Quzuqulağı

Turşəng və ya quzuqulağı (lat. Oxalis)[3]turşəngkimilər fəsiləsinə aid çoxillik bitki cinsi.[4]

Turşəng
Elmi təsnifat
Beynəlxalq elmi adı

Cinsə daxil olan növlər otlar və ya yarımkollardır. İri, yaxud xırda yarpaqları saplaqlıdır. Meyvəsi yanlardan sıxılmış toxumcadır. Şimal yarımkürəsinin mülayim yerlərində 2—3 növü yayılıb.

Azərbaycanda 1 növü — hündür turşəng (Oxyria elatior) məlumdur. Tərəvəz bitkisi kimi becərilir. Yarpaqlarınla oksalat turşusu, dəmir, tannidlər var.

  • Oxalis deppei – soğanaqlı, hündürlü 20-25 sm. olan çoxillik bitkidir. İncə uzun saplaqda yarpaqları dörd paydan ibarətdir və orta hissəsi qırmızı-qəhvəyi, ucları açıq-yaşıldır. Qırmızı-moruq gülləriylə çiçəklənir. El arasında – "xoşbəxtliyin yoncası" adlandırılır.
  • Oxalis enneaphylla — çoxsaylı yarpaqlardan ibarət olan tipik boz və ağ çala-çula güllər açır.
  • Oxalis triangularis — qısa bitkidir, uzun elastik saplaqlarda üç hissədən ibarət olan temno-purpurnımi yarpaqları var. Yarpaqları kəpənəyin qanadlarına oxşardır və xalq arasında ona "Madam Batterflay" deyilir. Papilionacea növündə yarpaqları tünd yaşıl rəngdədi. Xırda, ağ, çəhrayı və ya bənövşəyi güllər olur.
  • Oxalis acetosella — kökümsov gövdəli bitkidir, hündürlüyü 8-10 sm. Uzun saplaqlardakı yarpaqları yoncanın yarpaqlarını xatırladır. Yarpaqları gecə, tutqun havada və parlaq günəş vaxtı yığılmağa malikdir. Ağ, tək, uzun saplaqda güllər açır. May-iyunda çiçəkləyir.
  • Oxalis succulenta — başqa növlərindən dörd tunc-yaşıl yarpaqlarla və çəhrayı güllərlə fərqlənir. Bitkinin hündürlüyü 30-35 sm. Son payıza qədər çiçəkləyir. Həmçinin ampelnoe bitki kimi otaqlarda bu dovşankələmini becərirlər.
  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 198. doi:10.5962/BHL.TITLE.746
  2. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 433.
  3. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  4. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.