Şimali İraq

Kürdüstan Bölgəsi (ərəb. حكومة إقليم كردستان‎) — İraqın şimalında muxtar vilayət. İnzibati cəhətdən ərazisinə İraqın 3 mühafazası - Süleymaniyə, ƏrbilDohuk mühafazaları daxildir. Əhalisi 2022-cü il etibari ilə 7,800,300[1] ərazisi 41.047 km², inzibati mərkəzi Ərbil şəhəridir.[2]

İraq Kürdüstanı
Herêma Kurdistan
Bayraq Gerb
Bayraq Gerb
Rəsmi dilləri
Paytaxt Ərbil
İdarəetmə forması Prezident respublikası
Prezident Neçirvan Bərzani
Baş Nazir Məsrur Bərzani
Sahəsi
 • Ümumi 41220 km² km²
 • Əhali
  • 6.171.083 nəf. (2020)
Valyuta İraq dinarı
Telefon kodu +964
Saat qurşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Birinci Dünya müharibəsi zamanı Birləşmiş KrallıqFransa Qərbi AsiyaSays–Piko sazişinə əsasən bölmüşdür.[3] Sevr müqaviləsiLozanna müqaviləsi onu əvəz etmiş, müasir bir Qərbi Asiya və Türkiyə Respublikası qurmuşdur. Millətlər Liqası Fransaya SuriyaLivanda, Birləşmiş Krallığa isə Fələstinİraqda mandatlar bağışlamışdır.[4] Osmanlı imperiyasının Ərəbistan yarımadasındakı hissələri axırda, Səudiyyə ƏrəbistanıYəmən tərəfindən alınmışdı.

İraqdakı Birləşmiş Krallıq mandatına qarşı bir neçə üsyan qaldırmış tayfa başçısı Mahmud Bərzənci. İraq Kürdüstanı. 1919-cu il.

1 dekabr 1918-ci il tarixində Süleymaniyyə şəhərində keçirilən yığıncaqda ingilis polkovnik Arnold Vilson ilə kürd tayfa başçıları Birləşmiş Krallığa təklif verdilər, hansı ki, Birləşmiş Krallıq protektoratı olacaq birləşmiş və müstəqil bir kürd dövlətinin təsis edilməsi ilə bağlı idi.[5] 1919-cu ildən 1922-ci ilə qədər nüfuzlu kürd öndəri Şeyx Mahmud Bərzənci kürd hökuməti qurmuş və Böyük Britaniya hakimiyyətinə qarşı iki dənə üsyan qaldırmışdır. Birinci üsyan 22 may 1919-cu il tarixində Süleymaniyyə şəhərində iki ingilis səlahiyyətlisinin həbs edilməsi ilə başlamış, daha sonra isə MosulƏrbil şəhərlərinə qədər yayılmışdır, ancaq bir müddət sonra yatırılmışdır.[6]

Kürd silahlı dəstələrinin məğlubiyyətindən sonra Mahmud Bərzənci Hindistana sürgün edilmişdir.[7] 1920-ci ilin iyul ayında 62 tayfa başçısı Kürdüstanın müstəqilliyini tələb edirlər. 1922-ci ildə Birləşmiş Krallıq MosulKərkük şəhərlərinə iddia irəli sürən Türkiyəyə qarşı bufer olması ümidilə Şeyx Mahmuda səlahiyyət verir. Buna baxmayaraq, ingilislərə itaət etməyən Şeyx Mahmud 1922-ci ildə Kürdüstan krallığının müstəqilliyini və özünün bu dövlətin kralı olduğunu bəyan edir.[8] İki il davam edən böhranda ingilislər kürdləri özlərindən asılı vəziyyətə sala bilirlər.[9]

Buna baxmayaraq, İraqın 1930-cü ildə Millətlər Liqasına qəbul edilməsi bəyan edildikdən sonra Şeyx Mahmud üçüncü bir üsyan qaldırmış, ancaq Birləşmiş Krallığın quru və hava qüvvələri onu yenə məğlub etmişdir.[10][11]

1927-ci ildə Barzani tayfası İraq kürdlərinin hüquqlarının ən böyük dəstəkçilərindən biri olmuşdu. 1929-cu ildə Barzani İraqın şimalında kürd vilayətinin təsis olunmasını tələb etmişdir. Bu tələblər ilə ruhlanmış kürdlər 1931-ci ildə Millətlər Liqasına müraciət etdilər ki, müstəqil bir kürd hökuməti yaradılsın. Həmin ilin axırlarında Əhməd Barzani İraqa qarşı üsyan qaldırmış, bir neçə ay sonra məğlub edilsə də, başlatdığı hərəkat kürdlərin müstəqillik uğrundakı növbəti dövrlərdəki mübarizələrində böyük rol oynamışdır. İkinci Dünya müharibəsi zamanı İraq hakimiyyətində boşluqlar yaranmış, Mustafa Barzani öndərliyindəki kürd tayfaları bundan istifadə edərək üsyan qaldırmışdılar. Onlar İraq Kürdüstanını 1945-ci ilə qədər idarə etsələr də, iraqlılar kürdləri yenidən özlərindən asılı vəziyyətə sala bilmişdilər. Mustafa Barzani İrana sürgün edilir və 1946-cı ildə Məhabad Cümhuriyyətinin süquta uğramasından sonra SSRİ-yə köçür.[12][13]

Birinci İraq-Kürdüstan müharibəsi

[redaktə | mənbəni redaktə et]

1958-ci ildə Əbdülkərim Qasımın gerçəkləşdirdiyi hərbi çevrilişdən sonra Mustafa Barzani İraqa dəvət edilir və o, yerli xalq tərəfindən çox yaxşı qarşılanır. Qasım ilə Barzani arasındakı razılaşmanın bir parçası olaraq, Qasım kürdlərə regional muxtariyyət vəd edir, qarşılığında Barzaninin siyasi dəstəyini istəyir. Buna əlavə olaraq, Barzani 1959–1960-cı illər Kürdüstan Demokratik Partiyasının (KDP) sədri olur.[14] Qasım ilə Barzani arasındakı razılaşmadan iki il keçməsinə baxmayaraq, Qasım öz vədlərini gerçəkləşdirmirdi. Buna görə də KDP regional muxtariyyət uğrunda təşviqat aparır.[15] Bundan sonra gerçəkləşən hadisələr Birinci İraq–Kürdüstan müharibəsi adlanır ki, bu, 1970-ci ilə qədər davam etmişdir.[16] Üsyan 1960-cı illərdə qızğın, uzun bir müharibəyə çevrilir. Müharibə 1970-ci ildə çıxılmaz vəziyyətdə idi, İraq qüvvələri kürd üsyanını yatıra bilmirdi.[17][18] Bu vaxta qədər 75.000–105.000 insan həlak olmuşdu.[19][20] İraq mərkəzi hökuməti ilə Kürdüstan regional hökuməti arasında aparılan danışıqlar 1970-ci ildə İraq–Kürdüstan muxtariyyət sazişinin imzalanması ilə nəticələnmişdir.[21]

İkinci İraq-Kürdüstan müharibəsi

[redaktə | mənbəni redaktə et]

ABŞ 1973-cü ildə İran şahı ilə gizli bir saziş imzalamışdır. Bu razılaşmaya görə, SAVAK təşkilatı MKİMossad ilə əməkdaşlıq edərək kürd üsyançıları Bağdada qarşı məxvi şəkildə maliyyələşdirəcəkdi.[22] 1974-cü ildə İraq hökuməti kürdlərə qarşı bir hücum əməliyyatı gerçəkləşdirir. İkinci İraq–Kürdüstan müharibəsi adlanan bu əməliyyatda İraq Silahlı Qüvvələri kürd üsyançıları ölkənin İran ilə olan sərhədə qədər qovur.[23] İraq hökuməti Tehrana məlumat verir ki, əgər İran kürdləri dəstəkləməkdən imtina etsə, İraq İranın digər tələblərini ödəməyə razıdır. Əlcəzair Prezidenti Huari Bumedyenin vasitəçiliyi ilə 1975-ci ildə İraq və İran müqavilə imzalamışdır,[24] hansı ki, kürdləri yardımsız vəziyyətə salır və Tehranın kürd hərəkatına verdiyi dəstəyi kəsir. Barzani tərəfkeşlərinin çoxusu ilə İrana qaçır. Digər üsyançılar kütləvi şəkildə təslim olurlar və üsyan bir neçə gün sonra tamamilə yatırılır.[25]

Hələbcə şəhərinə zəhərli qaz hücumuda həlak olanların qəbirləri.

Nəticədə, İraq hökuməti ölkənin şimal ərazilərindəki hakimiyyətini gücləndirir və İraq Kürdüstanındakı neft yataqlarına yaxın məntəqələrə, xüsusən də Kərkük şəhəriərəbləri köçürərək ərəbləşdirmə proqramına start verir.[26] İraqdakı BƏƏS hökuməti ölkənin şimalında yaşayan etnik azlıqları – kürdləri, yezidiləri, aysorları, şəbəkları, türkmanları və ermənilər]]i məcburi köçkünə çevirdi və mədəni baxımdan ərəbləşdirdi. Səddam Hüseyn öndərliyindəki BƏƏS partiyası 1970-ci illərin ortalarından etnik azlıqları sürgün etmişdir.[27] Kürdlərə qarşı aparılan repressiya hökumət ilə kürd partizan döyüşçüləri arasındakı münaqişəni daha da qızışdırdı. Proqram 1970-ci illərin axırlarında kulminasiya nöqtəsinə çatmışdır. 1978–1979-cu illərdə 600-ə yaxın kürd kəndi yandırılmış, təqribən 200.000 kürd məcburi köçkün olmuşdur.[28] 1960-cı illərdən 2000-ci illərə qədər aparılan bu müstəmləkəçi siyasətin məqsədi Şimali İraqın demoqrafiyasında ərəb dominantlığı əldə etmək idi. BƏƏS partiyasının bu siyasətinə bəzən "daxili müstəmləkəçilik" də deyilir.[29][30]

İraq hökuməti İran–İraq müharibəsi zamanı yenə antikürd siyasət yürütmüşdür. Buna görə də ölkədə de-fakto vətəndaş müharibəsi gerçəkləşmişdir. İraq beynəlxalq cəmiyyət tərəfindən sərt şəkildə qınanmış, lakin kürdlərə qarşı kimyəvi silahlardan istifadə kimi repressiv, zalım əməllərinə görə heç vaxt ciddi şəkildə cəzalandırılmamışdır. Hələbcə şəhərinə zəhərli qaz hücumunda minlərlə insan həlak olmuşdur.[31] Əl-Ənfal əməliyyatı İraq kürdlərinin sistematik şəkildə soyqırıma uğramasından ibarət idi.[32][33] Layihənin birinci hissəsi 1982-ci ildə həyata keçirilmiş və 5.000–8.000 Barzani kürdünün oğurlanması ilə nəticələnmişdir.[34] Layihənin ikinci, daha ekstensiv və geniş hissəsi 29 mart 1987-ci ildən 13 aprel 1989-cu ilə qədər davam etmiş, Səddam HüseynƏli Həsən əl-Məcid öndərliyindəki İraq ordusunun kürdlərə qarşı soyqırım siyasəti yürütməsinə görə gerçəkləşmiş, insan hüquqları pozuntuları – kimvəyi silahlardan istifadə,[35] 2.000-ə yaxın kəndin məhv edilməsi və ən azı 50.000 kürd kəndlisinin öldürülməsi ilə səciyyələndirilirdi. Əlavə olaraq, 70.000 nəfərin yaşadığı Qalat-Dizə şəhəri tamamilə məhv edilmişdir. Əməliyyat zamanı Kərkük şəhəri ərəbləşdirilmiş, zəngin neft yataqlarına malik şəhərdə yaşayan kürdlər oradan qovulmuşdur.[36]

Birinci Körfəz müharibəsi

[redaktə | mənbəni redaktə et]

1970-ci ildə vilayətə muxtariyyət verilsə də İraq Kürdüstanının yerli əhalisi müəyyən bir demokratik azadlıq yaşaya bilməmişdir. Buna baxmayaraq, 1991-ci ildə Səddam Hüseynə qarşı qaldırılmış üsyan və Birinci Körfəz müharibəsinin nəticələnməsindən sonra vəziyyət dəyişməyə başladı. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 688 nömrəli qətnaməsi 1.500.000 kürd qaçqını[37] ilə bağlı yaranmış beynəlxalq narahata görə, yerli əhaliyə sığınacaq yaratmışdır. ABŞ və koalisiya İraqın şimal və cənub hissələrində uçuşsuz zona yaratdı, ancaq bu, SüleymaniyyəKərkük kimi kürd əhaliyə malik şəhərlərə aid deyildi.[38] İraq və kürd qüvvələri arasında qanlı döyüşlər gerçəkləşir, hansı ki, 25.000–180.000 kürdüstanlının ölümü ilə nəticələnir.[39][40] Axırda, İraq hökuməti 1991-ci ilin oktyabr ayında İraq Kürdüstanının de-fakto müstəqil şəkildə fəaliyyət göstərilməsinə icazə verildikdən sonra İraq qoşunları vilayətdən tamamilə çəkilmişdir.[41]

İraqda vətəndaş müharibəsi

[redaktə | mənbəni redaktə et]

İyun 2014-cü ildə İraq və Şam İslam Dövləti "nin Mosul 'a hücum etməsiylə bağlı olaraq Regional Kürd rəhbərliyi də döyüşə girmişdir [42].

  1. "Arxivlənmiş surət". 2022-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-12.
  2. "Administrative Divisions of Countries ("Statoids") Provinces of Iraq". 2022-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-07-01.
  3. Fransua Jorj-Piko, Mark Says. "Sykes–Picot Agreement". wwi-lib.byu.edu (ingilis). World War I Document Archive. May 16, 1916. December 21, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 21, 2019.
  4. Millətlər Liqası. "The Covenant of the League of Nations. Article 22". avalon.law.yale.edu (ingilis). Yel Hüquq Məktəbi. June 28, 1919. November 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 21, 2019.
  5. Eppel, Maykl. A People Without a State: The Kurds from the Rise of Islam to the Dawn of Nationalism (ingilis). University of Texas Press. 2016. səh. 117. ISBN 9781477311073. March 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 25, 2019. On December 1, 1918, Sir Arnold Wilson, the acting civil commissioner of Iraq, came to Suleymaniyya and met with sixty tribal leaders and shaykhs
  6. Kurdistan During the First World War (ingilis). Saqi Books. 1994. ISBN 9780863560842. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-25. (#first_missing_last)
  7. Kevin, MakKiyerman. The Kurds: A People in Search of Their Homeland (ingilis). Nyu-York: St. Martin's Press. 2006. səh. 31. ISBN 9780312325466. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-25.
  8. Kevin, MakKiyerman. The Kurds: A People in Search of Their Homeland (ingilis). Nyu-York: St. Martin's Press. 2006. səh. 32. ISBN 9780312325466. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-25.
  9. Prins, C. "A Kurdish State in Iraq". Current History (ingilis). January 1993.
  10. Dahlman, K. "The Political Geography of Kurdistan". Eurasian Geography and Economics (ingilis). 43 (4). 2002: 271–299. doi:10.2747/1538-7216.43.4.271. ISSN 1538-7216.
  11. İsgəndər, Səid. "Britain's Policy in Southern Kurdistan: The Formation and Termination of the First Kurdish Government, 1918–1919". British Journal of Middle Eastern Studies (ingilis). 27 (2). 2000: 139–163. doi:10.1080/13530190020000501.
  12. Harris, Q. S. "Ethnic Conflict and the Kurds". Annals of the American Academy of Political and Social Science (ingilis). 433 (1). 1977: 112–124. doi:10.1177/000271627743300111.
  13. Səidi, Maykl C. Kelli. Ghosts of Halabja : Saddam Hussein and the Kurdish genocide (ingilis). Vestport, Konnektikut: Praeger Security International. 2008. səh. 18. ISBN 978-0-275-99210-1. January 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 23, 2019.
  14. David McDowall. A modern history of the Kurds Arxivləşdirilib 2021-12-18 at the Wayback Machine. London: I.B. Tauris, 2007, p. 304. ISBN 9781850434160
  15. David McDowall. A modern history of the Kurds. London: I.B. Tauris, 2007, p. 305. ISBN 9781850434160
  16. Q. Lorts, Maykl. The Kurdish-Iraqi War (1961–1970) // The Kurdish Warrior Tradition and the Importance of the Peshmerga. səh. 39–42., "arxivləşdirilmiş nüsxəsi" (PDF) (ingilis). October 29, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: August 23, 2019.[ölü keçid]
  17. O'Ballans. The Kurdish Revolt, 1961–1970 (ingilis). London: Faber and Faber. 1973. ISBN 0-571-09905-X. 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-25.
  18. Pollae, KennethM. Arabs at War: Military Effectiveness, 1948–1991 (ingilis). Linkoln: University of Nebraska Press. 2002. ISBN 0-8032-3733-2. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-25.
  19. "18. Iraq/Kurds (1932-present)". uca.edu (ingilis). University of Central Arkansas. December 11, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 23, 2019.
  20. "All wars in the 20th century – the Polynational War Memorial". war-memorial.net (ingilis). The Polynational War Memorial. December 20, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 23, 2019.
  21. Harris, Q. S. "Ethnic Conflict and the Kurds". Annals of the American Academy of Political and Social Science (ingilis). 433 (1). 1977: 118–120. doi:10.1177/000271627743300111.
  22. Frontline. "A Chronology of U.S.-Kurdish History". PBS.org (ingilis). PBS. 2000. October 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2019.
  23. Q. Lorts, Maykl. The Second Kurdish-Iraqi War (1974–1975) // The Kurdish Warrior Tradition and the Importance of the Peshmerga. səh. 39–42., "arxivləşdirilmiş nüsxəsi" (PDF) (ingilis). October 29, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: August 23, 2019.[ölü keçid]
  24. "Page 9 – The Internally Displaced People of Iraq" (PDF). brookings.ed (ingilis). The Brookings Institution–SAIS Project. May 21, 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: August 24, 2019.
  25. Smit, C. Y. "Gen. Mustafa Barzani, Exiled Kurdish Chieftain, Dies". www.washingtonpost.com (ingilis). The Washington Post. March 3, 1979. November 6, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2019.
  26. Harris, G. S. "Ethnic Conflict and the Kurds". Annals of the American Academy of Political and Social Science (ingilis). 433 (1). 1977: 112–124. doi:10.1177/000271627743300111.
  27. Xordi Texel Qorqas, Klemens Skalbert-Yücəl. Effectively Urbanized - Yezidis in the Collective Towns of Sheikhan and Sinjar // Etudes rurales, N° 186 : Ruralité, urbanité et violence au Kurdistan (fransız). Editions de l'Ecole des Hautes Etudes en Sciences Sociales. 2011. ISBN 9782713222955.
  28. Fərrux-Slaqlett, M.; Slaqlett, P.; Stork, C. Not Quite Armageddon: Impact of the War on Iraq (PDF) (ingilis). MERIP Reports. July–September 1984. səh. 24. doi:10.2307/3012200. 2019-08-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-08-25.
  29. Basu, Rimki. International Politics: Concepts, Theories and Issues (ingilis). SAGE Publications India. 2012. səh. 103. ISBN 9788132106913. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-25.
  30. Kofi Abev, Frensis. The Evolution of the Doctrine and Practice of Humanitarian Intervention (ingilis). Martinus Nijhoff Publishers. 1999. səh. 146. ISBN 9789041111609. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-25.
  31. Ələddin, Dilavər Əbdüləziz. "Death Clouds: Saddam Hussein's Chemical War Against the Kurds". Dlawer.net (ingilis). July 23, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2019.
  32. "Kurdish Genocide". The Kurdish Project (ingilis). August 19, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2019.
  33. "What Happened in the Kurdish Genocide". uk.gov.krd (ingilis). KRG UK Representation London. November 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2019.
  34. "The Tragedy of the Missing Barzanis". Kurdistanmemoryprogramme.com (ingilis). Kurdish Memory Programme. February 11, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2019.
  35. Sinan, Ömər. "Iraq to hang 'Chemical Ali'". Associated Press (ingilis). Tampa Bay Times. June 25, 2007. October 17, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2019.
  36. "Human Rights Watch Report About Anfal Campaign, 1993" (ingilis). Human Rights Watch. October 19, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2019.
  37. Piterson, Skott. "Kurds say Iraq's attacks serve as a warning". csmonitor.com (ingilis). Christian Science Monitor. May 13, 2002. August 31, 2018 tarixində arxivləşdirilib.
  38. Fausett, L. "Down but not out? The Kurds in International Politics". Review of International Studies (ingilis). 27 (1). 2001: 109–118. doi:10.1017/S0260210500011098.
  39. Mur, Solomon. "2 Mass Graves in Iraq Unearthed". latimes.com (ingilis). Los Angeles Times. June 5, 2006. October 11, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2019.
  40. "'Chemical Ali' on trial for brutal crushing of Shia uprising". theguardian.com (ingilis). The Guardian. August 22, 2007. September 29, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2019.
  41. "Iraq's Kurdistan region, autonomous since 1991". gulfnews.com (ingilis). Gulf News. September 28, 2018. August 24, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 24, 2019.
  42. "IŞİD Musul'da kontrolü ele geçirdi". 2021-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]