Rüstəm Paşa kitabxanası

Rüstəm Paşa kitabxanasıOsmanlı sultanı I Süleymanın kürəkəni Sədrəzəm Rüstəm Paşa tərəfindən İstanbulda inşa etdirilən kitabxana binasıdır.[1][2]

Sədrəzəm Rüstəm Paşanın Əminönü səmtindəki mədrəsəsi üçün 1561-ci ilin yanvar ayında yaradılan kitabxananın günlük 5 axca ilə çalışan bir nəzarətçisindən başqa heç bir xidmətçisi olmadığı bilinir. Mədrəsə müdərrisləri və tələbələri üçün nəzərdə tutulan bu kitabxana ilk öncə Rüstəm Paşanın 120 cildlik kitab kolleksiyasından ibarət olmuşdur. Bir neçə ay sonra paşanın vəfatı səbəbilə sarayındakı 5.000 cildlik şəxsi kitabxanası da bura daşınmışdır.[3] 1909-cu ildə kitabxana binası təmir edilmiş, buna baxmayaraq binanın olduqca rütubətli olması səbəbilə kitablar öncə 1914-cü ildə başqa bir kitabxanaya, ardından 1924-cü ildə Murad Molla kitabxanasına daşınmışdır.[4][5] 1949-cu ildə digər kiçik kitabxanalar kimi Rüstəm Paşa kitabxanası da Süleymaniyə kitabxanasına nəql olunmuşdur. Kitabxana hal-hazırda 166 əlyazma və 23 nəşr ilə günümüzə qədər burada qorunur.[6][7]

  1. Peçuylu İbrâhim, Tarix, I, 23
  2. İ. Aydın Yüksel, "Sadrazam Rüstem Paşa’nın Vakıfları", Ekrem Hakkı Ayverdi Hâtıra Kitabı, İstanbul 1995, s. 241, 269–271
  3. Günay Kut — Nimet Bayraktar, Yazma Eserlerde Vakıf Mühürleri, Ankara 1984, s. 69
  4. Erünsal, Türk Kütüphaneleri Tarihi II, s. 42, 141, 171
  5. Faruk Bilici, "Les bibliothèques vakıf-s à Istanbul au XVIe siècle, prémices de grandes bibliothèques publiques", Revue des mondes musulmans et de la Méditerranée, sy. 87–88, Aix-en-Provence 1999, s. 52–53
  6. Halit Dener, Süleymaniye Umumî Kütüphanesi, İstanbul 1957, s. 32, 59–60
  7. Mübahat S. Kütükoğlu, XX. Asra Erişen İstanbul Medreseleri, Ankara 2000, s. 62