Rəşidəddin Sinan (ərəb. رشيد الدين سنان, translit. Rəşid əd-Din Sinan), həmçinin Dağ ağsaqqalı (ərəb. شيخ الجبل, translit. Şeyx əl-cəbəl; lat. Vetulus de Montanis;[a] 1134[1] və ya 1130, Bəsrə – 1192[1] və ya 1193, Masyaf, Həma mühafəzəsi)[3] — Nizari İsmaili Dövlətinin Suriya qolunun missioneri[4] və lideri, Səlib yürüşləri tarixində əhəmiyyətli fiqur.[5]
Rəşidəddin Sinan | |
---|---|
ərəb. سِنَان بن سَلْمان بن محمد بن راشد البصري[1] | |
Doğum tarixi | 1134[1] və ya 1130 |
Doğum yeri | |
Vəfat tarixi | 1192[1] və ya 1193 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | dini rəhbər[d], hərbi lider[d], dai, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
Rəşidəddin Sinan 1232–1135-ci illər aralığında, İraqın cənubunda yerləşən Bəsr' şəhərində, zəngin bir ailədə anadan olmuşdur.[6] Sinanın sadəcə bəzi fraqmentləri bu günə qədər qorunub saxlanmış olan avtobioqrafiyasında verilən məlumatlara görə, o, xaşxaşilərin mərkəzi olan Ələmut qalasına qardaşları ilə olan mübahisədən sonra gəlmiş[6] və xaşxaşi məşqləri keçirmişdir. Qalanın rəhbəri olan Həsən Əla Zikrihis Salam 1162-ci ildə onu Suriyaya göndərir. Orada Diriliş günü keçirilir və Sinan Əl-Qaim elan edilir. Nizarilərin nəzarət etdiyi Əl-Kəhf və Masyaf qalalarına əsasən güman olunur ki, Sinan indiki Suriyanın şimalında yerləşən Cəbəl əl-Sumak, Maarət-Məsrin və Sərmin ərazilərini idarə etmişdir.[7]
Sinan Ələmut qalasından müstəqil fəaliyyət göstərirdi və imam qəbul edilirdi.
Onun əsas düşməni 1174–1193-cü illərdə Misir və Suriyada hakimiyyətdə olmuş Səlahəddin Əyyubi (1137/1138–1193) idi. Sinan Səlahəddinə iki dəfə sui-qəsd təşkil etmiş, ancaq bu cəhdlərin hər ikisi də uğursuz olmuşdur. Hələb şəhərinə doğru irəliləyən Səlahəddin nizari kənd və qəsəbələrini ələ keçirir, qoşunları məhv edirdi. Səlahəddin 1176-cı ildə Sinanın imarəti olan Masyaf qalasını mühasirəyə alır. Buna baxmayaraq, o, mühasirəni götürüb geri çəkilir. Bir mənbəyə görə, buna səbəb bir gücə Səlahəddinin keşikçilərinin Masyaf təpəsindən evən və əyyubi çadırlarında qeybə çəkilən bir işıq görməsidir. Səlahəddin yuxudan oyanır və çadırını tərk edən bir kölgə görür. O, fikir verir ki, çadırındakı lampaların yeri dəyişdirilib və yanında üzərində xaşxaşi simvolu və zəhərli xəncər olan bir məktub var. Məktubda yazılmışdı ki, əgər Səlahəddin mühasirəni götürüb geri çəkilməsə, o, sui-qəsdə qurban gedəcək. Səlahəddin təşvişə düşür və çadırına daxil olan kölgənin Sinan olduğunu haylayır. Nəticədə, Səlahəddin keşikçilərinə deyir ki, Sinan ilə razılığa gəlmək lazımdır. O, xaşxaşilərlə ittifaq quraraq səlibçilərə qarşı mübarizə aparır.
1191-ci ildə yeni təyin olunmuş Yerusəlim kralı Monferratlı Konrad Sinanın əmri ilə öldürülür. Bu sui-qəsdin I Riçard, yoxsa Səlahhədin ilə əməkdaşlıq nəticəsində həyata keçirilib keçirilməməsi naməlumdur. Sinan 1193-cü ildə I Riçardın əmri ilə Avstriya hersoqu V Leopolda məktub göndərərək Monferratlı Konradın ölümünün məsuliyyəti öz boyununa götürür.[8] Buna baxmayaraq, müasir tarixşünaslar bu məktubun Sinanın ölümündən sonra yazıldığını və saxta olduğunu irəli sürür.[9]
Rəşidəddin Sinan 1193-cü ildə, indiki Suriyanın Masyaf şəhərində yerləşən Əl-Kəhf qalasında vəfat edir. O, Salamiyyə şəhərində dəfn olunmuşdur.[10] Onun xələfi Ələmutdan olan iranlı bir missioner idi. Bu isə xaşxaşilərin Suriyaya daha yaxşı nəzarət etməsinə səbəb olmuşdur.[11]
Rəşidəddin Sinan 2007-ci ildə "Ubisoft" şirkəti tərəfindən satışa çıxarılmış "Assassin's Creed" video oyununun Əl-Müəllim ləqəbli əsas antaqonistidir.[12] Burada, Əl-Müəllim 1191-ci ildə Altairə əmr verir ki, Rober de Sableni öldürsün.[13]