Qurban Yusifzadə

Qurban Yusif oğlu Yusifzadə (1913, Naxçıvan4 iyun 1982) — Azərbaycan jurnalisti və dövlət xadimi, professor (1967), Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri (1970–1982), Azərbaycan SSR Ali Sovetinin 8–10-cu çağırış deputatı.

Qurban Yusifzadə
bayraq
Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri
bayraq2
29 yanvar 1970 – 4 iyun 1982
Əvvəlkiİmran Mirzəyev
SonrakıElşad Quliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1913
Doğum yeri
Vəfat tarixi 4 iyun 1982(1982-06-04)
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti jurnalist, redaktor, pedaqoq
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fəlsəfə elmləri namizədi[d]
Elmi adı

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Qurban Yusif oğlu Yusifzadə 1913-cü ildə Naxçıvan şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1931-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra kənd məktəbində müəllimlik etmiş, jurnalistika ilə məşğul olmuş, 1932-ci ildə "Şərq qapısı" qəzetinin şöbə müdiri təyin edilmişdir.[1]

1941-ci ildə Azərbaycan Dövlət Universitetini bitirən Qurban Yusifzadə uşaq-gənclər nəşriyyatının direktoru, sonra isə baş redaktoru vəzifələrində işləmişdir. 1942–1944-cü illərdə o, SSRİ Xalq Müdafiə Komissarlığı hərbi nəşriyyatının Zaqafqaziya cəbhəsi yanında nəşriyyat redaktoru olmuşdur. 1947–1950-ci illərdə "Təbliğatçı", "Azərbaycan" jurnallarının məsul katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı vəzifələrini tutmuşdur.[1]

1953-cü ildə Qurban Yusifzadə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsini almaq üçün dissertasiya müdafiə etmişdir. 1953–1954-cü illərdə isə Bakı Ali Partiya Məktəbində işləmiş, bir çox illər ərzində burada marksizm-leninizm fəlsəfəsi kafedrasına başçılıq etmişdir. 1967-ci ildə ona professor adı verilmişdir. Filosof alim və jurnalist kimi o, 60-dan artıq əsərin müəllifi olmuşdur. 1970-ci ildən ömrünün axırınadək Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində işləmişdir.[1]

Qurban Yusifzadə 1944-cü ildən Sov.İKP üzvü olmuş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü[2] və KP Təftiş Komissiyasının üzvü seçilmiş, Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X çağırış deputatı olmuşdur. "Qırmızı əmək bayrağı" və "Şərəf nişanı" ordenləri, eləcə də SSRİ medalları ilə təltif edilmişdir.[1]

Qurban Yusifzadə uzun sürət ağır xəstəlikdən sonra 4 iyun 1982-ci ildə vəfat etmişdir.[1] İyunun 7-də Fəxri Xiyabanda dəfn olunmuşdur.[3]

  1. 1 2 3 4 5 Гурбан Јусиф оғлу Јусифзадә // Коммунист. № 133 (18067). 6 ијун 1982-ҹи ил. С. 3.
  2. Јусифзадә Гурбан Јусиф оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 175.
  3. Г. Ј. Јусифзадәнин дәфни // Коммунист. № 134 (18068). 8 ијун 1982-ҹи ил. С. 2.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]