Giləhli məscidi

Giləhli məscidi və ya Gileyli məscidi — Şəki şəhərində yerləşən, XVIII əsrdə inşa edilmiş tarixi məsciddir. Gilək məscidi 1749-cu ildə Şəki xanı Hacı Çələbi xan tərəfindən tikdirilmişdir. 1805-ci ildə həmin məscidin yerində Hacı Şəmsəddin bəy yeni məscid tikdirir. Bundan sonra məscid xalq arasında "Hacı Şəmsəddin bəy məscidi" adı ilə tanınmağa başlayır.

Giləhli məscidi
Xəritə
40°21′57″ şm. e. 49°49′58″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Şəki
Yerləşir Şəki
Aidiyyatı Yuxarı-Baş Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi 1749
Vəziyyəti bərpa olunub
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace
TipiMədəni
Kriteriyaii, v
Təyin edilib2019
İstinad nöm.1549
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.328
KateqoriyaMəscid
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Giləhli məscidi (Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu)
Giləhli məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Giləhli məscid də Ümumdünya İrsinə daxildir.

Məscidin kitabəsi

20-ci əsrin əvvəllərində Gilək məscidinin yaxınlığında, torpaq altından onun kitabəsi tapılıb. Sonradan kitabə məscidin yaxınlığında bulağın üstünə quraşdırılıb. 1936-cı ildə isə Ələsgərzadə bu kitabəninin foto şəkilini çəkərək, onun haqqında jurnalda yazıb[1].Sonralar da həmin xəbər və foto-şəkil bir neçə dəfə elmi nəşrlərdə dərc olunub. Kitabənin sonrakı taleyi məlum deyil.

Məscidin kitabəsində bunlar yazılıb:

" Bu şərəfli məscidi Hacı Çələbi sultan ibn Qurban, Şəki hakimi, Şirvan əmiri, 1162-ci il Allahın mübarək ramazan ayı tarixində tikdirdi". "

Gilək məscidi 1749-cu ildə Şəki xanı Hacı Çələbi xan tərəfindən tikdirilib. 1805-ci ildə həmin məscidin yerində Hacı Şəmsəddin bəy yeni məscid tikdirir. Bundan sonra məscid xalq arasında "Hacı Şəmsəddin məy məscidi" adı ilə tanınmağa başlayıb.

Vaxtilə, məscidin yaxınlığında yerləşən qəbiristanlığı zaman keçdikcə Qurcana çayı tamamilə yuyub yox edib. Qəbiristanlıqda mövcud olmuş bəzi baş daşları müxtəlif muzeylərdə saxlanılır. 1805-ci ildə məscidi bərpa etdirmiş Hacı Şəmsəddin bəyin baş daşı Şəki Tarix-Diyarşünaslıq muzeyində saxlanılır. Hacı Şəmsəddin bəy 1815-ci ildə vəfat etmiş və Gilək məscidinin yanındakı qəbristanlıqda dəfn edilmişdir.

Sovet işğalında

[redaktə | mənbəni redaktə et]

Sovet işğalından sonra rəsmi sürətdə 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[2]

XX əsrin 30-cu illərində evləri qəzalı vəziyyətə düşmüş bir ailə məscidin binasında məskunlaşdırılıb. Məscid uzun müddət baxımsız qaldığı üçün qəzalı vəziyyətə düşüb. Daha sonra isə binası sökülübb. [3] Məscidin yalnız minarəsi qalıb.

Müstəqillikdən sonra

[redaktə | mənbəni redaktə et]

Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[4]

2001-ci ildən Şəki şəhərinin tarixi hissəi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.[5] Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub.[6] Şəki şəhərinin tarixi mərkəzində yerləşən Giləhli məscid də Ümumdünya İrsinə daxildir.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Məscidin inşası üçün Şəki şəhərinin şimal-şərq hissəsində çay sahilindəki dərin uçurumun yaxınlığı seçilmişdir. Gileyli məscidi həm planlaşdırma xüsusiyyətlərinə həm də daxili həcminin həllinə - çoxsaylı divar nişləri və divar səthinin polixrom işlənməsi – görə Şəkinin yaşayış tikililərinin memarlığına yaxındır.[7]

Planda 6x12 metr ölçüyə malik düzbucaqlı formasına malik məscid binasının tavanını binanın mərkəzində yerləşdirilmi dörd taxta sütun saxlayır. Məscidin binası gil və saman qarışığından hazırlanmış çiy kərpic və çaydaşı qarışığından inşa edilmişdir. Divarlar xaricdən səliqə ilə suvanmış, daxildən isə suvanmış və rəngarəng rəsmlərlə bəzədilmişdir.[7] Həmin rəngarəng rəsmlər abidənin əsas dəyərli elementləridir.

Zalın divarları gəc məhlulu ilə üzlənmiş, suvaq qatı üzərində həndəsi və nəbati naxışlar çəkilmiş və sonradan həmin naxışlar rəngarəng boyalarla rənglənmişdir.[7] Daxili divarların səthi kəmərlər vasitəsiylə bir neçə hissəyə bölünmüşdür: döşəmədən 1.5 metr hündürlüyə kimi divarlar gil-saman qarışı ilə suvanmış və nazik gəc məhlulu ilə üzlənmişdir. Bu panellərdən yuxarıda oxvari çoxpilləli nişlər kəməri gedir. Həmin kəmər həndəsi və nəbati naxışlarla doldurulmuşdur.[8] Nişlərin yuxarısında bitki naxışlı nazik lent yerləşir, onun üstündə isə ərəb əlifbası ilə yazı lenti keçir. Salamzadə 35 Bütün bu kompozisiya həndəsi naxışlarla bəzədilmiş bardür kəməri ilə tamamlanır.[8]

Cənub-şərq divarının mərkəzində stalaktitlər, naxışlar və yazılarla zəngin bəzədilmiş oxvari biçimli mehrab yerləşir.[8] Mehrabın yanlarında da çoxpilləli oxvari nişlər vardır.[8]

Bu günə qədər əvvəlki Giləhli məscidin yalnız minarəsi gəlib çatıb. Qülləyə qədər 13,5 metr olan minarə, yüksəklikdə yerləşir. Məscidə üfüqi istiqamətdə söykənən istinad divarı onun möhkəmliyini və dayanıqlığını daha da artırır. Onun istinad divarının qurtaracağına qədər olan hissəsi daşla, ondan yuxarı hissəsi isə bişmiş qırmızı kərpiclə hörülmüşdür. Müəzzinlər üçün nəzərdə tutulan və minarəni tamamlayan sahəyə qalxmaqdan ötrü istinad divarının üzərində iyirmidən artıq daş pilləkən hörülmüş, yağışdan, qardan, çovğundan və günəşdən qorunmaq məqsədi ilə kənarına taxta vurulmuş. Üstü örtülmüşdür. Buraya işığın düşməsi üçün kiçik pəncərələr də qoyulub. Pilləkənin qurtaracağında minarəyə daxil olmaq üçün tağlı qapı var.

  1. Известия АзФАН СССР, Bakı, I, 67, 1943
  2. Arif Yunusov. Ислам в Азербайджане (PDF). Bakı: Zaman. 2004. səh. 78. ISBN 9952-8052-0-9. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-30.
  3. Orkhan Ali. "İbadət evləri: hansı rayonda necə məscid var? - V YAZI" (az.). modern.az. 2012-04-27. 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-30.
  4. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-30.
  5. "Historic Centre of Sheki with the Khan's Palace" (ingilis). unesco.org. 2019. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
  6. "Şəki Xan Sarayı Dünya İrsinin siyahısında" (az.). Amerikanın Səsi. 2019-07-07. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-30.
  7. 1 2 3 Саламзаде, 1964. səh. 34
  8. 1 2 3 4 Саламзаде, 1964. səh. 35
  • Саламзаде, А. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]