Mənbə[1]
Qurdlar Vadisi İraq | |
---|---|
türk. Kurtlar Vadisi Irak | |
| |
Janr | Ekşn, Macəra, Siyasi |
Rejissor | Sərdar Akar |
Prodüser | Raci Şaşmaz |
İcraçı prodüser | Raci Şaşmaz |
Ssenari müəllifləri | Raci Şaşmaz, Bahadır Özdənər |
Baş rollarda |
Necati Şaşmaz Gürkan Uygun Kenan Çoban Erhan Ufak Billy Zane Bergüzar Korel Ghassan Massoud |
Bəstəkarlar | Gökhan Kırdar, LOOPUS |
İstehsalçı | Pana Film |
İlk baxış tarixi |
29 oktyabr 2006 (İstanbul premyerası) |
Müddət | 122 dəqiqə |
Büdcə | 14 milyon $ |
Gəlir | 23.465.471 $ |
Ölkələr | Türkiyə |
Dillər | Türkcə, İngiliscə, Ərəbcə, Kürdcə. |
İl | 2006 |
Əvvəlki film | Qurdlar Vadisi |
Sonrakı film | Qurdlar Vadisi Terror |
Rəng | rəngli |
Çəkiliş yeri | Türkiyə: Qaziantep |
IMDb | ID0493264 |
Filmin hekayəsi gerçək bir hadisə olan "Torba hadisəsi"nə işarə ilə başlayır… 4 iyul 2003 tarixində Şimali İraqda yerləşmiş on bir xüsusi təyinatlı türk əsgərinin qeyri-rəsmi, yarı-gizli qərargahına müttəfiq Amerikan birlikləri gəlir. Türk qrupu bunu müttəfiqlərinin adi ziyarətlərindən biri zənn edir… Lakin bu səfər vəziyyət fərqlidir. Dəyişən şəraitdə Amerika bölgədə "son sözü" söyləyən tək güc olmaq hədəfindədir. Onlara görə regionda artıq türklərə yer yoxdur…
O gün on bir əsgər başlarına torba keçirilərək camaatın gözlərinin qarşısında əsgərlik qürurları heçə sayılaraq ölkədən xarici edilirlər…
Filmdə hər şey bura qədər gerçəkləri anladır…
Gerçəklər üstünə qurulan hekayədə Süleyman Aslan o on bir əsgərdən biridir. Vaxtilə alçaldılaraq təslim olmağı qüruruna yedirə bilməyən baş leytenant Süleyman geridə bir məktub qoyub intihar edir…
Məktub Polad Aləmdara yazılmışdır… Polad Ələmdar çox xüsusi olaraq yetişdirilmiş türk kəşfiyyatçısıdır. Dövlət adına çalışan gizli bir xidmətin ölkə daxili və xarici bir çox əməliyyatına qatılmışdır… Həyatda həmişə vəzifələri üçün yaşayan Polad Ələmdar vəzifəsi uğruna intihar edən yoldaşının vəsiyyətinə qeydsiz qala bilmir…
O artıq adamları ilə birlikdə Şimali İraqdadır, lazım olsa ölmək üçün…
Şimali İraqda onları fərqli bir vəziyyət gözləyir. Onlar türk əsgərlərinə utancı yaşadan adamın arxasınca idilər, amma gördükləri inanılası kimi deyildi. İraqda insanların dəyərləri, şəxsiyyətləri, keçmişləri heçə sayılırdı. Qurulmaq istənən yeni nizam insanlara qəbul edilə bilməz bir dəyişməni sırıyırdı… Bu qəbul edilə bilməz insanlıq cinayətlərinin görünən üzü torba hadisəsinin də baş aktyoru Sem Uilyam Marşal adındakı amerikan xüsusi qüvvə komandiridir.
Sem U. Marşal planını reallaşdırmaq üçün bölgədəki hər kəsin birləşdiyi ərəb toyuna hücum edir. Hamısı mülki sakin olmaqla onlarla adamı qətlə yetirilir. Toyun gəlini Leyla basqında gələcək həyat yoldaşını itirir… O gecə qətl edilən insanlar xaricində bir çox günahsız insan da terrorist adlandırılaraq həbs olunur.
Tale daha sonra Polad və Leylanın yollarını uğrunda ölməyi gözə aldıqları hədəf uğrunda kəsişdirəcək…
Semin arxasında artıq bütün günahları, Polad və Leyla var…
Mənbə[2]
Mənbə[3]
Türkiyədə işləyən ingilis jurnalist Gareth Jenkins Vaşinqtonda etdiyi çıxışda Türkiyə cəmiyyətində böyük bir psixoloji pozğunluq olduğunu və bunun da Qurdlar Vadisi İraq filmiylə görülə biləcəyini söyləyib: "Bu filmin DVD-sini almağınızı və görməyinizi istəyərəm. Filmdə Türkiyə cəmiyyətindəki böyük psixoloji pozğunluğu görə bilərsiniz. Filmdə ciddi şəkildə Osmanlı həsrəti və həddindən artıq türk millətçiliyi, hətta anti-semitizm var." Yığıncağa qatılan səfirlik səlahiyyətlisi isə qarşı çıxaraq bunun qəbul edilə bilməz olduğunu İfadə edib.[4]