Rafail Becanov (2 iyul 1968, Odurakəran, Yardımlı rayonu) — "Cümhuriyət" qəzetinin baş redaktoru, "Cebhe.info" Xəbər Portalının direktoru.[1]
Rafail Becanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyul 1968 (56 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Rəfail Zəkəriyyə oğlu Becanov 2 iyul 1968-ci ildə Yardımlı rayonunun Odurağaran kəndində anadan olub. 1987–1989-cu illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. 1986–1993-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb.
Eyni zamanda 1990–1992-ci illərdə ADAU-nun nəzdindəki İctimai Peşə Fakültəsində jurnalistika ixtisası üzrə təhsil alıb və ikiillik kursu bitirib.
Evlidir. 2 övladı var.
1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü və Milli Azadlıq Hərəkatının fəallarından, Gəncə şəhərində tələbə hərəkatının liderlərindən olub. 1992-ci il dekabrın 12-də keçirilən Azərbaycan Respublikası Tələbələrinin 1-ci Qurultayının Təşkilat Komitəsinin üzvü və Qurultayın həmsədri olub.
1993-cü ildən jurnalistikadadır. 1993–1995-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin İnformasiya Mərkəzinin əməkdaşı olub. 1993-cü ildən "Cümhuriyət" qəzetinin müxbiri, 1997-ci ildən "Cümhuriyət" qəzetinin redaktoru işləyib. 2000–2003-cü illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (klassiklər) Mətbuat Xidmətinin rəhbəri olub. 2003–2008-ci illərdə "Elçi" qəzetində redaktor vəzifələrində işləyib. 2008–2012-ci illərdə "Ölkə" qəzetinin baş redaktoru olub. 2006-cı ildən İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədridir.[2]
2007–2011-ci illərdə Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının Şura üzvü, 2012–2014-cü illərdə Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının həmsədri olub.
2015-ci ildə "Cümhuriyət" qəzetini yenidən bərpa edib və həmin zamandan baş redaktordur. 2015-ci ildən "Cebhe.info" Xəbər Portalının direktorudur. 2018–2022-ci iliərdə Mətbuat Şurasının İdarə Heyətinin üzvü olmuşdur.[3]
19 avqust 2015-ci ildə Əli Kərimlidən narazı qüvvələr AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan etmişdir.[4] 27 sentyabr 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən[5][6] sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımamış,[7] 18 oktyabr 2015-ci ildə qurultay keçirmişdir və Razi Nurullayevi AXCP sədri seçilmişdir.[8][9] Rəfail Becanov da bu qurultayda iştirak etmiş və qurultay sədarətinin üzvü olmuşdur.
Razi Nurullayevin sədrlik etdiyi AXCP adını Milli Cəbhə Partiyası olaraq dəyişmişdir. 7 dekabr 2023-cü il tarixində Rəfail Becanov Milli Cəbhə Partiyası Nəzarət-Təftiş Komissiyasının üzvü seçilmişdir.[10]
2021–2023-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yanında fəaliyyət göstərən İctimai Şuranın üzvü olub. 2023-cü ildə yenidən həmin İctimai Şuraya üzv seçilib.[11]