Rəhim Şmidt (alm. Rahim Schmidt; 1 fevral 1959, Miyana şəhristanı, Şərqi Azərbaycan ostanı)[1] ౼ Azərbaycan əsilli həkim və alim, alman siyasətçi (Almaniya Xristian Demokratik İttifaqı partiyası[2]). 2016-cı ilin mayına qədər Reynland-Pfaltsın dövlət parlamentində deputat.
Rəhim Şmidt | |
---|---|
alm. Rahim Schmidt | |
Doğum tarixi | 1 fevral 1959 (64 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Almaniya |
Milliyyəti | Azərbaycanlı |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | Tibb elmləri doktoru |
Elmi adı | Professor |
Təhsili | |
veb səhifəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Şmidt orta təhsilini 1978-ci il tarixində başa vurduqdan sonra ali təhsil almaq üçün Almaniya Federativ Respublikasına (AFR) getmişdir. Marbuq və Frankfurt dil kollecində təhsil aldıqdan sonra Qissen-in Justus-Libiq-Universitetində aqrar elmlər üzrə təhsil almışdır. O, molekulyar biologiya ixtisası üzrə təhsilini 1986-cı ildə hüceyrə və toxuma kulturları mövzusunda yazdığı işlə uğurla başa vurmuşdur. İranda mövcud siyasi vəziyyətlə (1979-cu il inqilabı) əlaqədar olaraq ailəsindən dəstək ala bilmədiyi üçün o, təhsil aldığı müddətdə müvəqqəti əlavə işlərlə məşğul olmuşdur.
"İLAR-viruslarının tədqiqatı (Prunus Nekrotik Ringsport virusu) mövzusundakı 1991-ci il tarixli doktorluq işinə və onların mayaotu tərkibləri üzərində artırılması" işinə görə aqrar elmləri doktoru dərəcəsini almışdır. Bu doktorluq işi Qissendə təşkil olunmuş virusologiya üzrə beynəlxalq konqresdə dərc olunmuşdur.
Tibb üzrə ikinci təhsilini 1994-cü ildən etibarən Rostok Universitetində və Frankfurt am Mayn-ın Yohann Volfqanq Höte Universitetində almış və bu təhsili 2003-cü ildə uğurla başa vurmuşdur. Şmidt 2004-cü il tarixindən etibarən həkim kimi praktika keçməyə başlamışdır. Onun psixosomatik tibb üzrə seçdiyi mövzular Vizbadendə keçirilən internistlərin konqresində və 2009-cu ildə keçirilmiş psixologiya üzrə müxtəlif konqreslərdə nəşr olunmuşdur. O, Maynç-ın Johannes Qutenberq-Universitetində "birincili tibbi yardıma ehtiyacı olan xəstələrin yardım ehtiyacları" mövzusunda olan ikinci doktorluq dissertasiyasını 2010-cu ilə təqdim etmişdir. Bu dissertasiyasının müdafiəsindən sonra ona tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Bu iş Reynland-Pfalç-ın Alman ambulator həkimləri birliyi tərəfindən 2011-ci ilin tədqiqat mükafatına layiq görülmüşdür.[3]
Rəhim Şmidt həkim qadınla evlənmiş və bu izdivacdan bir oğlu var. Siyasi fəaliyyəti ilə yanaşı o, müalicə həkimi kimi fəaliyyətini davam etdirir.
Şmidt həmçinin insan hüquqları üzrə beynəlxalq amnistiya təşkilatda, xüsusilə təşkilatın İran üzrə fəaliyyətində aktiv iştirak etmişdir. İnsan hüquqları üzrə beynəlxalq cəmiyyət üçün o, qadın hüquqlarının müdafiəçisi Nasrin Southudehin, kinematoqraf Cəfər Panahinin, həmçinin bloqqer Hossein RonaghiMaleki-nin qəyyumluğunu öz üzərinə götürmüşdür. Bundan başqa o, Almaniyada yoxsulluq və səhiyyə üzrə qeydiyyatdan keçmiş birliyin ikinci sədri və qeydiyyatdan keçmiş DIWAN adlı İranın mədəniyyət birliyinin üzvüdür.