Rüzgar birliyi

Rüzgar birliyi (türk. Rüzgâr Birliği)[1] və ya Rüzgar qrupu (türk. Rüzgâr Grubu)[2]türk milliyətçilərindən ibarət könüllü piyada taboru. 1992-ci ildə Milliyyətçi Hərəkat PartiyasınınÜlkü Ocaqlarının təsisçisi Alparslan Türkeş tərəfindən qurulan taborun məqsədi SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etmiş bütün türk ölkələrində turançılıq ideyasını yaymaq idi.

Rüzgar Birliyi
Rüzgâr Birliği
Növü piyada taboru
Yaranma tarixi 1992—1994
Ölkə  Türkiyə
Tabedir Ülkü Ocaqları
Sayı 500 nəfər (1992)
Qərargah Tovuz, Azərbaycan (1992)
Himayədarı Alparslan Türkeş
Rəngləri firuzəyi
Müharibələr Birinci Qarabağ müharibəsi
Komandanlıq
Məşhur komandirləri
  • Həmid Elbəy
  • Atilla Qaya
  • İrfan Özcan
  • Yusif Ziya Arpacıq
  • Aydoğan Aydın

Əksəriyyəti Türkiyənin keçmiş xüsusi təyinatlılarından ibarət olan "Rüzgar birliyi" 500-ə yaxın üzvü 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı baş tutmuş Xocalı soyqırımından sonra Azərbaycan hərbçilərinə təlim keçmək üçün Azərbaycana getmişdilər. Onlar həmçinin, Azərbaycan ordusunun müharibə səylərinə məhdud töhfə vermişdilər. Hər halda, taborun üzvləri 1993-cü ildə Azərbaycandan çıxarılmış, bir il sonra Türkiyə hökumətinin təzyiqi ilə tabor ləğv edilmişdir.

"Rüzgar birliyi" Sovet İttifaqının dağılmasından sonra müstəqillik əldə etmiş bütün türk ölkələrində turançılıq ideyasını yaymaq üçün Milliyyətçi Hərəkat PartiyasınınÜlkücü Ocaqlarının qurucusu Alparslan Türkeşin göstərişi ilə yaradılmışdır.[3]

Birinci Qarabağ müharibəsi

[redaktə | mənbəni redaktə et]

Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Ermənistan Silahlı QüvvələriMDB-nin 366-cı motoatıcı alayının iştirakı ilə baş tutmuş,[4][5] 613 nəfərin qətl edildiyi[6] Xocalı soyqırımından sonra Alparslan Türkeş Aydoğan Aydın və digər türk zabitlərinə Azərbaycan hərbçilərinə hərbi əməliyyatlarda dəstək olmaq və "bölgədəki insanları qırğınlardan qorumaq" təlimatı vermişdir.[1] Tovuzda xidmət edən azərbaycanlı polis zabiti, Novruz Həsən Bozalqanlı kimi tanınan Novruz Həsənovun sözlərinə görə, türk zabitləri hətta Azərbaycanın o vaxtkı prezidenti Əbülfəz Elçibəylə görüşmüş, təlimlərin keçirilməsi ilə bağlı icazə almışdılar. Buna baxmayaraq, onlar uyğun təlim sahəsi tapa bilməmiş və türk zabitlərinin bir qismi Azərbaycanı tərk etmişdir.[7]

Bundan sonra, 1992-ci ildə Tovuz şəhərindən təxminən 40 kilometr (25 mil) aralıda, Azərbaycan–Ermənistan sərhədi yaxınlığında, keçmiş sovet dövründən qalma kəşfiyyat düşərgəsində[7] Azərbaycanda yeni qurulacaq ordunun əsasını təşkil etməli olan azərbaycanlı milliyətçi könüllülərin təlimdən keçirilməsi üçün düşərgə yaradılmışdır.[3] Düşərgədə "Rüzgar birliyi"nin üzvlərinə hərbi-siyasi hazırlıq keçirilmişdir. Düşərgədə hərbi təlimi Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyatda olan zabiti, əvvəllər Türkiyə Xüsusi Təyinatlı Qüvvələri Komandanlığında çalışmış Həmid Elbəy, siyasi təlimi isə Atilla Qaya, İrfan Özcan və bəzi başqa türk milliyətçiləri vermişdir.[8] Yusif Ziya Arpacıq və Aydoğan Aydın da "Rüzgar birliyi"nin tərkibində Azərbaycanda olmuşlar.[9][10] Həmin hərbçilər Türkiyə Silahlı Qüvvələri sıralarından tərxis olunmuş və Azərbaycanda könüllü xidmət etmişdilər.[11] Arpacığın sözlərinə görə, prezident Heydər Əliyev vəzifəyə gəldikdən sonra Türkiyə hərbçiləri tərəfindən təlim keçmiş Azərbaycan hərbçilərindən ibarət 22 könüllü batalyon ləğv edilmişdir. O bildirmişdir ki, Əliyev 1993-cü ildə "Rüzgar birliyi"nin üzvlərini Azərbaycandan çıxarmış və bunun ardınca hərbi əməliyyatlar təlimsiz gənclər tərəfindən aparıldığı üçün cəbhə xəttində məğlubiyyətlər baş vermişdir.[1]

Bozalqanlının sözlərinə görə, 1992-ci ildə Ülkü Ocaqlarının 500 üzvü Azərbaycanda xidmət etmişdir.[7][12] Bozalqanlı həmçinin iddia etmişdir ki, "Rüzgar birliyi"ndə 2 min nəfər hərbi qulluqçu xidmət edirdi, daha 1,500 nəfərin Azərbaycan Xalq CəbhəsiMüsavat Partiyasından gəlməsi nəzərdə tutulmuşdur. Türkiyə hərbçiləri arasında itki olmasa da, müharibə zamanı bir neçə türk əsgəri yaralanmışdır.[1]

1994-cü ildə Türkiyə hökumətinin Alparslan Türkeşə təzyiq etməsindən sonra "Rüzgar birliyi" ləğv edilmişdir.[13]

  1. 1 2 3 4 "Rüzgâr Birliği" [Wind Unit]. Haftalık (türk) (126). 6–12 September 2005. 30 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2021 – Yalnız Kurt vasitəsilə.
  2. Tekin, 2005. səh. 289
  3. 1 2 Hasanov, Ilkin. "Türkeşin mühafizəçisinin Qarabağ savaşından - Fotosu" [Photo of Turkesh's bodyguard from the Karabakh War]. Axar.az (az.). 16 June 2017. 12 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2021.
  4. de Waal, 2004. səh. 172–173
  5. "New York Times – massacre by Armenians Being Reported". New York Times (ingilis). Commonwealth of Independent States; Azerbaijan; Khojaly (Armenia); Armenia. 3 March 1992. 11 March 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2021.
  6. "Letter dated 26 February 2015 from the Permanent Representative of the Republic of Azerbaijan to the United Nations Office at Geneva addressed to the President of the Human Rights Council" (ingilis). 11 January 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 January 2021.
  7. 1 2 3 "Türkeş, Azerbaycan'da gerilla kampı kurdurmuş" [Türkeş had set up a guerrilla camp in Azerbaijan]. Yeni Şafak (türk). 12 July 2003. 3 January 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2021.
  8. Yanardağ, 2002. səh. 449
  9. "Gözaltındaki MHP komandosu" [MHP commando in custody]. Milliyet (türk). 2 June 2011. 12 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2021.
  10. Çelikdönmez, Ömür. "Şehit Aydoğan Aydın Azerbaycan'da CHP Adalet yürüyüşünde!" [Martyr Aydoğan Aydın in a CHP Justice march in Azerbaijan!]. Milliyet (türk). 15 June 2017. 12 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2021.
  11. "Турецкие националисты намерены участвовать в новой карабахской войне" [Turkish nationalists intend to participate in a new Karabakh war]. REGNUM (rus). 14 July 2012. 14 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2021.
  12. Asif. "Türk generalın Qarabağda çəkilmiş NADİR FOTOSU - Ermənilərə qan udduran "RÜZGAR BİRLİYİ"" [RARE PHOTO of Turkish general taken in Karabakh - "RUZGAR BIRLIYI", bringing misery upon Armenians]. Publika.az (az.). 16 June 2017. 12 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2021.
  13. "ALPARSLAN TÜRKEŞ'İN 500 KİŞİLİK RÜZGAR BİRLİĞİ" [500-STRONG WIND UNIT OF ALPARSLAN TÜRKEŞ]. Haberin Durağı (az.). 28 November 2017. 14 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2021.
  • Tekin, Arslan. Son Başbuğ (türk). Ankara: Elips Kitap. 2005. ISBN 975-6132-41-8.
  • Yanardağ, Merdan. MHP deǧişti mi?: Ülkücü Hareketin Analitik Tarihi (türk). Gendaş. 2002. səh. 449. ISBN 975-3083-93-9.
  • Bozalganlı, Novruz Hasan. Şah Mat: Bir Yarbayın Kaleminden Azerbaycan Gerçeği (türk). Altınküre Yayınları. 2002. ISBN 975-8701-03-7.
  • de Waal, Thomas. Black garden: Armenia and Azerbaijan through peace and war (ingilis). ABC-CLIO. 2004. ISBN 0-8147-1945-7.