Rəqəmsal iqtisadiyyat

Rəqəmsal iqtisadiyyat — ənənəvi brik-end-mortar iqtisadi fəaliyyətlərin (istehsal, paylama, ticarət) internet, ümumdünya hörümçək torublokçeyn texnologiyaları tərəfindən necə çevrildiyini təsvir edən çətir termini. Bu, rəqəmsal hesablamaiqtisadiyyat sözlərindən formalaşmış mürəkkəb sözdür.[1][2]

Rəqəmsal iqtisadiyyat məhsuldarlığını artırmaq üçün bütün biznes sektorlarında informasiya və kommunikasiya texnologiyalarının (İKT) yayılması ilə dəstəklənir. Əşyaların interneti (IoT) adlandırılan bir fenomen istehlak məhsulları rəqəmsal xidmətlər və cihazlarla birləşdirildiyi üçün getdikcə daha çox yayılır.[3]

Dünya İqtisadi Forumunun məlumatına görə, 2030-cu ilə qədər qlobal iqtisadiyyatın 70%-i rəqəmsal texnologiyalardan ibarət olacaq. Bu, COVID-19 pandemiyası və onlayn rejimə keçmə meyli ilə sürətlənmiş bir tendensiyadır.[4] İşin gələcəyi xüsusən də COVID-19 pandemiyasından sonra rəqəmsal iqtisadiyyata da öz töhfəsini verir.[5] İndiki dövrdə daha çox insan onlayn formatda işləyir və qlobal iqtisadiyyata töhfə verən onlayn aktivliyin artması ilə internet sistemlərini dəstəkləyən şirkətlər daha çox gəlir əldə edirlər.[6]

İqtisadiyyatın rəqəmsal transformasiyası bizneslərin necə qurulduğu, istehlakçıların əmtəə və xidmətləri necə əldə etməsi və dövlətlərin yeni tənzimləyici problemlərə necə uyğunlaşmasının lazım olduğuna dair ənənəvi anlayışları dəyişdirir. Rəqəmsal iqtisadiyyat dövlətlər, müəssisələr və fərdlər arasında qarşılıqlı iqtisadi əlaqələri dərindən formalaşdırmaq potensialına malikdir. Rəqəmsal iqtisadiyyatın ortaya çıxması rəqəmsal iqtisadiyyatın milli və transmilli tənzimləmə çağırışları ilə birlikdə məxfilik hüquqları, rəqabət və vergitutma ilə bağlı yeni müzakirələrə səbəb olmuşdur.[7]

Rəqəmsal iqtisadiyyat həmçinin, ilk dövrlərdə "yeni iqtisadiyyat" və "internet iqtisadiyyatı" adlanmışdır.[8] Burada iqtisadi fəaliyyətlərdə rəqəmsal hesablama texnologiyalarının istifadə olunduğu iqtisadiyyat nəzərdə tutulmuşdur.

Rəqəmsal iqtisadiyyat termini 1990-cı illərin əvvəllərində istifadə edilməyə başlanmışdır. Məsələn, Nyu-York Universitetinin Rəqəmsal İqtisadiyyat Tədqiqatları Mərkəzi tərəfindən bir çox akademik məqalə nəşr edilmişdir. Bu termin Don Tapskottun 1995-ci ildə nəşr etdiyi "The Digital Economy: Promise and Peril in the Age of Networked Intelligence" kitabının adı idi.

Tomas Mesenburq görə, rəqəmsal iqtisadiyyat anlayışının üç əsas komponenti müəyyən edilə bilər:[9]

  • Elektron biznes infrastrukturu (avadanlıq, proqram təminatı, telekommunikasiya, şəbəkələr, insan kapitalı və s.);
  • Elektron biznes (biznesin necə aparıldığı, təşkilatın kompüter şəbəkələri vasitəsilə apardığı istənilən proses);
  • Elektron ticarət (məhsulların köçürülməsi, məsələn, onlayn kitab satıldığı halda).

Bill İmlah bildirmişdir ki, yeni tətbiqlər bu sərhədləri bulandırır və mürəkkəblləşdirir. Buna sosial media və internet axtarışı misal ola bilər.[10]

1990-cı illərdə Nikolas Neqroponte atomların emalından bitlərin işlənməsinə keçid haqqında metaforadan istifadə etmişdir: "Problem sadədir. İnformasiya atomlarda təcəssüm olunduğu halda onların çatdırılması üçün hər cür sənaye dövrü vasitələrinə və nəhəng şirkətlərə ehtiyac olur, lakin birdən-birə diqqət bitlərə keçəndə ənənəvi böyük adamlara ehtiyac qalmır. İnternetdə fərdlərin özünün material dərc etməyinin mənası var. Bu, kağız nüsxəyə gəldikdə mənasızlaşır".[11]

Rəqəmsal iqtisadiyyat davamlı olaraq ənənəvi iqtisadiyyatı əvəz etdiyinə və genişləndirdiyinə görə iki inteqrasiya olunmuş iqtisadiyyat növü arasında aydın sərhəd yoxdur.

Konsepsiyanın inkişafı

[redaktə | mənbəni redaktə et]

Rəqəmsal iqtisadiyyatın müxtəlif tərifləri var. Ümumiyyətlə, eyni fenomen üçün bir çox oxşar anlayışlar var. İƏİT-ə görə, rəqəmsal iqtisadiyyat üç fərqli yanaşmada müəyyən edilə bilər:

  • Aşağıdan yuxarıya yanaşma: rəqəmsal iqtisadiyyata daxil edilib-edilməməsinə qərar vermək üçün sənaye və firmaların məhsul və ya istehsal proseslərinin xarakterizə edilməsi,[12]
  • Yuxarıdan aşağıya və ya trendə əsaslanan yanaşma: əvvəlcə rəqəmsal transformasiyaya təkan verən əsas tendensiyaların müəyyən edilməsi və sonra bunların real iqtisadiyyatda nə dərəcədə əks olunduğunun təhlili,[12]
  • Çevik və ya səviyyəli yanaşma: rəqəmsal iqtisadiyyatı əsas və əsas olmayan komponentlərə bölmək və bununla da uyğunlaşma qabiliyyəti ilə terminin mənası məsələsində ümumi nəticəyə gəlmək ehtiyacı arasında uzlaşma yolu tapmaq.[12][13]

Aşağıdan yuxarı tərif

[redaktə | mənbəni redaktə et]

Aşağıdan yuxarı təriflər rəqəmsal iqtisadiyyatı orada olan aktyorlar kimi müəyyən edilmiş bir sıra sənaye sahələri üçün müəyyən bir göstəricinin məcmusu kimi müəyyən edir. Sənayenin aktyor hesab edilib-edilməməsi məhsulların xarakterindən (dar) və ya istehsal proseslərində istifadə olunan rəqəmsal girişlərin nisbətindən (geniş) asılıdır.[14]

Beləliklə, aşağıdan yuxarıya və dar perspektivdən baxıldığı zaman rəqəmsal iqtisadiyyat "istehsalda birbaşa iştirak edən və ya rəqəmsal girişlərdən çox asılı olan bütün sənayelər və ya fəaliyyətlərdir". Məsələn, MakKinzi məhsulların onlayn satışı və rəqəmsal avadanlıqların istehlak xərcləri baxımından İKT sektorunun və e-ticarət bazarının iqtisadi nəticələrini toplayır.[15] Bu tərif rəqəmsallaşmanın iqtisadi artıma təsirini ölçməkdə mahir olmağına baxmayaraq, yalnız məhsulun xarakterinə diqqət yetirir və rəqəmsal iqtisadiyyatın inkişafının mənzərəsini natamam formada təqdim edir.[12]

Aşağıdan yuxarıya və geniş perspektivdə rəqəmsal iqtisadiyyat "istehsal prosesinin bir hissəsi kimi rəqəmsal girişlərdən istifadə edən bütün sənayelərdir". Rəqəmsal daxilolmalara misal olaraq rəqəmsal infrastruktur, avadanlıq və proqram təminatı daxildir, lakin məlumat və rəqəmsal bacarıqlar da bura daxil edilə bilər.[16]

Yuxarıdan aşağı tərif

[redaktə | mənbəni redaktə et]

Yuxarıdan aşağı təriflər rəqəmsal transformasiyada mövcud olan geniş tendensiyaları müəyyən edir. Burada rəqəmsal iqtisadiyyat onların dəyər yaradılmasına birgə təsirinin nəticəsi kimi təsvir edilir. Bunlara əmək bazarı tələbində və qaydalarında dəyişikliklər, platforma iqtisadiyyatı, davamlılıq və bərabərlik kimi tendensiyalar daxildir.[17][18]

Aşağıdan yuxarı tərifdən fərqli olaraq, yuxarıdan aşağıya tərif firmalar, sənayelər və sektorlardan kənara çıxan, fərdləri, icmaları və cəmiyyətləri əhatə edən təhlil vahidlərinə malikdir. Bu tərif daha əhatəli hesab olunsa da, BVF onun subyektiv və keyfiyyət xarakterli olduğunu qeyd edir. Beləliklə, mənalı müqayisəli təhlili məhdudlaşdırır.[19]

2016-cı ilin hesablamalarına görə, rəqəmsal iqtisadiyyat 11,5 trilyon dollar və ya qlobal ÜDM-in 15,5%-ni (inkişaf etmiş iqtisadiyyatlarda ÜDM-in 18,4%-i və inkişaf etməkdə olan iqtisadiyyatlarda orta hesabla 10%-i) təşkil etmişdir. Burada rəqəmsal iqtisadiyyatın son 15 il ərzində qlobal ÜDM-dən iki yarım dəfə sürətlə artdığı və 2000-ci ildən bu yana demək olar ki, iki dəfə artdığı müəyyən edilmişdir. Rəqəmsal iqtisadiyyatda dəyərin böyük hissəsi yalnız bir neçə iqtisadiyyatda istehsal olunub: ABŞ (35%), Çin (13%) və Yaponiya (8%). İslandiya, LixtenşteynNorveçlə birlikdə daha 25% təşkil etmişdir.[20]

Bəzi alimlər iddia etmişdilər ki, rəqəmsal iqtisadiyyat qeyri-bərabər iqtisadi mübadilələrə səbəb olur. Onların fikrinə görə, burada istifadəçilər və istehlakçılar rəqəmsal firmalara informasiya şəklində dəyər qazandırırlar, lakin bunun üçün kompensasiya alınmır.[21]

Rəqəmsal iqtisadiyyat dünya elektrik enerjisinin onda birini istifadə edir.[22] Bulud texnologiyasına keçid həm də elektrik enerjisindən istifadənin və karbon emissiyalarının artmasına səbəb olmuşdur. Verilənlər mərkəzində yerləşən bir server otağı orta hesabla 180,000 evi təmin etmək üçün kifayət qədər elektrik enerjisindən istifadə edə bilər.[22] Rəqəmsal iqtisadiyyat "Bitcoin"in istehsalı üçün istifadə edilə bilər. Bu, "Digiconomist"ə görə, ildə orta hesabla 70,69 TWh elektrik enerjisi istifadə edir. ABŞ-də "Bitcoin" istehsalının istifadə etdiyi enerji miqdarından istifadə edərək enerji ala biləcək ev təsərrüfatlarının sayı təxminən 6,5 milyondur.[23]

Məxfilik hüquqları

[redaktə | mənbəni redaktə et]

Rəqəmsal firmalar tərəfindən verilənlərin toplanması və fərdi davranışların izlənməsi məxfilik hüquqlarına təsir göstərir.[24] Fərdlər haqqında toplanan məlumatlar istifadəçilərə kompensasiya ödənilmədən texnologiya firmaları tərəfindən təhlil edilə və pul qazandıra bilər. Verilənlər yalnız davranışları proqnozlaşdırmaq üçün deyil, davranışa təsir etmək üçün də istifadə olunur. Toplanmış verilənlər şəxsi informasiyanın qəsdən və ya təsadüfən ifşa oluna biləcəyi pozulma riski altındadır.[7]

Rəqəmsal iqtisadiyyatın beynəlxalq vergi qaydalarına təsiri var. Rəqəmsal texnologiya şirkətləri konkret coğrafi yerlərə bağlı olmayan mallar istehsal edirlər. Bu, həmin şirkətlərin vergiyə cəlb edilməsini çətinləşdirir. Beləliklə, rəqəmsal texnologiya vergidən yayınmağa imkan verə bilər.[7]

İşsizlik və offşorinq

[redaktə | mənbəni redaktə et]

Əvvəllər insan işçilər tərəfindən yerinə yetirilən tapşırıqların avtomatlaşdırılmasını artıran rəqəmsal iqtisadiyyat işsizliyə səbəb ola bilər. Avtomatlaşdırmanın xalis işsizliyə səbəb olub-olmaması avtomatlaşdırmadan əldə edilən qazancın daha çox istehlakçı tələbinə (məhsul və xidmətlərin qiymətlərini aşağı salmaqla və ev təsərrüfatlarının gəlirlərini artırmaqla) gətirib çıxarıb-çıxarmamasından, yeni əmək tutumlu vəzifələrin tətbiqinin yeni iş yerlərini yaratmasından asılıdır.[7]

Rəqəmsal texnologiya qlobal dəyər zəncirlərinin yayılmasını asanlaşdırmışdır. Nəticədə inkişaf etmiş ölkələrdə kapitalın inkişaf etməkdə olan dünyada işçi qüvvəsinə çıxışını rahatlaşdırmışdır. Bu, daha böyük ölçüdə offşorinqə təkan verə və inkişaf etmiş ölkələrdəki aşağı ixtisaslı işçilərə zərər verə bilər.[25][26]

Əmək hüquqları

[redaktə | mənbəni redaktə et]

Rəqəmsal platforma şirkətlərinin yüksəlişi işin təbiətinə və əmək hüquqlarına təsir göstərir.[27][28]

Giq işçiləri ümumiyyətlə əmək və əməyin mühafizəsi və təhlükəsizliyi qanununun tətbiqinə etiraz edən "müstəqil işçilər" (müvəqqəti, sahədən kənar, avtonom müqavilələrlə) kimi təsnif edilir. Nəticədə, onlayn platformalar ənənəvi şirkətlərdən fərqli olaraq iş yerlərinin çevikləşməsini və əmək bazarının daha yüksək dəyişkənliyini təşviq edir.[29] "Deliveroo" və "Uber" kimi giq iqtisadiyyat şirkətləri rəqəmsal platforma ilə müqavilə bağlayan öz-özünə işləyən sürücüləri işə götürürlər. Hər halda, onların işləmə tərzi adi işçi nizamnaməsinə bənzəyir. Bununla belə, ilk dəfə olaraq, 2020-ci ilin martında, Fransanın ali məhkəməsinin qəbul etdiyi qərarda "Uber" sürücülərinin şirkətin tabeliyində olan şəxslə əlaqə yaradaraq, müştərilərini toplaya bilmədiyi və ya qiymətlərini təyin edə bilmədiyi üçün "öz-özünə işləyən" podratçı kimi təsnif oluna bilmədiyini qeyd etmişdir.[30]

  1. Bukht, Rumana; Heeks, Richard. "Defining, Conceptualising and Measuring the Digital Economy" (ingilis). Rochester, NY. 2017-08-03. doi:10.2139/ssrn.3431732. SSRN 3431732.
  2. Brekke, Jaya; Alsindi, Wassim. "Cryptoeconomics" (ingilis). 2021. 2022-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-04.
  3. Carlsson, Bo. "The Digital Economy: what is new and what is not?". Structural Change and Economic Dynamics. Contains the special issue New and Old Economy: The Role of ICT in Structural Change and Economic Dynamics (ingilis). 15 (3). 2004-09-01: 245–264. doi:10.1016/j.strueco.2004.02.001. ISSN 0954-349X. 2013-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-04.
  4. Bank, European Investment. "Innovation overview 2023" (ingilis). 2023-02-28. 2023-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-04.
  5. "What is digital economy? | Deloitte Malta | Technology". Deloitte Malta (ingilis). 2021-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-15.
  6. Peitz, Martin; Waldfogel, Joel. The Oxford Handbook of the Digital Economy (ingilis). Oxford University Press. 2012-08-06. ISBN 978-0-19-997863-2.
  7. 1 2 3 4 Weymouth, Stephen. "Digital Globalization: Politics, Policy, and a Governance Paradox". Cambridge University Press (ingilis). 2023. doi:10.1017/9781108974158. ISBN 978-1-108-97415-8. 2023-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-04.
  8. "Arxivlənmiş surət". 2023-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-04.
  9. Mesenbourg, T.L. Measuring the Digital Economy. U.S. Bureau of the Census. 2001.
  10. "The Concept of a "Digital Economy"". 22 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 March 2015.
  11. Wired magazine.
  12. 1 2 3 4 OECD. "A roadmap toward a common framework for measuring the Digital Economy" (PDF). 2020. 2023-05-26 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-04.
  13. UNCTAD. "Digital Economy Report 2019" (PDF). 2019. 2023-11-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-04.
  14. OECD. "A roadmap toward a common framework for measuring the Digital Economy" (PDF). 2020. 2023-03-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-04.
  15. McKinsey & Company. "The rise of Digital Challengers". 8 January 2019 tarixində arxivləşdirilib.
  16. G20 DETF. "Toolkit for measuring the Digital Economy" (PDF). G20 Digital Economy Task Force. 2016. 2023-08-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-04.
  17. Oxford Economics. "Digital Spillover, Measuring the true impact of the Digital Economy" (PDF). 2016. 2023-07-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-04.
  18. World Bank. World Development Report 2016: Digital Dividends. 2016. doi:10.1596/978-1-4648-0671-1. hdl:10986/23347. ISBN 978-1-4648-0671-1.
  19. International Monetary Fund (IMF). "Measuring the Digital Economy". 2018. 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-04.
  20. "Digital economy report "value creation and capture: implications for developing countries" (PDF). United Nations Conference on Trade and Development. New York. 2019. 2020-08-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-04.
  21. Fourcade, Marion; Kluttz, Daniel N. "A Maussian bargain: Accumulation by gift in the digital economy". Big Data & Society (ingilis). 7 (1). 2020: 205395171989709. doi:10.1177/2053951719897092. hdl:21.11116/0000-0005-9F97-E. ISSN 2053-9517. 2023-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-04.
  22. 1 2 Time.
  23. "Bitcoin Energy Consumption Index – Digiconomist". Digiconomist (ingilis). 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
  24. Newman, Abraham L. Protectors of Privacy: Regulating Personal Data in the Global Economy. Cornell University Press. 2008. ISBN 978-0-8014-4549-1. JSTOR 10.7591/j.ctv2n7f1b. 2023-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-04.
  25. Mansfield, Edward D.; Rudra, Nita. "Embedded Liberalism in the Digital Era". International Organization (ingilis). 75 (2). 2021: 558–585. doi:10.1017/S0020818320000569. ISSN 0020-8183.
  26. OECD. OECD Digital Economy Outlook 2017. Paris: OECD Publishing. 2017. doi:10.1787/9789264276284-en. ISBN 9789264276260.
  27. Vallas, Steven; Schor, Juliet B. "What Do Platforms Do? Understanding the Gig Economy". Annual Review of Sociology (ingilis). 46 (1). 2020: 273–294. doi:10.1146/annurev-soc-121919-054857. ISSN 0360-0572.
  28. Burrell, Jenna; Fourcade, Marion. "The Society of Algorithms". Annual Review of Sociology (ingilis). 47 (1). 2021: 213–237. doi:10.1146/annurev-soc-090820-020800. ISSN 0360-0572.
  29. Garben, Sacha. "The regulatory challenge of occupational safety and health in the online platform economy". International Social Security Review. 72 (3). 2019: 95–112. doi:10.1111/issr.12215.
  30. "Top French court deals blow to Uber by giving driver 'employee' status". Reuters (ingilis). 2020-03-05. 2020-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-20.