Rəhim Cəlil oğlu Cəmilov (1941, Zaqatala) — Azərbaycan dövlət xadimi, Azərbaycanın taxıl məhsulları naziri (1986–1991)[1].
Rəhim Cəmilov | |
---|---|
Cəmilov Rəhim Cəlil oğlu | |
5 fevral 1991 – 28 dekabr 1991 | |
Əvvəlki | vəzifənin adı dəyişdirilib |
Sonrakı | Zakir Abdullayev |
23 yanvar 1986 – 5 fevral 1991 | |
Əvvəlki | İnqilab Şəmiyev (tədarük naziri kimi) |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
1980 – 1990 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1941 |
Doğum yeri | |
Təhsili |
|
|
|
Təltifləri |
Cəmilov Rəhim Cəlil oğlu 1941-ci ildə Azərbaycan SSR Zaqatala şəhərində anadan olmuşdur. 1960-cı ildə Zaqatala şəhər 1 nömrəli tam orta məktəbi bitirmişdir. 1960–1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda mühəndis ixtisasi üzrə ali təhsil almışdır.
1965–1967-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda kiçik elmi işçi vəzifəsində işləmişdir. 1967–1972-ci illərdə aspirant olmuş və namizədlik dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1972-ci ildə böyük elmi işçi vəzifəsinə irəli çəkilmişdir. 1974–1978-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti Dövlət Plan Komitəsinin Kənd təssərüfatı idarəetmə şöbəsinin rəis müavini, 1978–1980-ci illərdə Təbiətin mühafizəsi şöbəsinin rəisi olmuşdur. 1980–1983-cü illərdə Kommunist Partiyası Mərkəzi Komitəsinin Kənd təsərrüfatı şöbəsinin müdir müavini və müdiri, 1983–1986-cı illərdə Yeyinti sənayesi şöbəsinin müdiri işləmişdir.
1980 və 1985-ci illərdə Zəngilan seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. 1986-cı ildə Azərbaycan Kommunist Partiyasının XXXI qurultayında Nəzarət Təftiş Komissiyasına üzv seçilmişdir.
1986–1991-ci illərdə Azərbaycan SSR Taxıl məhsulları naziri olmuşdur.[2] 1991–1992-ci illərdə Azərbaycan Respublikası Prezidenti Aparatının Aqrar sənaye kompleksləri sahələri şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
SSRİ Ali Sovetinin qərarına əsasən Xalq təsərrüfatının inkişafında nail olduğu uğurlara görə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. Respublikanın aqrar-sənaye kompleksində uzun illər səmərəli işlədiyinə görə Azərbaycan Respublikasının fəxri fərmanı ilə təltif edilmişdir[3].