Rüstəm Batmanqlic

Rüstəm Batmanqlic (fars. رستم باتمانقلیج‎; 28 noyabr 1983[1], Vaşinqton[2]) — Fars əsilli amerikalı müğənni, prodüser, musiqiçi, bəstəkar.[3][4][5] Vampire Weekend qrupunun yaradıcı üzvüdür. Stereogum onu dövrün ən yaxşı pop, indi-rok prodüserlərindən biri adlandırıb.[6] Rüstəm həmçinin solo sənətçi kimi fəaliyyət göstərir, bununla yanaşı elektro-soul qrupu Discovery-nin üzvüdür. O, 27 yaşında olarkən Vampire Weekend-in bir nömrəli albomu "Contra"nı hazırladı.[7]

Rüstəm Batmanqlic
ing. Rostam Batmanglij
Batmanqlic 2009-cu ildə
Batmanqlic 2009-cu ildə
Ümumi məlumatlar
Doğum tarixi 28 noyabr 1983(1983-11-28)[1] (39 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti mahnı müəllifi[d], musiqiçi, musiqi prodüseri, müğənni-mahnı müəllifi[d]
Janr art-rok[d]
Musiqi aləti klavişli alət[d]
Albom şirkəti XL Recordings[d]
officialrostam.com

Həyatı[redaktə | mənbəni redaktə et]

Rüstəm Batmanqlic 28 noyabr 1983-cü ildə ABŞ-nin Vaşinqton şəhərində İranlı ailədə anadan olub.[8] Anası Nəcmiyə Batmanqlic yemək kitabı müəllifi, atası isə naşirdir. Valideynləri 1983-cü ildə Vaşinqtona köçüblər. Qardaşı Zal Batmanqlic müstəqil filmmeykerdir.[9] O, qardaşı ilə "Sound of My Voice" filmi üzərində birlikdə çalışdı, Rüstəm mahnı bəstələdi qardaşı isə rejissorluq etdi.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Out jurnalına danışan Rüstəm gey olduğunu bildirib.[10]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Rostam Batmanglij // Internet Broadway Database (ing.). 2000.
  2. 1 2 Freebase Data Dumps. Google.
  3. "Vampire Weekend - Vampire Weekend". AllMusic. November 12, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 6, 2021.
  4. "Contra - Vampire Weekend | Credits". AllMusic. April 7, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 6, 2021.
  5. "Modern Vampires of the City - Vampire Weekend | Credits". AllMusic. April 7, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 6, 2021.
  6. "Vampire Weekend's Debut Album Turns 10". Stereogum.com. January 29, 2018. June 6, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 6, 2021.
  7. "Vampire Weekend". Billboard.com. 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
  8. Iranian American Guitarist of Vampire Weekend, Rostam Batmanglij, Comes Out | MTV IGGY Arxivləşdirilib 2010-06-12 at the Wayback Machine. Blog.mtviggy.com (February 25, 2010). Retrieved on may 12, 2012.
  9. Q&A: Brit Marling, Vampire Weekend's Rostam Batmanglij, and Director Zal Batmanglij on Sound of My Voice Arxivləşdirilib 2015-01-11 at the Wayback Machine. www.vanityfair.com (April 17, 2012). Retrieved on may 12, 2012.
  10. Goodman, Elizabeth. "Rostam Batmanglij: Interview with a Vampire". Out. Here Media Inc. February 16, 2010. May 22, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 24, 2015.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]