Qorodki (rus. Городки; isv. Poppi) — qədim Rusiya xalq idman növü. Qorodki Kareliya, Finlandiya, İsveç, İnqriya, Litva və Estoniyada yayılmışdır. Oyun bir az boulinq, bir az da at nalı oyununa oxşayır. Oyunda əsas məqsəd müxtəlif dizaynlarla qoyulmuş keqlları dəyənəklə yıxmaqdır. Keqllar qorodki (azərb. "şəhərcik"), keqlların yerləşdirildiyi zona isə qorod (azərb. "şəhər") adlanır.
Skandinaviya və Baltik dillərində oyuna kurnimäng, kriuhka, köllöi, keili və miestučiai kimi adlar verilir. Oyunun fin variantı kyykkä və ya Fin keqlları adlanır.
Qorodki oyunundan qədim rus xronikalarında bəhs edilir və oyunun müasir görkəminə yaxın versiyasının XVII əsrdə peyda olduğu güman olunur. Rusiya çarı I Pyotrun məşhur qorodki oyunçularından biri olduğu məlumdur.[1]
Oyunda əsas məqsəd qorod adlı zonada yerləşən keqlləri qabaqcadan müəyyənləşdirilmiş məsafədən toxmaqla aşırmaqdır. Keqllər 15 formada düzülə bilər: mərmi (пушка, puşka), çəngəl (вилка, vilka), ulduz (звезда, zvezda), ox (стрела, strela), quyu (колодец, kolodets), dirsəkli val (коленчатый вал, kolenchatyy val), artilleriya (артиллерия, artilleriya), raket (ракетка, raketka), pulemyot quraşdırması (пулемётное гнездо, pulemyotnoe qnezdo), xərçəng (рак, rak), gözətçilər (часовые, çasovye), oraq (серп, serp), tir (тир, tir), təyyarə (самолёт, samolet) və məktub (письмо, pismo).
Qorodki xalq oyunu olsa da, Rusiyanın müxtəlif tarixi şəxsiyyətləri (I Pyotr, Aleksandr Suvorov, Vladimir Lenin, İosif Stalin), eləcə də, müxtəlif mütəfəkkirlər (İvan Pavlov, Lev Tolstoy, Maksim Qorki, Nikolay Timofeyev) tərəfindən də oynanmışdır.[2] 1923-cü ilə qədər oyunun konkret qaydaları olmamışdır. 1923-cü ildə oyun qanunlaşdırılmış və sistemə salınmışdır və həmin ilk turniri baş tutmuşdur. Qorodki 1928-ci ildə ilk SSRİ Olimpiadasının proqramına daxil edilmişdi.[2]
Qorodki sovet cizgi serialı "Düşərsən, əlimə!"-nin bir seriyasında göstərilmişdir.
Bundan əlavə, qorodki CBS telekanalının "İnanılmaz yarış 17" televiziya verilişinin 7-ci buraxılışında, barikada yarışması zamanı göstərilmişdir. Qorodki 2009-cu ildə buraxılmış REC ROOM oyun diski vasitəsilə Wii oyun sistemində oynanıla bilər.
Oyun 4 iyun 2011-ci ildə "Raabı məğlub etmək" adlı televiziya verilişində yer almışdır.