Rəşad İsmayılov (səfir)

Rəşad İsmayılov (Rəşad Fail oğlu İsmayılov; 7 iyun 1974, Bakı) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri (2018–2022). Azərbaycan Respublikası Xarici İslər Nazirliyinin Yaxın Şərq və Afrika İdarəsinin rəisi (2023), Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri (2024).[1]

Rəşad İsmayılov
Rəşad Fail oğlu İsmayılov
Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri
Vəzifədədir
6 iyun 2024-cü ildən
Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri
7 fevral 2018 – 28 dekabr 2022
Şəxsi məlumatlar
Doğum tarixi 7 iyun 1974(1974-06-07) (50 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti diplomat, siyasətçi

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rəşad İsmayılov iyunun 7-si 1974-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. 1981–1991-ci ildə Bakı şəhəri M. Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin məzunudur. Daha sonra Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub.

  • 1981–1991 — M. Rəhim adına 7 saylı orta məktəb, Bakı şəhəri, Səbail rayonu
  • 1991–1996 — M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti Fakültə — Hüquq , İxtisası — Hüquqşünas. Fərqlənmə ilə bitirmişdir.
  • 2001–2003 — Azərbaycan Dövlət İqtisad Universiteti Fakültə — Maliyyə Kredit, İxtisas — İqtisadçı.

Təkmilləşdirmə Kursları

[redaktə | mənbəni redaktə et]
  • 2003 — İtaliya, Turin şəhəri, BMT-nin Xətti ilə "İctimai Sərmayənin Mərkəzləşdirilməsi və Yoxsulluğun Aradan Qaldırılması" seminar proqramı. (A900145 saylı Diplom)
  • 2004 — İtaliya, Turin şəhəri, BMT-nin Xətti ilə "Sosial Maliyyələşdimə" seminar proqramı.
  • 2005 — "Diplomatik protokol"-davranış qaydaları və beynəlxalq normalar haqqında seminar (London).
  • 2006 — BMT-nin xətti ilə , Biznesin idarə edilməsi və beynəlxalq munasibətlər üzrə seminar proqramı. Böyük Britaniya, (London) .
  • 2008 — İtaliya, Roma şəhəri, "Avropa Ölkələrində Lizinq Sektorunun İnkişafı" mövzusunda seminar proqramı.
  • 2008 — İspaniya, Barselona şəhəri, "Rusiyada Lizinq Sektorunun İnkişafı" seminar proqramı.
  • 2000–2003 — Həyat Qeyri Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin Rəisi
  • 2003–2005 Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin "Yoxsulluğun aradan qaldırılması üzrə İnkişaf Proqramı "nın layihə rəhbəri olmuşdur. "Milli Sosial Müdafiə Sisteminin İnkişa Proqramı "nın koordinatoru, Azərbaycan Hökuməti ilə BMT-nin İnkişaf Proqramı arasında imzalanmış "Milli Sosial Müdafiə Sisteminin Inkişafı" layihəsi üzrə ölkənin məşğulluq strategiyasını hazırlanmasında yaxından iştirak etmişdir.
  • 2005–2006 Parex Leasing and Factoring MMC Biznes İnkişafı Üzrə Departamentinin Direktoru
  • 2006–2008 Parex Leasing and Factoring MMC Baş Direktorun müavini
  • 2008–2009 Parex Leasing and Factoring MMC Baş Direktor
  • 2008 — Latviya – Azərbaycan Ticarət Palatasının rəhbəri
  • 2009–2010 — Bank VTB(Azərbaycan) Korporativ müştərilərlə iş üzrə departamentin direktoru
  • 2011 — "Ekol Mühəndislik Xidmətləri "QSC- də Baş direktorun müavini

Rəşad İsmayılova 2015-ci ildə ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib və Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.

Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri (7 fevral 2018 – 28 dekabr 2022)[2][3].

6 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.[4]

Əməkdaşliq etdiyi beynəlxalq təşkilatlar

[redaktə | mənbəni redaktə et]
  • Hökumətlərarası təşkilat (ing. Global Green Growth Institute GGGI International)
  • Nil üçün Daimi Müştərək Texniki Komissiyası (ing. Permanent Joint Technical Commission For Nile)
  • Waters PJTC
  • Dövlətlərarası Elmi İnformasiya Mərkəzi (ing. Scientific Information Center of Interstate)
  • Dövlətlərarası Elmi İnformasiya Mərkəzi Su Koordinasiya Komissiyası (ing. Commission for Water Coordination in Central Asia SIC ICWC)
  • Braziliya Milli Su agentliyi (ing. National Water Agency ANA)

Evlidir, iki övladı var

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  1. "Səfirimiz geri çağırıldı — Yeni təyinat". 2024-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-07.
  2. "R.F.İsmayılovun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2018-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-08.
  3. R. F. İsmayılovun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  4. "R. F. İsmayılovun Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2024-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-07.
  5. "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2019-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-09.