliese 581 ulduzuna göndərildi.(Əslində bu siqnal ekzoplanet Gliese 581 c üçün nəzərdə tutulmuşdu). Gliese 581 sistemi Yerdən təxminən 20,5 işıq ili uzaq olduğundan, siqnal 2029-cu ilin yazına qədər qəbul edilməyəcəkdir. Mümkün cavab 2049-cu ilin payızına qədər Yerə qayıtmayacaq.
Bu siqnal, Ukrayna Milli Kosmos Agentliyinin "Evpatoria" teleskopu ilə azad göndərilib.