Qoven burnu (rus. Мыс Говена) — Kamçatka diyarı ərazisində yerləşən burun. Burun Qoven yarımadasının cənub qutaracağını təşkil edir. Berinq dənizi daxilinıə doğru uzanır. Qərbdən Korf körfəzi, şərqdən isə Karaqin körfəzi ilə əhatələnir. Burunda mayak fəaliyyət göstərir.
Qoven burnu | |
---|---|
Yerləşməsi | |
59°50′ şm. e. 166°01′ ş. u.HGYO | |
Akvatoriya | Berinq dənizi |
Ölkə | Rusiya |
|
Burun və onun ətraf əraziləri Koryak qoruğuna daxildir.
Kazaklar XVIII əsrdə burunu Qovenski Nos burnu adlandırırdılar. Sonradan isə sadəcə Qoven buru olaraq adlanmağa başlanmışdır. Nəticədə isə burun adı bütün yarımadaya şamil olunmuşdur.
1820-ci illərə qədər yarımada Olyutorski Nos olaraq adlanırdı. Bu ad ilk rus səyyahları tərəfindən yaxınlıqdan axan Olyutorski çayının şərəfinə adlandırmışdılar. 1740-cı ildə Stepan Kraşennikov burunun adını koryak dilində Atvalıq olaraq göstərmişdir.
İlk əvvəllər yaxınlıqdakı İlpinski yarımadasında yerləşən burun «Qoven» adlanırdı. Bu həmin burun yaxınlığında yerləşən koryaklara məxsus olan Qovınk kəndinin adı ilə bağlı olmuşdur. Ancaq 1828-ci ildə Fyodor Litke səhvən o zaman ki, Qoven burnunu İlpinski buru olaraq səhv salır. Bu qatmaqarışıqlıq ancaq XX əsrin əvvəllərində Mixail Jdankonun ekspedisiyası zamanı aşkarlana bilir.
Burun elə də hündür olmayan Yujnaya dağının ətəklərini təşkil edir. Burada çoxlu sayda dəniz məməlilərinə rastlanılır: Şimal dəniz şiri və Ləkəli suiti. Həmçinin Qonur ayıları belə görmək mümkündür.
Meşətundra bitki örtüyünə sahibdir. Burada 273 növ yarımnöv borulu bitki növü yetişir. Üstəlik burada yetişən 5 növ Kamçatkanın qırmızı kitabına daxil edilmişdir (2007): Leonthopodium camschaticum, Lysiella oligantha, Rhodiola rosea, Saxifraga setigera, Oxytropis middendorffii.