Qriqori Balyan (erm. Գրիգոր Պալյան; 1764[1], Konstantinopol, Osmanlı imperiyası – 15 noyabr 1831, Konstantinopol, Osmanlı imperiyası) — erməni əsilli Balyan ailəsinə mənsub Osmanlı memarı.[2]
Qriqori Balyan | |
---|---|
q.erm. Գրիգոր Պալեան | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1764[1] |
Doğum yeri | |
Vəfat tarixi | 15 noyabr 1831 |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | memar |
Uşağı | |
Ailəsi | Balyan ailəsi |
Vikianbarda əlaqəli mediafayllar |
Əslən Kayseri ermənisi olan saray memarlarından Bali kalfanın oğludur. Atasının adı səbəbilə "Balinin oğlu" mənasında Balyan soyadını alan ailənin ilk üzvüdür. 1764-cü ildə İstanbulda dünyaya gəldi. Parisdəki École des Beaux-Arts məktəbində təhsil aldı. Döndükdən sonra 1777-ci ildə sarayda xidmətə başladı və 1788-ci ildə Sultan Əbdülhəmid tərəfindən gənc yaşda saray memarı ünvanı aldı. Sultan Səlimin şəxsi müşavirlərindən biri oldu və bu illərdə Şahzadə Mahmudla yaxın münasibət qurdu.
1790-cı ildə saray memarlarından Minas kalfanın qızı Soqome ilə evləndi və cütlüyün bu nigahdan 6 övladı (Karpet, Sofiya, Hovannes, Lusiya, Xaçatur, adı bilinməyən bir qız) dünyaya gəldi. İndiki Bülbüldərə adlanan səmtdə yaşadı və çox sayıda saxladığı bülbüllər səbəbilə səmtin adının bu şəkildə anılmasında mühüm rol oynadı.
Yaxın münasibəti olduğu Sultan Mahmudun cülusunun ardından sarayda nüfuzu artdı və 1809-cu ildə verilən fərmanla vergidən azad edilərək çox sayıda imtiyaz qazandı. Həmin il Beşiktaş sarayının təmiri ilə vəzifələndirildi. Onunla yanaşı bir çox saray memarının vəzifələndirildiyi bu təmir əsasında sarayın mühüm bölümü dağıdılaraq yenidən inşa oldu.
1820-ci ildə Erməni Həvari kilsəsi və Erməni Katolik kilsəsi arasındakı məzhəb münaqişəsi əsnasında bilinməyən səbəblə Kayseriyə sürgün olundu. Burda qaldığı müddət ərzində kilsə inşa etdirdi. Çox keçmədən bağışlandı və İstanbula qayıtdı. 1825-ci ildə Səlimiyyə kazarmasının dağıdılaraq daşdan yenidən inşa olunması vəzifəsini aldı. 15 noyabr 1831-ci ildə Üsküdarda vəfat etdi və cənazəsi Üsküdardakı erməni məzarlığına dəfn olundu.
Sofiya adlı qızını erməni əsilli saray memarlarından Ohannes Sərvəryanla evləndirmişdir.