Vavilovo – Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Vavilovo kəndi Xəzər inzibati vahidliyinə daxildir.
Vavilovo | |
---|---|
41°58′55″ şm. e. 48°19′52″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Rayon | Dərbənd rayonu |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368612 |
Milli tərkibi: Azərbaycanlılar, Ləzgilər, Tabasaranlılar[2]. Dini baxımdan islam dininin həm sünni həm də şiə məzhəbində etiqad edirlər.
Dərbənd şəhərindən 8 km cənubda yerləşir.
Vavilovo kəndi Dağıstan təcrübə stansiyası ərazisində təşkil edilmişdir. Kənd Nikolay İvanoviç Vavilovun şərəfinə adlandırılmışdır. Təcrübə üçün yeri hələ akademik 1930-cu illərdə seçmişdir. Ancaq kənd 1969-cu ildə təsis edilmişdir.