Razi Nurullayev

Razi Nurullayev (1 aprel 1971, Xəlfəli, İmişli rayonu) — azərbaycanlı siyasətçi, Milli Cəbhə Partiyasının və "Region Beynəlxalq Analitik Mərkəzi"nin (RBAM) sədri, Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı.

Razi Nurullayev
Vəzifədədir
9 fevral 2020-ci ildən
Seçki dairəsi2020 — 79 saylı İmişli
ƏvvəlkiƏsabil Qasımov
Vəzifədədir
29 iyul 2020-ci ildən
ƏvvəlkiVəzifə təsis olundu.
bayraq
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici məsələlər üzrə müavini
bayraq2
15 sentyabr 2009 – fevral 2015
SədrƏli Kərimli
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1971(1971-04-01) (53 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
blog.razinurullayev.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2015–2020-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrliyinə iddiaçı[1][2] olmuş Nurullayev, 2018-ci il2024-cü il Azərbaycan prezidenti seçkilərində prezidentliyə namizəd kimi iştirak etmişdir.

Razi Nurullayev 1 aprel 1971-ci ildə İmişli rayonunun Xəlfəli kəndində anadan olub. 1978–1988-ci illərdə İmişli rayonu Xəlfəli kənd məktəbində orta təhsil alıb.[mənbə göstərin] 1992–1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-fransız dilləri pedaqoji fakültəsində ali təhsil alıb.[mənbə göstərin] 2000–2005-ci illərdə Cənubi-Rusiya Humanitar İnstitutunun Hüquq fakültəsində ali təhsil alıb.[mənbə göstərin]

2004-cü ildə Kanadanın Montreal şəhərində John Abbott Collecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-nin Nyu York şəhərində Kolumbiya Universitetində Beynəlxalq və Dövlət Siyasəti Məktəbi ixtisasartırma kursunu bitirib.[mənbə göstərin]

Azərbaycan, rus, ingilis, fransıztürk dillərini bilir.[mənbə göstərin]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1994-cü ilin yanvar ayından 1995 noyabr ayına qədər "ÇAĞ" qəzetində müxbir işləyib. Bu qəzetdə beynəlxalq siyasət, mədəniyyət, adət-ənənələr və inkişaf məsələləri ilə bağlı onlarla yazılar yazıb, "The Daily Mail", "The Times" və "The Guardian" kimi qəzetlərdən onlarla tərcümələr edib.[mənbə göstərin]

1995-ci ilin may ayından 1995-ci ilin noyabr ayına qədər Bakı şəhərində yerləşən "Hyatt Regency" hotelində VIP qonaqlarla iş üzrə çalışıb.[mənbə göstərin]

1995–1997-ci illərdə "McDermott Marine Construction"da tərcüməçi, anbar və alqı-satqıya nəzarətçi işləyib.[mənbə göstərin]

"Çıraq 1" neft platformasında Quruda və dənizdə iş, baş mühəndisin köməkçisi və gəmi kapitanının tərçüməçisi olub.[mənbə göstərin]

1998-ci ilin yanvar ayından 1998-ci ilin may ayına qədər Rusiyanın Həştərxan şəhərində yerləşən "BUE Caspian Ltd." şirkətində ingilis, rus, Azərbaycan dilinə gəmi sənədlərinin və layihələrinin tərcüməçisi olub. Xəzər gəmiçiliyi, banklar və gömrük idarələri arasında danışıqların aparılması işini görüb.[mənbə göstərin]

1998-ci ildən 2001-ci ilə qədər "Baku Steel Company"də menecer köməkçisi və tərcüməçi olub.[mənbə göstərin]

2001-ci ilin may ayından 2003-cü ilin oktyabr ayına qədər Böyük Britaniyanın "International Alert" təşkilatının Azərbaycan üzrə məsləhətçisi olub.[mənbə göstərin]

2001-ci ildən 2003-cü ilə qədər Azərbaycan Dillər Universitetində İngilis dilinin qramatikasından mühazirələr deyib.[mənbə göstərin]

2002-ci ilin fevral ayından AMEA Beynəlxalq Münasibətlər İnstitutunda, 2003-cü ildən 2006-cı ilə qədər isə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun "Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq" şöbəsində elmi işçi kimi fəaliyyət göstərib.[mənbə göstərin]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2001-ci ilin iyun ayından 2002-ci ilin yanvar ayına qədər Belçikanın Brüssel şəhərində yerləşən Beynəlxalq Xəzər Araşdırmaları Mərkəzinin icraçı direktoru olub.[mənbə göstərin]

1999-cu ilin sentyabr ayından 2011-ci ilə qədər Demokratik İslahatlar Uğrunda Cəmiyyətin həmsədri olub.[mənbə göstərin]

2007-ci ildən 2012-ci ilə qədər Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının kordinatoru olub.[mənbə göstərin]

2009-cu ilin sentyabr ayının 15-dən[3] 2015-ci ilin fevral ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub.[4][5]

2012-ci ildən Region Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədridir.[mənbə göstərin]

19 avqust 2015-ci ildə AXCP-də Əli Kərimlidən narazı qüvvələr sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər.[6] 27 sentyabr 2015-ci ildə AXCP-nin qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən[7][8] sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb,[9] 17 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib.[10][11]

2020-ci ilin 28 iyul tarixində keçirilən onlayn qurultayda Razi Nurullayev AXCP adından imtina etdi və yeni Milli Cəbhə Partiyasını təsis etdi.

2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə III çağırış seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsindən (SD) namizəd olub. Uğurlu bir seçki kampaniyası aparıb və təbliğat işinin təşkilində Niderland seçki mütəxəssisləri yardımçı olub.[12][13]

2009-cu il bələdiyyə seçkilərinə yenə 8 saylı Binəqədi 1-ci SD-dən Binəqədi rayonu Bələdiyyə üzvlüyünə namizəd olub.

2010-cu il parlament seçkilərində AXCP-Müsavat Seçki Blokunun 23 saylı Nəsimi-Səbail SD-dən vahid namizədi olub.

2018-ci il prezident seçkilərində "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülüb.[14][15][16] Təbliğat-təşviqat prosesində təbliğat materiallarının çapına 1700 manat xərci çıxıb.[17] 11 aprel 2018-ci ildə baş tutmuş seçkidə 29 282 səs toplayaraq 0,74 %-lə[18][19] 8 namizəd arasında 8-ci, sonuncu olub. Seçkidən 1 gün sonra, 12 aprel tarixində bəyanat verərək İlham Əliyevi qalib olması münasibətilə təbrik edib.[20]

2020-ci il parlament seçkilərində 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd olmuş[21] və 2398 səs ilə, ən yaxın rəqibi Murad Fərzəliyevdən 199 səs daha çox səslə(21,4 %)[22] qalib gələrək Azərbaycan Respublikasının Milli Məclisinin VI çağırış deputatı seçilib.[23] Parlamentin "Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr" ilə "İnsan Hüquqları" komitəsinə üzv olub.[24]

2024-cü il oktyabrın 8-də Azərbaycan - Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[25]

Razi Nurullayev özünü sosial-demokrat kimi müəyyən edir. O, "kapitalizmin yaratdığı sosial bərabərsizliyi kompensasiya" etmək fikrini dəstəkləyir.[26]

  1. "Razi Nurullayev heç cür AXCP-ni qeydiyyatdan keçirə bilmir". 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-20.
  2. "Razi Nurullayev AXCP adından imtina edir? — Partiya sədrindən AÇIQLAMA". 2021-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
  3. "Arxivlənmiş surət". 2021-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-16.
  4. Elçin Mehdiyev. "AXCP-dən istefa verən Razi Nurullayev: "Partiyada hökm sürən diktatura özünü göstərdi"" (az.)). trend.az. 2015-02-20. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  5. İlkin İzzət. "Razi Nurullayev: "Əli Kərimli mənə dedi ki..." (FOTO)" (az.)). trend.az. 2015-02-24. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  6. "AXCP EQTK" (az.)). axcp.biz. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  7. "Əli Kərimli AXCP-nin qurultayında yenidən sədr seçilib" (az.)). Sputnik. 2015-09-27. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  8. Cavanşir Abbaslı. "Əli Kərimli yenidən AXCP sədri seçildi" (az.)). musavat.com. 2015-09-28. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  9. Elçin Mehdiyev. "Razi Nurullayev: Əli Kərimli növbəti siyasi şouya əl atdı" (az.)). trend.az. 2015-09-28. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  10. Röya Rəfiyeva. "Razi Nurullayev qurultay keçirdi və sədr oldu- FOTOLAR" (az.)). musavat.com. 2015-10-18. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  11. Razi Nurullayev. "AXCP Etimad Qurultayı 18 Oktyabr 2015-ci il - Yeni siyasi tarix" (az.)). YouTube/Razi Nurullayev. 2015-10-27. 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
  12. "Razi Nurullayev" (az.);  (ing.)). blog.razinurullayev.com. 2017-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-30.
  13. "Razi Nurullayev" (ing.)). axcp.biz. 2017-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-30.
  14. "Prezidentliyə namizədlərin siyahısı təsdiq olundu". 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-20.
  15. "Azərbaycanda seçkilər: Birinci çıxışlarında prezidentliyə namizədlər nə təkliflər ediblər?". 2019-11-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-20.
  16. "Prezidentliyə namizəd Razi Nurullayev Masallı seçiciləri ilə görüşüb — FOTOLAR". 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
  17. "Növbədənkənar prezident seçkisi: Namizədlər seçkiyə nə qədər pul xərcləyirlər?". 2019-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-20.
  18. "MSK prezident seçkilərinin yekun nəticələrini təsdiqləyib". 2019-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-20.
  19. "Konstitusiya Məhkəməsi Prezident seçkilərinin nəticələrini təsdiqləyib — YENİLƏNİB". 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-20.
  20. "Razi Nurullayev bəyanat verdi". 2019-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-20.
  21. "79 SAYLI İMİŞLİ SEÇKİ DAİRƏSİ ÜZRƏ QEYDƏ ALINANLARIN SİYAHISI". 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
  22. "DAİRƏLƏR ÜZRƏ SEÇİLMİŞ NAMİZƏDLƏR". 2020-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-13.
  23. "Razi Nurullayev deputat seçildi". 2020-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
  24. "Razi Nurullayev parlamentin iki komitəsinin üzvü oldu". 2021-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
  25. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
  26. https://cebheinfo.az/siyaset/razi-nurullayev-sosial-demokratdirsa-bes-digerleri

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]