Rövşanə Ağasəfqızı

Rövşanə Ağasəfqızı

Rövşanə Ağasəfqızı
Doğum tarixi 6 may 1979(1979-05-06) (44 yaş)
Təhsili
Fəaliyyəti televiziya aparıcısı

Haqqında[redaktə | mənbəni redaktə et]

6 may 1979-cu ildə anadan olmuşdur. Azərbaycan telejurnalisti, filologiya elmləri namizədidir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 2009-cu ildən ANS TV-də fəaliyyətə başlayıb. O, qadın problemlərinə yönəlik "İncə maraqlar" verilişini aparmışdır. 2009-cu il sentyabrın 19-da Rövşanə Ağasəf qızı bu layihə ilə ilk dəfə ANS-in efirində çıxış edib. O, 2013-cü ildə Təkamül və İnteqrasiya İctimai Birliyinin "Mətbuatın dostu" mükafatına layiq görülmüşdür. ANS TV-də Kamran Həsənli ilə birlikdə "Bazar Səhəri" verilişinin aparmışdır. Hazırda isə "Yoldaş Rövşanə" verlişinin aparıcısıdır.

Azərbaycan Beynəlxalq Universiteti bağlanana qədər jurnalistika fakültəsində dərs deyirdi.

Rövşanə Ağasəfqızı 2013-cü ildə Təkamül və İnteqrasiya İctimai Birliyinin "Mətbuatın dostu" mükafatına layiq görülüb[1].

22 iyul 2015-ci ildə aparıcı "Həsən bəy Zərdabi"mükafatına layiq görülüb,təltif edilir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Atası Ağasəf Səlimov uzun illər Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb və təqaüdçü polkovnik olub. 13 dekabr 2013-cü ildə kəskin ürək çatışmazlığından vəfat edib[2].

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Rövşanə Ağasəfqızı mükafatlandırıldı". 2013-07-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-24.
  2. Rövşanə Bektaşinin ailəsində ağır itki. Arxivləşdirilib 2013-12-16 at the Wayback Machine  (az.)