Şota Arveladze (gürc. შოთა არველაძე; doğum 22 fevral 1973, Tbilisi, Gürcüstan SSR, SSRİ) — gürcüstanlı futbol mütəxəssisi, keçmiş futbolçu, İsrailin Makkabi Tel-Əviv klubunun baş məşqçisi.[3]
Şota Arveladze | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
gürc. შოთა არველაძე | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 22 fevral 1973[1][2][…] (51 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
SSRİ Gürcüstan |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 1.81 m | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 73 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
1997-2007-ci illər ərzində Gürcüstan milli futbol komandasının heyətində 61 oyun keçirib və 26 qol vurub. Milli komandanın heyətində ən çox qol vurmuş futbolçudur.[4] Futbolçu kimi hücumçu mövqeyində oynamışdır.
Şota futbola 1990-cı ildə "Martve Tbilisi" komandasında başlayıb. Burada sərgilədiyi uğurlu oyunlardan sonra, 1992-ci ildə "Dinamo Tbilisi"yə transfer olunub.
1993-94 mövsümünün dövrə arası fasiləsi zamanı o dönəm "Trabzonspor" klubunun prezidenti olan Sədri Şener tərəfindən bəyənilərək əkiz qardaşı Arçil Arveladze ilə birlikdə "Trabzonspor"a transfer olunub. "Trabzonspor"a gələndə çox gənc olmasına baxmayaraq, yüksək performans göstərib. Şota 1995-96 mövsümündə 25 qol vuraraq Tarıq Hodziçdən sonra Türkiyə çempionatında qol kralı olan ikinci əcnəbi futbolçu adını qazanıb. "Trabzonspor" azarkeşləri tərəfindən komandaya gəlmiş ən yaxşı əcnəbi futbolçu kimi göstərilən Şota 1997-ci ildə klubu tərk edib.
"Trabzonspor"dan sonra Hollandiya karyerası başlayıb. Şota 1997-ci ildə "Ayaks"a transfer olunur. "Ayaks"da da özünü sübut edən Şota 4 mövsüm ərzində 96 matçda meydana çıxır və 55 qol vurur. Daha sonra 2001-ci ildə Şotlandiya nəhəngi "Reyncers"ə transfer olunur. Burada da "Ayaks"da olduğu kimi 4 mövsüm forma geyir. Şotlandiya klubunda 95 matçda 44 qol vurmağı bacarır.
2005-ci ildə də "AZ Alkmaar" komandasına keçib. "AZ Alkmaar"ın çempionluğu qaçırdığı və UEFA Kubokunda yarımfinala çıxdığı 2005-06 mövsümündə komandası adına 22 qol, növbəti mövsüm isə 14 qol vurmağı bacarır. Ümumən bu klubun heyətində 60 oyunda 36 dəfə fərqlənməyi bacarır.
2007-ci ildə İspaniyanın "Levante" klubuna keçib, lakin mütəmadi zədələr səbəbindən klubun heyətində cəmi 4 oyuna çıxa bilib. 3 iyun 2008-ci ildə Şota Arveladzenin vida matçı keçirilib. Tbilisidəki Boris Payçadze adına stadionda “Şota Arveladzenin dostları” ilə Gürcüstan milli futbol komandası üz-üzə gəlib. Görüş “Şota Arveladzenin dostları”nın 9:6 hesablı qələbəsi ilə başa çatıb. Görüşü 45 min tamaşaçı izləyib.[5]
1992-ci ildən milli komandaya dəvət olunur. İlk oyununu 2 sentyabr 1992-ci ildə yoldaşlıq görüşü çərçivəsində Litva yığmasına qarşı keçirmişdir. Yığmada ilk qolunu 17 sentyabr 1992-ci ildə yoldaşlıq görüşündə Azərbaycan milli futbol komandasına vurmuşdur.
Gürcüstan milli futbol komandasında indiyə qədər ən çox qol vuran futbolçudur. 1992-2007-ci illər ərzində Gürcüstan yığmasının heyətində 61 oyun keçirib və 26 qol vurub. Gürcüstan futbol federasiyası Arveladzenin millidə geyindiyi 11 nömrəli formanın əbədiləşdirməsi qərarını verib.[6]