Rüsumsuz Ticarət Mağazaları

Rüsumsuz Ticarət Mağazası (ing. Duty Free Shop) — mallardan gömrük rüsumları, vergilər alınmadan və onlara iqtisadi siyasət tədbirləri tətbiq edilmədən Azərbaycan Respublikasının gömrük ərazisində (beynəlxalq hava və dəniz limanlarında və Azərbaycan Respublikası gömrük orqanları tərəfindən müəyyən edilən digər yerlərdə) həmin malların gömrük nəzarəti altında satılmasından ibarət gömrük rejimi. Bu rejim altında yerləşdirilən mallar bilavasitə xüsusi mağazalarda (RTM) satılır. RTM-rı beynəlxalq sərnişin daşımaları üçün açıq olan hava və dəniz limanlarında, fiziki şəxslərin sərhəddi keçməsi üçün nəzərdə tutulmuş Azərbaycan Respublikası sərhəddinin sərhəd buraxılış məntəqələrində təsis edilə bilər. RTM-nı aşağıdakı tələblərə cavab verən müəssisə və təşkilatlar təsis edə bilər:

RTM-nın ərazisi (satış zalları, köməkçi tikililər və anbarlar) gömrük nəzarəti zonası sayılır və buradan alınan mallar Azərbaycan Respublikasından çıxarılmalıdır. Rüsumsuz ticarət mağazası gömrük rejimindən istifadə etmə şərtlərinə (gömrük ödənişlərinin verilməsi daxil olmaqla) riayət edilməsinə məsuliyyəti RTM sahibi daşıyır.

RTM yerləşdiyi yerə və təchiz edilməsinə tələblər

[redaktə | mənbəni redaktə et]

RTM-nın aşağıdakı nəzərdə tutulmuş tikililəri olmalıdır:

  • satış zalı (satış zalları);
  • köməkçi tikililər;
  • RTM-nın anbarı.

RTM-nın satış zallarının, köməkçi tikililərinin və anbarının RTM gömrük rejimi altında yerləşdirilən malların gömrük nəzarətindən kənara çıxarılmasına yol verməməlidir, həmin tikililərdə yerləşən belə malların salamatlığını və kənar şəxslərin onların yanına keçə bilməməyini təmin etməlidir. RTM-nın satış zalları gömrük nəzarəti xəttindən sonra elə yerləşməlidir ki, Azərbaycan Respublikası ərazisinə gələn fiziki şəxslərin həmin zallara daxil olması mümkün olmasın. Mağazanın satış zalları, köməkçi tikililəri və anbarı lazımi yanğın söndürən və mexaniki mühafizə vasitələri, həmçinin müvafiq siqnalizasiya ilə təchiz edilməlidirlər.

Malların RTM-na daxil olması və onların RTM-sı gömrük rejimi altında yerləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

RTM-sı gömrük rejimi altında yerləşdirilən malların gömrük rəsmiləşdirilməsi yeri ancaq həmin malların satışı nəzərdə tutulmuş mağazanın anbarında ola bilər. Əgər malların gəlmə və çatdırılma yeri müvəqqəti saxlanc anbarıdırsa, belə hallarda həmin malların gömrük nəzarəti altında çatdırılması qaydalarına müvafiq olaraq RTM-nın anbarlarında çatdırılmalıdır. Mallar RTM-nın anbarına gömrük orqanlarının səlahiyyətli vəzifəli şəxslərinin iştirakı ilə və ya onların icazəsi ilə yerləşdirilir.

RTM-sı gömrük rejimi altında aşağıdakı malların yerləşdirilməsinə yol verilmir:

RTM-sı gömrük rejimi altında aşağıdakı malların yerləşdirilməsinə yol verilmir:

  1. Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması qadağan olmuş malların;
  2. Azərbaycan Respublikasında satışı qadağan olunmuş malların;
  3. Başqa dövlət orqanlarının nəzarəti altına düşən malların, həmin orqanların icazəsi olmadıqda;
  4. İstehsalat-texniki təyinatlı malların və fiziki şəxslərin şəxsi istifadəsi və ya istehlakı üçün nəzərdə tutulmayan malların;
  5. ağır çəkili (20 kq artıq olan) və iri qabaritli (uzunluğunun, eninin və hündürlüyünün ölçüsünün cəmi 200 sm-dən artıq) malların;
  6. ixrac gömrük rejiminə cəlb edilən strateji əhəmiyyətli xammal olan və ya lisenziyalaşdırmaya düşən Azərbaycan mallarının, aşağıdakılar istisna olmaqla:

Malların RTM-da satışı

[redaktə | mənbəni redaktə et]

RTM-ları Rüsumsuz Ticarət Mağazası gömrük rejimi altında yerləşdirilmiş malların yalnız Azərbaycan Respublikası ərazisindən kənara çıxan fiziki şəxslər üçün pərakəndə satışını həyata keçirirlər. Malların RTM-da satışı ancaq nağd pula və ya kredit kartoçkaları üzrə həyata keçirilir. Malların RTM-da topdan, həmçinin xırda topdan (təxminən 10 vahiddən pərakəndə satış üçün qablardan, komplektlərdən artıq) satışına yol verilmir. RTM-da nümunələr üzrə, əvvəlcədən sifariş üzrə, evə çatdırılması ilə, ödənişin hissə-hissə verilməsi ilə satılmasına və əlavə xidmətlərin göstərilməsinə (satışqabağı hazırlıqdan, qablaşdırılmadan, nümayiş etdirmədən və analoji əməliyyatlardan başqa) yol verilmir.

http://www.az-customs.net/az/1852.htm

http://www.az-customs.net/az/099-301001.htm

http://customs.gov.az/modules/law/lawfolder/4/FILE_B24F2C-76BB95-7CCE56-8336FF-BD8326-7F0669.pdf

Saytda ticarət