Qol Şərif məscidi

Qol Şərif məscidi (tatar. Колшәриф мәчете, rus. мечеть Кул-Шариф) — Tatarıstan Respublikasının və paytaxtı Kazanın əsas cümə məscididir (2005-ci ildən); Kazan Kremlin ərazisində yerləşir.

Qol Şərif məscidi
tatar. Колшәриф мәчете
rus. мечеть Кул-Шариф
Xəritə
55°47′53″ şm. e. 49°06′18″ ş. u.
Ölkə  Rusiya
 Tatarıstan
Şəhər Kazan
Yerləşir Kazan
Aidiyyatı Kazan Kremli
Memar Ş.X.Latışov, M.V.Safronov, A.Q.Səttarov, İ.F.Sayfullin
Tikilmə tarixi 1996-2005
Üslubu İslam memarlığı
Material qranit, mərmər
Rəsmi sayt kazan-kremlin.ru/muzej-z…
İstinad nöm.1610053000
KateqoriyaMəscid
Qol Şərif məscidi (Rusiyanın Avropa hissəsi)
Qol Şərif məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscidin inşasına 1996-cı ildə Kazan xanlığının paytaxtı, XVI əsrdə Orta Volqa dini təhsil və elmlərin inkişafı mərkəzi əfsanəvi çox minarəli məscidin yenidən qurulması kimi başlanmışdır. Məscid 1552-ci ilin oktyabrında İvan Qroznı qoşunları tərəfindən Kazana edilən hücum zamanı dağıdılmışdı. Sonuncu imam seyid, Kazan müdafiəsinin liderlərindən biri Kul-Şərifin adını daşıyır. 36 m yüksəklikdəki günbəz "Kazan papaqları" təsviri və dekorativ detalları ilə əlaqəli formalarla bəzədilib. Dörd əsas minarənin hər birinin hündürlüyü 58 metrdir. Məscidin xarici görünüşünün memarlıq və bədii həlli məscidin memarlığını yerli ənənələrə yaxınlaşdıran semantik elementlərin inkişafı ilə əldə edilmişdir. Ağ mərmər və qranitdən tikilmiş,günbəz və minarələr firuzəyi rəngdədir.[1]

  1. "Putin joins Tatarstan festivities". BBC News. 2005-08-26. 2010-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]