Qurcana çayı üzərində tağlı körpülər

Tağlı körpülərXVIII əsrdə Qurcana çayı üzərində salınmış tağlı körpülər. Körpülərdən dördü salamatdır. Tikintilərində bişmiş kərpic və əhəngdən istifadə olunub. Çayın sürətini azaltmaq üçün suyun içində atmalar hörülüb, suyun qıraqlarına bərələr qoyulub. Tağlı körpülərdən – Qaranlıq körpü və Yuxarı Karvansarayın qarşısındakı körpü 2010-cu ildə bərpa edilib. Yalnız 3 saylı məktəbin qarşısındakı körpü ikitağlıdır. Qurcana çayı üzərindəki bu körpülər M.F.Axundzadə prospekti boyu — Dərə hamamının, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın və 3 saylı orta məktəbin qarşısında yerləşir.[1]

Tağlı körpülər
[[Fayl:Old Bridge in Shaki.jpg |274x400px|frameless]]
Xəritə
41°12′02″ şm. e. 47°11′39″ ş. u.HGYO
Ölkə Azərbaycan Azərbaycan
Şəhər Şəki
Tikilmə tarixi xvııı əsr
Material bişmiş kərpic
əhəng
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
  1. "Tağlı körpülər". sheki.heritage.org.az. 4 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 mart 2020.