Qoxumuş ardıc

Ağıriyli ardıc (lat. Juniperus foetidissima) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. IUCN  Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına  aiddir -  NT. Azərbaycanın nadir növdür. 

Ağıriyli ardıc
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

5-6 (16) m-ə qədər hündürlüyə malik ağac və ya 1,5- hündürlüyündə koldur. Yarpaqları tünd-yaşıl budaqcıqlarda lansetşəkilli, budaqlarda rombaoxşardır. Qozameyvələri dik dayanmışdır və ya azca sallaqdır, kürəvari və ya yumurtaşəkillidir. Toxumları 1-2 və bəzən 3 ədəd olub, oval və ya yumurtavari, açıq-qəhvəyi rəngdədir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Aprel-may aylarında tozlanır. Toxumla çoxalır. Qozameyvələri ikinci il oktyabr-dekabr aylarında tamam yetişir. Tozlanması anemofildir. Kserofitdir. Havanın quraqlığına və istiliyinə davamlıdır. Torpaq-qrunt şəraitinə tələbkar deyil, torpağın şoranlığına nisbətən davamlıdır. 300-350 ilə qədər yaşayır. Aşağı dağ qurşağından yuxarı dağ qurşağınadək, dəniz səviyyəsindən 1000 m-ə qədər yüksəkliklərdə yayılmışdır. Quru yamaclarda seyrək meşə əmələ gətirir, bundan başqa daşlı-çınqıllı və gilli yamaclarda, uçurumlarda və qayaların üzərində dağınıq halda, tək-tək və qrupla çürüntülü-karbonatlı, boz-qəhvəyi torpaqlarda bitir. Ardıc, yabanı püstə və ardıc seyrək meşəliyinin əsas bitki növlərindən biridir. Çox az hallarda bu meşəliklərdə dominant olur. Dərman bitkisidir.

Böyük Qafqazın şərq hissəsi (Şamaxı, QəbələAğdaş rayonları), Böyük Qafqazın Quba hissəsi  (Quba və Altıağac rayonları), Kiçik Qafqazın şimalı (Samux rayonu), Bozqır yaylası (Şəki rayonu), Kiçik Qafqazın cənubu (CəbrayılZəngilan rayonlarında) və Naxçıvanın  dağlıq hissəsində (Şahbuz rayonu).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Bozdağ silsiləsində geniş yayılmasına baxmayaraq gələcəkdə azalma tendensiyası proqnozlaşdırılır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Mal-qaranın otarılması, yanğınlar, sistemsiz kəsilmə, təbii bərpanın zəif getməsi.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Şahdağ və Altıağac Milli Parklarında, Türyançay, Şahbuz və Eldar şamı Dövlət Təbiət Qoruqlarında mühafizə olunur.