Rəşid bəy Əfəndiyevin ev-muzeyi - R.B.Əfəndiyevin ev muzeyi 1992-ci ildən fəaliyyətə başlamışdır. Bina XVIII əsrin axırı, XIX əsrin əvvəllərində inşa edilmişdir. II mərtəbə 5 otaqdan ibarətdir.
Rəşid bəy Əfəndiyevin Ev-Muzeyi | |
---|---|
Əsası qoyulub | 2001 |
Mövzu | Tarix |
Yerləşir | Şəki şəhəri, Mirəli Axundov küçəsi, 5 |
Kolleksiyası | 2432 eksponat |
Telefon | (+994 24) 244-42-58 |
İş rejimi | (II – VII) 10:00 – 18:00[1] |
Nazirlər Kabinetinin 51 saylı qərarına əsasən 1863-cü ildə Şəkidə anadan olmuş görkəmli pedaqoq Rəşid bəy Əfəndiyevin ev-muzeyi 1992-ci il martın 31-dən fəaliyyət göstərir. [2]
İkimərtəbəli bina XIX əsrdə yerli inşaat materiallarından tikilib. Birinci mərtəbədə iki otaq və zirzəmi, ikinci mərtəbədə beş otaq var. Muzey ikinci mərtəbədədir. 2287 eksponatın sərgiləndiyi ev-muzey dörd ekspozisiya zalından ibarətdir.
Muzeydə 2432 eksponat qorunur. Burda Əfəndiyevə məxsus məişət əşyaları, libaslar və digər nümunələr qorunub saxlanılır. Muzeydə eyni zamanda maarifçi xadimin həyat və fəaliyyəti haqda da məlumat verilir.[6]